Məhkəmə qərarları › İş №e-2(010)-2536/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2536/2025

21.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2536/2025 21.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlu İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra mətndə "xxxx" MMC) Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********13458 OPPO A57S markalı telefon, VİNİL ŞƏFFAF, QİZİL ZƏMANƏT ULTRA 3 il xidməti üçün, 158.3 (yüz əlli səkkiz manat, 30 qəpik) manat ödənilməmiş hissə, 15.83 (on beş manat, 83 qəpik) manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, SOYUDUCU HOFFMANN, ZƏMANƏT + 3 il xidməti üçün 446.1 (dörd yüz qırx altı manat, 10 qəpik) manat ödənilməmiş hissə, 44.61 (qırx dörd manat, 61 qəpik) manat cərimə; xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, İmei kod **********11394 VİVO Y55 markalı telefon, VİNİL MAT, QİZİL ZƏMANƏT ULTRA 2 il xidməti üçün, 488.6 (dörd yüz səksən səkkiz manat, 60 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 48.86 (qırx səkkiz manat, 86 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ KOD **********94961 BLACKVİEW A200 PRO markalı telefon, VİNİL ŞƏFFAF, VİNİL MAT, X2 QULAQLİQ, РАКЕТ XL xidməti, QİZİL ZƏMANƏT ULTRA 3 il xidməti üçün, 922.5 (doqquz yüz iyirmi iki manat, 50 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 92.25 (doxsan iki manat, 25 qəpik) manat cərimə, ümumilikdə 2264.25 manat borc, 42.65 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq “ABC TELECOM" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə “ABC TELECOM" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024- cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, İmei kod **********13458 OPPO A57S markalı telefon, VİNİL ŞƏFFAF, QİZİL ZƏMANƏT ULTRA 3 il xidməti, SOYUDUCU HOFFMANN, ZƏMANƏT + 3 il xidməti, İmei kod **********11394 VİVO Y55 markalı telefon, VİNİL MAT, QİZİL ZƏMANƏT ULTRA 2 il xidməti, İMEİ KOD **********94961 BLACKVİEW A200 PRO markalı telefon, VİNİL ŞƏFFAF, VİNİL MAT, X2 QULAQLİQ, PAKET XL xidməti, QİZİL ZƏMANƏT ULTRA 3 il xidməti almış və nəticədə 2264.25 (iki min iki yüz altmış dörd manat, 25 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 286.38 (iki yüz səksən altı manat, 38 qəpik) manat (18 ay x 15.91 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********13458 OPPO A57S markalı telefon, VİNİL ŞƏFFAF, QİZİL ZƏMANƏT ULTRA 3 il xidməti üçün ümumilikdə, 174.13 (yüz yetmiş dörd manat, 13 qəpik) manat olmaqla ondan, 158.3 (yüz əlli səkkiz manat, 30 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 15.83 (on beş manat, 83 qəpik) manat cərimə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 669.84 (altı yüz altmış doqquz manat, 84 qəpik) manat (12 ay x 55.82 manat + 0 manat ilkin ödəniş) olan SOYUDUCU HOFFMANN, ZƏMANƏT + 3 il xidməti üçün ümumilikdə, 490.71 (dörd yüz doxsan manat, 71 qəpik) manat olmaqla ondan, 446.1 (dörd yüz qırx altı manat, 10 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 44.61 (qırx dörd manat, 61 qəpik) manat cərimə; xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 586.92 (beş yüz səksən altı manat, 92 qəpik) manat (18 ay x 32.59 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********11394 VİVO Y55 markalı telefon, VİNİL MAT, QİZİL ZƏMANƏT ULTRA 2 il xidməti üçün ümumilikdə, 561.06 (beş yüz altmış bir manat, 06 qəpik) manat olmaqla ondan, 488.6 (dörd yüz səksən səkkiz manat, 60 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 48.86 (qırx səkkiz manat, 86 qəpik) manat cərimə; xx.xx.2024cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 922.5 (doqquz yüz iyirmi iki manat, 50 qəpik) manat (18 ay x 51.25 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KOD **********94961 BLACKVİEW A200 PRO markalı telefon, VİNİL ŞƏFFAF, VİNİL MAT, X2 QULAQLİQ, PAKET XL xidməti, QİZİL ZƏMANƏT ULTRA 3 il xidməti üçün ümumilikdə, 1038.35 (min otuz səkkiz manat, 35 qəpik) manat olmaqla ondan, 922.5 (doqquz yüz iyirmi iki manat, 50 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr ərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəeşt olunaraq 92.25 (doxsan iki manat, 25 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 449.84 manat təşkil edir..

İş materialları

3. xx.xx.2024-cü il tarixli, ********* nömrəli müqavilə və ona əlavəyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 286.39 manat olan Oppo A57s markalı telefon, Vinil Şəffaf, X1 3 il xidməti almış və məhsul ona təhvil verilmişdir.

4. xx.xx.2024-cü il tarixli, 03228983 nömrəli müqavilə və ona əlavəyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 669.84 manat olan Soyuducu Hoffmann, Zəmanət +3 il xidməti almış və məhsul ona təhvil verilmişdir.

5. xx.xx.2024-cü il tarixli, 01883191 nömrəli müqavilə və ona əlavəyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 586.59 manat olan İmei kod **********11394 Vivo Y55 markalı telefon, Vinil Mat, X1 2 il xidməti xidməti almış və məhsul ona təhvil verilmişdir.

6. xx.xx.2024-cü il tarixli, 03218807 nömrəli müqavilə və ona əlavəyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 922.55 manat olan İmei Kod **********94961 Blackvıew A200 Pro markalı telefon, Vinil Şəffaf, Vinil Mat, X2 Qulaqlıq, Paket Xl Xidməti, X1 3 il xidməti xidməti almış və məhsul ona təhvil verilmişdir.

7. xx.xx.2025-ci il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdehn xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələr üzrə əsas borca ödənilmiş məbləğ 449.84 manat, əsas borca ödənilməmiş məbləğ 2015.5 manat, İnnovativ Layihələr Mərkəzi rüsumu 47.2 manat, cərimə borcu 201.55 manat, ümumilikdə 2264.25 manat məbləğində borcu vardır.

5. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcun ödənilməsi, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq olunmuşdur.

6. Mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəməyə ərizə verilərkən 42.65 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin faktiki halları

7. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrinin bağlanması işin mübahisəsiz hallarıdır.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi

Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

9. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1 Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

Məhkəmənin mövqeyi

10. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir.

11. Belə ki, tərəflər arasında müqavilə bağlanılmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Göründüyü kimi iddiaçı alqı-satqı müqavilələrinin bağlanmasından irəli gələn və məhsulların verilməsindən ibarət hərəkəti icra etsə də, cavabdeh aldığı məhsulların pulunu iddiaçıya qaytarmaqdan yayınır və beləliklə alqı-satqı müqavilələrinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Halbuki, mülki qanunvericiliyin normalarına əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Yəni, müqavilə hansı məzmunda bağlanıbsa, həmin məzmunda da hüquqi nəticələr doğurur, bir şərtlə ki, mülki qanunvericiliklə ziddiyyət təşkil etməsin. Cavabdeh iddiaçı ilə müqavilə bağlayaraq öhdəlik münasibətinin iştirakçısı olan zaman həmin müqavilənin doğuracağı hüquqi nəticələri qabaqcadan görmüş və dərk etmişdir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Göründüyü kimi iddiaçının “vermək”dən ibarət hərəkətinə qarşılıq olaraq, cavabdeh “qaytarmaq”dan ibarət iradə ifadəsi bildirsə də, öz vəzifəsini vicdanlı şəkildə icra etməmişdir. Halbuki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar

12. Belə ki, tərəflər arasında müqavilə bağlanılmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Göründüyü kimi cavabdeh xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024cü il tarixli razılaşmalar əsasında öz öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir.

13. Məhkəmə tətbiq edilən dəbbə pulunun əsas tələbə mütənasib olduğunu nəzərə alaraq hesab edir ki, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələr üzrə üzrə tələb edilən 201.55 manat dəbbə pulu (penya) əsas borca mütənasibdir.

Məhkəmə xərcləri

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

14. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

15. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 42.65 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə

16. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən xx.xx.2024-cü il tarixli müqavilə üzrə 158.3 manat ödənilməmiş hissə, 15.83 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 446.1 manat ödənilməmiş hissə, 44.61 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 488.6 manat ödənilməmiş hissə, 48.86 manat cərimə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 922.5 manat ödənilməmiş hissə, 92.25 manat cərimə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum olmaqla, ümumilikdə 2264.25 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməlidir.

17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə,

qət etdi:

İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 158.3 manat ödənilməmiş hissə, 15.83 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 446.1 manat ödənilməmiş hissə, 44.61 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 488.6 manat ödənilməmiş hissə, 48.86 manat cərimə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 922.5 manat ödənilməmiş hissə, 92.25 manat cərimə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum olmaqla, ümumilikdə 2264.25 manat pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 42.65 manat məbləğində pul Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar