Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-2598/2022 05.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas kаtibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında bаxаrаq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən xx.xx.2022-ci il tarixdə ətrafdakılar üçün yüksək təhlükəli fəaliyyət nəticəsində delikt törətməsi ilə İddiaçı vurduğu maddi ziyanın əvəzi olaraq 1000 manat məbləğində, həmçinin məhkəmə xərclərinə görə, o cümlədən dövlət rüsumuna görə 35 manat və ixtisaslı hüquqi yardıma görə 310 manat olmaqla, cəmi 345 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulması və X3 hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(010)- 2598/2022 saylı qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş iddiaçının nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh məhkəməyə barışıq sazişi təqdim edərək, məhkəmədən sazişin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmənin hazırkı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, baxış iclasının onların iştirakı olmadan keçirilməsini və barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə təqdim edilmiş barışıq sazişini iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş və tərəflərin (iddiaçının nümayəndəsi (vəkili) və cavabdeh) imzaları ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli barışıq sazişindən müəyyən edilir ki, tərəflər aşağıdakı şərtlərlə razılığa gələrək barışıq sazişi bağlamışlar: “2.1. Cavabdeh Sazişin təsdiq edilməsi barədə məhkəmə qərardadı qanuni qüvvəyə mindikdən sonra 3 (üç) gün ərzində 44 gün sürən Vətən Müharibəsində (İİ Qarabağ Müharibəsində) Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar şücaətlə döyüşmüş və yaralanmış, İ qrup əlil, “Xocavəndin azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmiş, qazi X1 (FİN: 6H6GG8K) kart hesabına (Rabitəbank, 5261 6333 3364 4483, bitmə vaxtı: 01/26, X7) 800 AZN (səkkiz yüz manat) məbləğində pul vəsaiti ödəməyi öhdəsinə götürür. 2.2. İddianın qaldırılması ilə əlaqədar məhkəmə xərcləri və ixtisaslı hüquqi yardıma görə vəkilə ödənilən xərclər İddiaçıya aid edilir. 2.3. Cavabdeh bu Sazişin 2.1-ci maddəsinə əsasən üzərinə götürdüyü öhdəliyi İddiaçı qarşısında könüllü icra edəcəkdir. Cavabdeh Sazişi könüllü icra etmədiyi təqdirdə İddiaçının tələbinə əsasən X3 hesabına 1.345 AZN (min üç yüz qırx beş manat) ödəmək öhdəliyi daşıyır. 2.4. Sazişin qüvvəyə minməsi ilə Sazişin 1-ci maddəsində göstərilmiş mübahisə Tərəflər arasında həll edilmiş hesab edilir. 2.5. Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. 2.6. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir”. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessal Məcəlləsi: Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.4. İşdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi. 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Maddə 261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: ...261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə... Maddə 262. İcraata xitam verilmə qaydası və nəticələri. 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə tərəfindən iş üzrə tərəflərə barışıq sazişinin hüquqi nəticələri izah edilmişdir. Tərəflər sazişin istəklərinə uyğun olduğunu, onların iradələrini ifadə etdiyini və heç bir hüquqlarını pozmadığını qeyd etmişdir. Həmçinin qeyd etmişlər ki, onlar artıq öz aralarında mövcud mübahisəni barışıq sazişi bağlamaqla həll etdiklərindən işə məhkəmədə mahiyyəti üzrə baxılmasına ehtiyac yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, barışıq sazişi hər iki tərəfin arzusuna uyğun olub, onların iradələrini ifadə edir və həmin saziş hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarını pozmur. Mövcud iddia tələbi iş üzrə tərəflər olan prosessual şəxslərin hüquq və vəzifələri ilə əlaqədardır, habelə barışıq sazişinin nəticələri tərəflərə aydındır və onlar barışıq sazişinin nəticələri ilə razıdırlar. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilərək iş üzrə icraata xitam verilməlidir. Məhkəhə həmçinin, qeyd edir ki, barışıq sazişində məhkəmə xərclərinin ödənilməsi məsələsi də qarşılıqlı razılıq əsasında həll edilmişdir. Belə olan halda bu qərardadla məhkəmə xərcləri ilə bağlı məsələ də tərəflərin razılığına uyğun olaraq həll edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-262-ci və 263-269-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə İddiaçı (nümayəndəsi (vəkili) Vəkil) və Cavabdeh arasında aşağıdakı şərtlərlə bağlanılmış xx.xx.2022-ci il tarixli barışıq sazişi təsdiq edilsin: “2.1. Cavabdeh Sazişin təsdiq edilməsi barədə məhkəmə qərardadı qanuni qüvvəyə mindikdən sonra 3 (üç) gün ərzində 44 gün sürən Vətən Müharibəsində (İİ Qarabağ Müharibəsində) Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar şücaətlə döyüşmüş və yaralanmış, İ qrup əlil, “Xocavəndin azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmiş, qazi X1 (FİN: 6H6GG8K) kart hesabına (Rabitəbank, 5261 6333 3364 4483, bitmə vaxtı: 01/26, X7) 800 AZN (səkkiz yüz manat) məbləğində pul vəsaiti ödəməyi öhdəsinə götürür. 2.2. İddianın qaldırılması ilə əlaqədar məhkəmə xərcləri və ixtisaslı hüquqi yardıma görə vəkilə ödənilən xərclər İddiaçıya aid edilir. 2.3. Cavabdeh bu Sazişin 2.1-ci maddəsinə əsasən üzərinə götürdüyü öhdəliyi İddiaçı qarşısında könüllü icra edəcəkdir. Cavabdeh Sazişi könüllü icra etmədiyi təqdirdə İddiaçının tələbinə əsasən X3 hesabına 1.345 AZN (min üç yüz qırx beş manat) ödəmək öhdəliyi daşıyır”. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(010)-2598/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-2598/2022
05.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver