Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2537/2024 30.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 oğlunun katibliyi, iddiaçının etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə İmei kod **********68842 Samsung Galaxy A 23 markalı telefon üçün 502.98 manat ödənilməmiş hissə və 50.02 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə Paltaryuyan LG üçün 107.53 manat ödənilməmiş hissə və 10.47 manat cərimə borcu olmaqla cəmi 671 manat və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu pul tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. Cavabdeh, "xxxx" MMC ilə bağladığı xx.xx.2023-cü il tarixli və xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən İmei kod **********68842 Samsung Galaxy A 23 markalı telefon, Paltaryuyan LG əldə etmiş və nəticədə 671 manat borc yaranmışdır. Cavabdeh müqavilələr üzrə öhdəlik şərtlərini pozaraq öz öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir.
Tərəflərin izahatları
3. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir.
4. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi X2 ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılıb qiyabi qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Eyni zamanda məhkəmə iclasında izahatı zamanı iddia tələbinin qiyabi formada təmin edilməsini xahiş etmişdir.
İş materialları
5. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə və ona əlavə olan bildirişdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə ümumi dəyəri 604.98 manat məbləğində İmei kod **********68842 Samsung Galaxy A 23 markalı telefon əldə etmiş və həmin məbləği ilkin ödəniş 0 manat, aylıq 33.61 manat olmaqla, 18 ay müddətində "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Eyni zamanda, məhsul tam və qüsursuz şəkildə Cavabdeh təhvil verilmişdir.
6. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə və ona əlavə olan bildirişdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə ümumi dəyəri 1189.62 manat məbləğində Paltaryuyan LG əldə etmiş və həmin məbləği ilkin ödəniş 0 manat, aylıq 66.09 manat olmaqla, 18 ay müddətində "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Eyni zamanda məhsullar tam və qüsursuz şəkildə Cavabdeh təhvil verilmişdir.
7. xx.xx.2024-cü il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 502.98 manat ödənilməmiş hissə və 50.02 manat cərimə borcu, xx.xx.2022ci il tarixli müqavilə üzrə 107.53 manat ödənilməmiş hissə və 10.47 manat cərimə borcu olmaqla cəmi 671 manat borcu vardır.
8. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh öhdəliyini 3 iş günü ərzində yerinə yetirmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
İşin faktiki halları
9. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il və xx.xx.2022-ci il tarixli müqavilələr əsasında iddiaçı tərəfindən cavabdehə həmin müqavilələrdə nəzərdə tutulan məhsullar təqdim edilmiş və cavabdeh həmin məhsulların dəyərini ödəniş qrafikinə uyğun ödəməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı cavabdehin öz öhdəliyini lazımi qaydada yerinə yetirmədiyini qeyd edərək iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh tərəffindən iddia tələbinə etiraz və ya mülahizə daxil olmamışdır.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 422. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 586. Əşyanın keyfiyyətinin yoxlanması Maddə 586.2. Əgər bu Məcəllənin 586.1-ci maddəsinə uyğun olaraq əşyanın keyfiyyətinin yoxlanması qaydası müəyyənləşdirilməyibsə, əşyanın keyfiyyəti işgüzar dövriyyə adətlərinə və ya alğı-satqı müqaviləsi üzrə verilməli əşyanın yoxlanmasının adətən tətbiq edilən digər şərtlərinə müvafiq surətdə yoxlanılır. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 238. Qiyabi icraatın əsasları 238.1 İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 238.4 İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Maddə 241. Qiyabi icraat qaydası 241.1 Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Maddə 244. Qiyabi qətnamədən şikayət verilməsi Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır.
Məhkəmənin mövqeyi
12. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin qiyabi formada təmin edilməlidir.
13. Məhkəmə əvvəla qeyd edir ki, tərəflər arasında etibarlı müqavilə münasibətləri olmuşdur. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixli və xx.xx.2022-ci il tarixli müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilələrdə nəzərdə tutulan məhsulları cavabdehə təqdim etmişdir. Cavabdeh isə nisyə alqı-satqı müqavilələri əsasında əldə etdiyi həmin məhsullara görə borclu olduğu məbləği ödəniş qrafiklərinə uyğun ödəməyi öhdəsinə götürsə də, lakin öhdəliyini icra etməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddia tələbinin əksini sübut edən hər hansı bir sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə xərcləri
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
15. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
16. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmənin gəldiyi nəticə
17. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 502.98 manat əsas borc və 50.02 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 107.53 manat əsas borc və 10.47 manat cərimə borcu olmaqla cəmi 671 manat və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu pul tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir.
20. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia təmin edilsin. Cavabdeh Əlı̇ yev Elnur Alı oğlundan xx.xx.2023-cü il tarixli müqavilə üzrə 502.98 manat ödənilməmiş hissə, 50.02 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 107.53 manat ödənilməmiş hissə və 10.47 manat cərimə olmaqla cəmi 671 manat borc tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh Əlı̇ yev Elnur Alı oğlundan tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.