Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2530/2023 13.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızı İddiaçı "FİNCA Azerbaijan" MM QBKT-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “borc” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada **********0125 saylı kredit müqaviləsi üzrə borcun məbləği 873.24 AZN əsas, faiz borcu üzrə 7.59 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 880.83 (səkkiz yüz səksən manat səksən üç qəpik) AZN; həmçinin, **********0138 saylı kredit müqaviləsi üzrə borcun məbləği 1293.08 AZN əsas, faiz borcu üzrə 9.06 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 1302.14 (min üç yüz iki manat on dörd qəpik) AZN və ödənilmiş 41.83 manat məbləğində dövlət rüsumunun "FİNCA Azerbaijan" MM QBKT-nın xeyrinə tutulması. Hazırki iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 284-1 Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1 Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2 Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə poçt vasitəsi ilə “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququ, eləcə də digər prosessual hüquq və vəzifələrin izahı haqqında bildiriş və iddia ərizəsinin surəti göndərilmiş, lakin bugünə kimi cavabdehin iddia ərizəsinə etirazı məhkəməyə daxil olmamışdır. Qeyd edilənləri, eləcə də iddiaçının təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq, məhkəmə iddiaçı «FİNCA Azerbaijan» MM QBKT cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “borc” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. İddia tələbinin dəlilləri “FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0125 saylı, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq güzəştli Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən, Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 1676.83 (min altı yüz yetmiş altı manat səksən üç qəpik) manat; həmçinin eyni tarixli, **********0138 saylı güzəştli Kredit (Restrukturizasiya) Muqaviləsi ilə bu Muqavilə imzalanan tarixə 2678.08 (iki min altı yüz yetmiş səkkiz manat səkkiz qəpik) manat; qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il guzəşt muddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. **********0125 saylı kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il guzəşt muddətində hər ay 1.40 manat, dord il muddətində isə hər ay 35.66 manat olmaqla və **********0138 saylı kredit mtıqaviləsi uzrə bir il guzəşt muddətində hər ay 2.23 manat, dörd il müddətində isə hər ay 56.96 manat bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqavilələrinə əsasən yaranmış ohdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0125 -1218293 saylı və **********0138 -1218293 saylı Zaminlik müqavilələri ilə Cavabdeh3; **********0125 -1218295 saylı və **********0138 -1218295 saylı Zaminlik muqavilələri ilə Cavabdeh1 zamin qismində sözü ğedən kredit müqavilələrinin tərəfi olmuşdular. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə ohdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər odəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə odəməyi öz öhdəsinə ğötürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə ğorə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin odənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh2 uzərinə duşən ohdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2023-cu il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh2 **********0125 saylı kredit müqaviləsi üzrə borcun məbləği 873.24 manat əsas, faiz borcu uzrə 7.59 manat olmaqla, cəmi 880.83 manat təşkil edir. Həmçinin, **********0138 saylı kredit mtıqaviləsi uzrə borcun məbləği 1293.08 manat əsas, faiz borcu uzrə 9.06 manat olmaqla, cəmi 1302.14 manat təşkil edir. İş materiallarına əlavə edilmiş: "FİNCA Azerbaijan" MM QBKT-ti ilə Cavabdeh2 arasında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının 6cı maddəsinə uyğun olaraq xx.xx.2019-cu il tarixli, **********0138 saylı güzəştli, kredit (restruktürizasiya) müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən, "FİNCA Azerbaijan" MM QBKT Cavabdeh2 sonuncunun vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 2678.08 (iki min altı yüz yetmiş səkkiz tam səkkiz) manat qalıq məbləğini ödəməsi məqsədi ilə 2678.08 manat məbləğində güzəştli krediti verməyi, Cavabdeh2 isə verilmiş krediti, o cümlədən kredit üzərində hesablanan faizləri bu Müqaviləyə əlavə hesab edilən ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə "FİNCA Azerbaijan" MM QBKT ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Həmin kredit Müqaviləsinin 6.2-ci bəndində qeyd edilmişdir ki, Kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra Kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, Kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir.Lakin bu tələbin Kredit alana təqdim edilməməsi Kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. "FİNCA Azerbaijan" MM QBKT-ti ilə Cavabdeh2 arasında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının 6cı maddəsinə uyğun olaraq xx.xx.2019-cu il tarixli, **********0125 saylı GÜZƏŞTLİ, kredit (restruktürizasiya) müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən, "FİNCA Azerbaijan" MM QBKT Cavabdeh2 sonuncunun vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 1676.83 (bir min altı yüz yetmiş altı tam səksən üç) manat qalıq məbləğini ödəməsi məqsədi ilə 1676.83 manat məbləğində güzəştli krediti verməyi. Cavabdeh2 isə verilmiş Krediti, o cümlədən Kredit üzərində hesablanan faizləri bu Müqaviləyə əlavə hesab edilən ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə "FİNCA Azerbaijan" MM QBKT ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Həmin kredit Müqaviləsinin 6.2-ci bəndində qeyd edilmişdir ki, Kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra Kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, Kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir.Lakin bu tələbin Kredit alana təqdim edilməməsi Kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. **********0138 -1218293 saylı xx.xx.2019-cu il tarixli Zaminlik Müqaviləsindən görünür ki, Cavabdeh3 borcalan Cavabdeh2 xx.xx.2019 tarixli, **********0138 saylı kredit müqaviləsi üzrə bank qarşısında öhdəliklərinin tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və həmin müqaviləyə əsasən borc alan öhdəliklərini icra etmədikdə, zamin onunla birgə məsuliyyət daşıyır. **********0138 -1218295 saylı Zaminlik Müqaviləsindən görünür ki, Cavabdeh1 borcalan Cavabdeh2 xx.xx.2019 tarixli, **********0138 saylı bank qarşısında öhdəliklərinin tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və həmin müqaviləyə əsasən borc alan öhdəliklərini icra etmədikdə, zamin onunla birgə məsuliyyət daşıyır. **********0125 -1218293 saylı xx.xx.2019-cu il tarixli Zaminlik Müqaviləsindən görünür ki, Cavabdeh3 borcalan Cavabdeh2 xx.xx.2019 tarixli, **********0125 saylı kredit müqaviləsi üzrə bank qarşısında öhdəliklərinin tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və həmin müqaviləyə əsasən borc alan öhdəliklərini icra etmədikdə, zamin onunla birgə məsuliyyət daşıyır. **********0125 -1218293 saylı xx.xx.2019-cu il tarixli Zaminlik Müqaviləsindən görünür ki, Cavabdeh3 borcalan Cavabdeh2 xx.xx.2019 tarixli, **********0125 saylı kredit müqaviləsi üzrə bank qarşısında öhdəliklərinin tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və həmin müqaviləyə əsasən borc alan öhdəliklərini icra etmədikdə, zamin onunla birgə məsuliyyət daşıyır. **********0125 -1218295 saylı Zaminlik Müqaviləsindən görünür ki, Cavabdeh1 borcalan Cavabdeh2 xx.xx.2019 tarixli, **********0125 saylı bank qarşısında öhdəliklərinin tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və həmin müqaviləyə əsasən borc alan öhdəliklərini icra etmədikdə, zamin onunla birgə məsuliyyət daşıyır. "FİNCA Azerbaijan" MM QBKT tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh2 iddiaçı banka **********0138 saylı xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1385.00 manat əsas, 74.00 manat faiz olmaqla, cəmi 1302,14 manat məbləğində əsas borcu vardır. "FİNCA Azerbaijan" MM QBKT tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh2 iddiaçı banka **********0125 saylı xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 873,24 manat əsas, 7.59 manat faiz olmaqla, cəmi 880,83 manat məbləğində əsas borcu vardır. Tətbiq olunan hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1 Zaminlik müqaviləsinə görə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.2 Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi nəticəsində kreditora dəyən zərərin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, “FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0125 saylı, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq güzəştli Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən, Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 1676.83 (min altı yüz yetmiş altı manat səksən üç qəpik) manat; həmçinin xx.xx.2019-cu il tarixli, **********0138 saylı güzəştli Kredit (Restrukturizasiya) Muqaviləsi ilə bu Muqavilə imzalanan tarixə 2678.08 (iki min altı yüz yetmiş səkkiz manat səkkiz qəpik) manat; qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il guzəşt muddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. **********0125 saylı kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il guzəşt muddətində hər ay 1.40 manat, dord il muddətində isə hər ay 35.66 manat olmaqla və **********0138 saylı kredit mtıqaviləsi uzrə bir il guzəşt muddətində hər ay 2.23 manat, dörd il müddətində isə hər ay 56.96 manat bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. İddiaçı ilə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilələrin şərtlərinə görə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 digər Cavabdeh2 kredit müqavilələrindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün iddiaçı qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Tərəflər arasında kreditin ödənilməsi şərtləri razılaşdırılmasına baxmayaraq iddiaçı öz üzərinə düşən öhdəliyi vaxtında və qaydasında həyata keçirmiş, yəni kredit xətti açılmış, lakin cavabdeh üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada həyata keçirməmişdir. Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, Cavabdeh2 **********0125 saylı xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə borcun məbləği 873.24 manat əsas, faiz borcu üzrə 7.59 manat olmaqla, cəmi 880.83 manat və **********0138 saylı xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə borcun məbləği 1293.08 manat əsas, faiz borcu üzrə 9.06 manat olmaqla, cəmi 1302.14 manat məbləğində borcu vardır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da cavabdeh müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan vəsaiti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, cavabdehlər kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən iddiaçı hazırki iddia tələbini irəli sürməkdə haqlıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada xx.xx.2019-cu il tarixli, **********0125 saylı kredit müqaviləsi üzrə borcun məbləği 873.24 manat əsas, faiz borcu üzrə 7.59 manat olmaqla, cəmi 880.83 manat və xx.xx.2019-cu il tarixli, **********0138 saylı kredit müqaviləsi üzrə borcun məbləği 1293.08 manat əsas, faiz borcu üzrə 9.06 manat olmaqla, cəmi 1302.14 manat olmaqla, hər iki müqavilə üzrə ümumilikdə 2182,97 manat alınaraq iddiaçı «FİNCA Azerbaijan» MM QBKT-nin xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2 İddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 41,83 manat məbləğdə pul vəsaiti də cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada xx.xx.2019-cu il tarixli, **********0125 saylı kredit müqaviləsi üzrə borcun məbləği 873.24 (səkkiz yüz yetmiş üç manat iyirmi dörd qəpik) manat əsas, faiz borcu üzrə 7.59 (yeddi manat əlli doqquz qəpik) manat; xx.xx.2019-cu il tarixli, **********0138 saylı kredit müqaviləsi üzrə borcun məbləği 1293.08 (bir min iki yüz doxsan üç manat səkkiz qəpik) manat əsas, faiz borcu üzrə 9.06 (doqquz manat altı qəpik) manat olmaqla, hər iki müqavilə üzrə ümumilikdə 2182,97 (iki min bir yüz səksən iki manat doxsan yeddi qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 41,83 (qırx bir manat səksən üç qəpik) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı «FİNCA Azerbaijan» MM QBKTnin xeyrinə ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rübabə Qafarova
Məhkəmə qərarları › İş №e-2(010)-2530/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2530/2023
13.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver