Məhkəmə qərarları › İş №e-2(010)-252/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-252/2025

21.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-252/2025 21.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh maddi ziyanın əvəzi olaraq 10800 manat məbləğində pulun və 122.40 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddia tələbi onunla əsaslandırılmışdır ki, o – İddiaçı 08 avqust 2009-cu il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və həmin vaxtdan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçərək, cehiz əşyalarını da həmin evə gətirmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-72/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarındakı nikah pozulmuşdur. Bundan sonra Cavabdeh qeyd olunan evdə yaşamağına maneələr yaratdığına görə məhkəməyə müraciət edərək yetkinlik yaşına çatmayan övladı X6 ilə birlikdə ünvan 2 saylı fərdi yaşayış evindən istifadə hüquqlarının tanınması və həmin evə köçürülməyi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-11717/2017 nömrəli xx.xx.2017ci il tarixli qətnaməsi ilə yetkinlik yaşına çatmayan övladı X6 ilə birlikdə ünvan 2 saylı evdən istifadə hüquqlarının tanınması və həmin evə köçürülməyi qət edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəyə mindikdən və icra edildikdən sonra cavabdeh və onun hazırkı həyat yoldaşı onun istifadə hüququnun tanındığı və köçürüldüyü evin otaqlarından sərbəst istifadə etməyinə mane olmuş, ona məxsus əşyaları açıq havada, evin həyətinə tullamışlar. Bu səbəbdən də o, Cavabdeh qarşı “əşyaların yerləşdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,1 ədəd çarpayı, 1 ədəd dolab, 2 ədəd komod, 2 ədəd yataqyanı tumbalar, 1 ədəd çılçıraq, 1 dəst pərdə, 1 ədəd “Samsunq” markalı televizor, 1 ədəd “Blomberq markalı soyuducu, 1 ədəd “Ariston” markalı paltaryuyan, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd kiçik masa, 1 ədəd böyük masa, 12 ədəd oturacaq, 1 ədəd komod, 2 ədəd dolab, 1 ədəd televizor altı, 1 ədəd çılçıraq, 1 dəst qonaq otağı üçün pərdə, 2 ədəd xalçanın ünvan 2 ünvanında olan otaqlarına yerləşdirilməsi və cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2988/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, ona 1 ədəd çarpayı, 1 ədəd dolab, 2 ədəd komod, 2 ədəd yataqyanı tumbalar, 1 ədəd çılçıraq, 1 dəst pərdə, 1 ədəd “Samsunq” markalı televizor, 1 ədəd “Blomberq markalı soyuducu, 1 ədəd “Ariston” markalı paltaryuyan, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd kiçik masa, 1 ədəd böyük masa, 12 ədəd oturacaq, 1 ədəd komod, 2 ədəd dolab, 1 ədəd televizor altı, 1 ədəd çılçıraq, 1 dəst qonaq otağı üçün pərdə, 2 ədəd xalçanın ünvan 2 ünvanında olan otaqlarına yerləşdirilməsi ilə bağlı Cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması qət edilmişdir. Cavabdeh tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2988/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2626/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-2988/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin olmasına baxmayaraq, cavabdeh hələ də onun əşyalarının evdə otaqlara yerləşdirilməsinə icazə vermir. Həmin əşyalar açıq havada qaldığı üçün yararsız vəziyyətə düşmüşdür. Hal-hazırda onlardan istifadə etməyi qeyri-mümkündür. Bu səbəbdən də, cavabdeh tərəfindən əşyalarının yararsız vəziyyətə düşməsinə görə ona dəymiş maddi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh tərəfindən yararsız vəziyyətə salınmış əşyaların qiymətləri: 1 ədəd çarpayı; 1 ədəd dolab; 2 ədəd komod; 2 ədəd yataqyanı tumba; 1 ədəd divan; 2 ədəd kreslo; 1 ədəd kiçik masa; 1 ədəd böyük masa; 12 ədəd oturacaq; 1 ədəd komod; 2 ədəd dolab; 1 ədəd televizor altı - cəmi 6600 manat; 1 ədəd çılçıraq - 350 manat; 1 dəst pərdə - 90 manat; 1 ədəd “Samsunq” markalı televizor - 900 manat; 1 ədəd “Blomberq” markalı soyuducu - 950 manat; 1 ədəd “Ariston” markalı paltaryuyan - 800 manat; 1 ədəd çılçıraq - 270 manat; 1 ədəd dəst qonaq otağı üçün pərdə - 190 manat; 2 ədəd xalça - 650 manat. Cəmi 10.800 manat. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 vəsatəti. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə xx.xx.2025-ci il tarixində elektron ərizə ilə müraciət edərək, mülki iş üzrə təkrar və əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsini, bu mümkün olmadıqda, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-252/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadının icra edilməsi üçün müstəqil qiymətləndirici təyin edilərək mütəxəssis rəyinin alınması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/1802 nömrəli 14 may 2025-ci il tarixli ekspertiza rəyi ilə, mübahisə predmeti olan 1 ədəd “Samsung” markalı televizorun orta bazar qiyməti televizorun faktiki dəyərindən çox aşağı müəyyən edilmişdir. Bundan başqa, tədqiqata təqdim edilmiş 20 adda əşyadan yalnız 3 əşyanın orta bazar qiyməti müəyyən edilmiş, digər əşyalarla bağlı tədqiqat aparılmamışdır ki, bu da ekspert rəyinin kifayət qədər tam olmadığını göstərir. Hazırkı vəziyyətdə mübahisə predmeti olan əşyalara ziyan dəyibdəymədiyinin, dəymişdirsə, dəyən ziyanın məbləğinin nə qədər təşkil etməsinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən, həmin suallar üzrə ekspert rəyinin və ya müstəqil qiymətləndirici tərəfindən mütəxəssis rəyinin alınması zəruridir. Tərəflərin izahatları. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə xx.xx.2025-ci il tarixində elektron ərizə ilə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılıb iddianın təmin olunması barədə yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək bildirmişdir ki, əşyaların qiyməti ərizədə qeyd olunmuş, qəbzləri isə işə əlavə olunmamışdır. Bəzi əşyaların qiyməti müəyyən olunmadığından, bununla bağlı vəsatət vermişdirlər. xx.xx.2025-ci il tarixli ekpert rəyindən görünür ki, rəy natamamdır. Bəzi əşyaların qiyməti yoxdur. Bu səbəbdən müstəqil qiymətləndirici cəlb olunmalıdır. Cavabdeh iddiaçını evə buraxmır. Bununla bağlı icra şöbəsinə müraciət etmişdirlər, lakin tədbir görülməmişdir. Cavabdeh özü etiraf etmişdi ki, əşyalar qaraj kimi yerdə saxlanılır. Qeyd edir ki, qiymətləndirmə ilə razı deyildir. Hesab edir ki, 70 manata paltaryuyan yoxdur. İstifadə olunmuşu belə 300 manatadır. Əlavə məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin olunmasını xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək bildirmişdir ki, ekspert rəyində əşyalarla bağlı zərər olmadığını qeyd etmişdir. Heç bir fiziki müdaxilə olmamışdır. Qüsurlar təbii köhnəlmə nəticəsində yaranmışdır. Əşyaların götürülməsi barədə də iddia qaldırmışdırlar. Tələb təmin olunmuşdur. Qeyd edir ki, iddiaçının mənzilə istifadə hüququna da xitam verildiyindən əşyaları artıq orada qala bilməz. İddianın təmin olunmamasını olunmasını xahiş edir. İş materialları. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən 123 manat məbləğində dövlət rüsumu ödənişi edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-11717/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, iddiaçı X3 yetkinlik yaşına çatmayan övladı xx.xx.2010-cu il təvəllüdlü X6 ilə birlikdə ünvan 3 saylı evdən istifadə hüquqları tanınmaqla onların həmin evə köçürülməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2988/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “əşyaların yerləşdirilməsi”nə dair iddia tələbi təmin edilərək, ona 1 ədəd çarpayı, 1 ədəd dolab, 2 ədəd komod, 2 ədəd yataqyanı tumbalar, 1 ədəd çilçıraq, 1 dəst pərdə, 1 ədəd “Samsunq” markalı televizor, 1 ədəd “Blomberq” markalı soyuducu, 1 ədəd “Ariston markalı’ paltaryuyan, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd kiçik masa, 1 ədəd böyük masa, 12 ədəd oturacaq, 1 ədəd komod, 2 ədəd dolab, 1 ədəd televizor altı, 1 ədəd çilçıraq, 1 dəst qonaq otağı üçün pərdə, 2 ədəd xalçanın ünvan 3 ünvanında olan otaqlarına yerləşdirilməsi ilə bağlı Cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması və.s qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2626/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək, Bakı Şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-2988/2020 saylı 26 noyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarına əşyaların foto-şəkilləri əlavə edilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru Rəşad Dövlətov tərəfindən Vəkil2 ünvanlanan xx.xx.2024-cü il tarixli, e217160/2020-18-20-001 nömrəli məktubundan görünür ki, tələbkar İddiaçı icra sənədinin icrası ilə bağlı şöbəyə müraciət etməməsi səbəbindən Suraxanı Rayon Məhkəməsinin 2-(010)-2988/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinin icrasını təmin etmək mümkün olmamışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-304/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh İddiaçı Zahir qızının ünvan 3 saylı evə istifadə hüquqlarının itirilmiş hesab edilməsi qət edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-304/2025 saylı xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, iddia təmin edilərək, cavabdeh İddiaçı Zahir qızının ünvan 3 saylı evə istifadə hüquqlarının itirilmiş hesab edilməsi qət edilmişdir. AR Ədliyyə Nazirliyinin Vətəndaşlıq X1 Xəzər rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı xx.xx.2021-ci ildə 5 saylı Bakı “ASAN xidmət" mərkəzindəki qeydiyyat şöbəsində xx.xx.1985-ci il təvəllüdlü X5 ilə nikahının qeydə alındığı məlum olmuşdur. Bu nikahdan doğulmuş övladları xx.xx.2021-ci il təvəllüdlü X2 doğumu xx.xx.2021-ci ildə 1 saylı Bakı "ASAN xidmət’ mərkəzindəki qeydiyyat şöbəsində, xx.xx.2022-ci il təvəllüdlü X4 doğumu isə xx.xx.2022-cı ildə 2 saylı Bakı “ASAN xidmət" mərkəzindəki qeydiyyat şöbəsində qeydə alınmışdır. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2001-ci il tarixdə verilmiş FM seriyalı 010184 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Göl küçəsində yerləşən 50 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-9/1802/2025 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş müxtəlif adda malların istifadədə olması nəzərə alınmaqla, orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 240 manat müəyyən olunmuş, o cümlədən: 1 ədəd istifadədə olmuş, “Samsung” markalı, “UE32B7000WWXRU” model televizor -70 manat; 1 ədəd istifadədə olmuş, “Ariston/Hotpoint ARXF 109” markalı, “NF-45A” model, 6 kq tutumlu paltaryuyan (aşağı hissəsində korroziya izləri, cızıqlar, boya qopuqları və s. olmaqla) – 70 manat; 1 ədəd 3x2m ölçüdə, istifadədə olmuş, qırmızı rəngli xalça – 100 manat. Təqdim edilmiş digər 3 adda malların hazırkı vəziyyətdə satışına və qiymətinə dair məlumat əldə etmək mümkün olmadığından qiymətləndirmə aparılmamışdır. Qərardadda və iş materiallarında qeyd edilən digər mallar sökülmüş vəziyyətdə, üstüörtülü və toz içində olduğundan həmin mallara baxış keçirmək mümkün olmamış, bu səbəbdən tədqiqat aparılmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair xx.xx.2025-ci il tarixli 9/1802 saylı bildirişdən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. “X10” MMC-nin xx.xx.2025-ci il tarixli, SEM/N 01-016/2025 nömrəli rəyindən görünür ki, təqdim edilmiş əşyaların bazar dəyəri: 1 ədəd çarpayı – 400 manat; 1 ədəd dolab – 220 manat; 2 ədəd komod – 300 manat; 2 ədəd yataqyanı tumba – 60 manat; 1 ədəd divan – 180 manat; 2 ədəd kreslo – 140 manat; 1 ədəd kiçik masa – 30 manat; 1 ədəd böyük masa – 160 manat; 12 ədəd oturacaq – 300 manat; 1 ədəd komod – 100 manat; 2 ədəd dolab – 300 manat; 1 ədəd televizor altı – 50 manat; 1 ədəd çılçıraq - 45 manat; 1 dəst pərdə - 20 manat; 1 ədəd “Samsunq” markalı televizor - 140 manat; 1 ədəd “Blomberq” markalı soyuducu - 300 manat; 1 ədəd “Ariston” markalı paltaryuyan - 100 manat; 1 ədəd dəst qonaq otağı üçün pərdə - 30 manat; 2 ədəd xalça - 150 manat. Cəmi 3025 manat təşkil edir. Qeyd olunan əşyalara ziyan dəymədiyi, əşyaların bazar dəyərinə təsir edən yeganə amilin onların istifadə olunması və uzun müddət saxlanması nəticəsində yaranmış təbii aşınma olduğu, bu səbəbdən də həmin əşyalar üzrə maddi ziyan məbləğinin mövcud olmadığı müəyyən olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-3108/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı üzərinə ona məxsus 1 ədəd çarpayı, 1 ədəd dolab, 2 ədəd komod, 2 ədəd yataqyanı tumba, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd kiçik masa, 1 ədəd böyük masanın, 12 ədəd oturacaq, 1 ədəd komod, 2 ədəd dolab, 1 ədəd televizor altı, 1 ədəd çilçıraq, 1 dəst pərdə, 1 ədəd “Samsung” markalı televizor, 1 ədəd “Blomberg” markalı soyuducu, 1 ədəd “Ariston” markalı paltaryuyan, 1 ədəd çilçıraq, 1 dəst qonaq otağı üçün pərdə, 2 ədəd xalça adda əşyalarının Cavabdeh məxsus ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması öhdəliyinin qoyulması qət edilmişdir. (qətnamənin qanuni qüvvəsini alınması barədə məlumat yoxdur) Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. ...14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.... Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Maddə 78. Sübutların təqdim edilməsi və tələb olunması 78.2. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir.....Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. 78.3. Sübut tələb olunan şəxsin həmin sübutu təqdim etmək imkanı olmadıqda və ya onu məhkəmənin müəyyən etdiyi vaxtda təqdim edə bilmədikdə, o, səbəblərini göstərməklə, sorğunu aldıqdan 5 gün müddətində bu barədə məhkəməyə məlumat verməlidir. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 115. İşə baxılması ilə əlaqədar məsrəflər 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər;.. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır... Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.... Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda - 30 manat. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-11717/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, iddiaçı X3 yetkinlik yaşına çatmayan övladı xx.xx.2010-cu il təvəllüdlü X6 ilə birlikdə ünvan 3 saylı evdən istifadə hüquqları tanınmaqla onların həmin evə köçürülməsi qət edilmişdir. Həmçinin, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2988/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “əşyaların yerləşdirilməsi”nə dair iddia tələbi təmin edilərək, ona 1 ədəd çarpayı, 1 ədəd dolab, 2 ədəd komod, 2 ədəd yataqyanı tumbalar, 1 ədəd çilçıraq, 1 dəst pərdə, 1 ədəd “Samsunq” markalı televizor, 1 ədəd “Blomberq” markalı soyuducu, 1 ədəd “Ariston markalı” paltaryuyan, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd kiçik masa, 1 ədəd böyük masa, 12 ədəd oturacaq, 1 ədəd komod, 2 ədəd dolab, 1 ədəd televizor altı, 1 ədəd çilçıraq, 1 dəst qonaq otağı üçün pərdə, 2 ədəd xalçanın ünvan 3 ünvanında olan otaqlarına yerləşdirilməsi ilə bağlı Cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması və.s qət edilmişdir. Göründüyü kimi, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə mübahisə edilən əşyalar hazırki iş üzrə cavabdehə məxsus evdə yerləşdirilməli idi. Eyni zamanda, iş materiallarından görünür ki, həmin qətnamə üzrə tələbkar İddiaçı icra sənədinin icrası ilə bağlı icra orqanına müraciət etməməsi səbəbindən icra tədbirlərinin həyata keçirilməsi mümkün olmamışdır. Daha sonra, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-304/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh İddiaçı Zahir qızının ünvan 3 saylı evə istifadə hüquqlarının itirilmiş hesab edilməsi qət edilmişdir. İddiaçı Cavabdeh tərəfindən ona məxsus əşyaların yararsız vəziyyətə salındığını əsas gətirərək, maddi ziyanın əvəzi olaraq 10800 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı ona məxsus və cavabdehin evdə yerləşdirilən əşyaların cavabdeh tərəfindən yararsız vəziyyətə saldığını əsas gətirərək onların dəyərini maddi ziyan kimi tələb etmişdir. Lakin, iş üzrə aparılmış məhkəmə araşdırması və “X10” MMC-nin xx.xx.2025-ci il tarixli rəyindən müəyyən olunur ki, mübahisə predmeti olan əşyalara ziyan dəyməmiş, əşyaların bazar dəyərinə təsir edən yeganə amil onların istifadə olunması və uzun müddət saxlanması nəticəsində yaranmış təbii aşınma olmuş, bu səbəbdən də həmin əşyalar üzrə maddi ziyan məbləği mövcud olmamışdır. Beləliklə, qeyd olunan əşyalar üzrə cavabdehin zərər vurması faktı sübuta yetirilməmişdir. Eyni zamanda, həmin rəydən müəyyən edilmişdir ki, iddiaçıya məxsus əşyalardan 1 ədəd çılçıraq faktiki olaraq cavabdehə məxsus ünvanda mövcud deyildir. İş üzrə müəyyən edilmiş halları və tətbiq edilən qanunvericiliyin tələblərini nəzərə alaraq, məhkəmə hesab edir ki, cavabdehin həmin əşyanın itirilməsi ilə bağlı iddiaçıya dəymiş ziyanın əvəzini ödəmək öhdəliyi yaranır. “X10” MMC-nin rəyində analoji çılçırağın bazar dəyəri 45 manat məbləğində müəyyən edildiyindən, məhkəmə həmin məbləğin iddiaçıya dəymiş real maddi zərər kimi cavabdehdən tutulmasını əsaslı hesab edir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh maddi ziyanın əvəzi olaraq 45 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 30 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilmiş mülki prosessual qanunvericiliyinin tələblərinə əsasən, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri qismində 3-16-16/2-9/1802/2025 saylı ekspertiza üzrə 50 manat məbləğində pulun və SEM/N 01-016/2025 saylı ekspertiza üzrə 300 manat məbləğində pulun ½ hissəsi İddiaçı, digər ½ hissəsi isə Cavabdeh tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh maddi ziyanın əvəzi olaraq 45 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri qismində 50 manat məbləğində pulun ½ hissəsi İddiaçı, digər ½ hissəsi isə Cavabdeh tutularaq dövlət büdcəsinə göstərilən hesaba keçirilsin: AZ34CTRE********************, VÖEN: ********** Məhkəmə Ekspertiza Mərkəzi; Dövlət Xəzinədarlığı agentliyi, KOD 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22, büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3. “X10” MMC-nin ekspertizasının dəyəri qismində 300 manat məbləğində pulun ½ hissəsi İddiaçı, digər ½ hissəsi isə Cavabdeh tutularaq “X10” MMC-nin bank hesaba keçirilsin: AZ63AİİB400600G**********229 (VÖEN: **********, Bank: "xxxx" ASC-nin KOB mərkəzi filialı, Bankın VÖEN-i: **********, Müxbir hesab: AZ37NABZ013501**********1944, Filialın kodu: 2201412, :SWİFT kod: AİİBAZ2XXXX). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar