Məhkəmə qərarları › İş №e-2(010)-260/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-260/2023

24.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-260/2023 24.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Məhkəmə iclas katibi X1 qızının katibliyi ilə, İddiaçı Mirzəhüseyn oğlunun Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Mirzəhüseyn oğlunun Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4795/2022 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı Mirzəhüseyn oğlunun Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş hakim Anar Qasımovun icraatına qəbul edilmiş və məhkəmə hazırlıq iclasının xx.xx.2022-ci il, saat 10:15-ə təyin olunması barədə iddiaçının vəkili və nümayəndəsinin elektron kabinetinə və ərizədə qeyd etdiyi nömrəsinə bildiriş, cavabdehə isə poçt və SMS vasitəsi ilə bildiriş göndərilərək məlumat verilmişdir. İlkin məhkəmə hazırlıq iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil və cavabdeh iştirak etmiş, məhkəmə hazırlıq iclası xx.xx.2022-ci il tarixə, saat 10:00-a təxirə salınmış və növbəti məhkəmə iclasının vaxtı barədə iddiaçının vəkili və nümayəndəsinə məhkəmə zalında və elektron kabinet vasitəsi ilə, cavabdehə isə məhkəmə bildirişinin kötüyünə imza etdirməklə və SMS bildiriş vasitəsi ilə məlumat verilmişdir. xx.xx.2022-ci il tarixdə, saat 10:00-a təyin olunmuş məhkəmə hazırlıq iclasında cavabdeh iştirak etməmiş, iddiaçının vəkili və nümayəndəsi isə ərizə göndərərək məhkəmə hazırlıq iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə məhkəmə hazırlıq iclasının baxış iclasına təyin olunması qərarına gələrək məhkəmə hazırlıq iclasını xx.xx.2022-ci il tarixə, saat 11:15-ə məhkəmə baxış iclasına təyin etmişdir və cavabdehə məhkəmə bildirişinin kötüyünə imza etdirməklə məlumat verilmiş, iddiaçı tərəfə isə məhkəmə baxış iclasının vaxtı və yeri barədə məlumat verilməmişdir. xx.xx.2022-ci il, saat 11:15-də keçirilmiş məhkəmə baxış iclasında cavabdeh iştirak etmiş, iddiaçı tərəf iştirak etmədiyi üçün məhkəmə baxış iclası xx.xx.2022-ci il tarixə saat 12:15-ə təyin edilmiş, məhkəmə baxış iclasının vaxtı barədə iddiaçının vəkili və nümayəndəsinə SMS bildiriş və elektron kabinet vasitəsi ilə, cavabdehə isə məhkəmə bildirişinin kötüyünə imza etdirməklə və SMS bildiriş vasitəsi ilə məlumat verilmişdir. xx.xx.2022-ci il, saat 12:15-də keçirilmiş məhkəmə baxış iclasında cavabdeh iştirak etmiş, iddiaçı tərəf iştirak etmədiyi üçün məhkəmə baxış iclası xx.xx.2023-cü il tarixə saat 11:50-yə təyin edilmiş, məhkəmə baxış iclasının vaxtı barədə iddiaçının vəkili və nümayəndəsinə SMS bildiriş və elektron kabinet vasitəsi ilə, cavabdehə isə məhkəmə bildirişinin kötüyünə imza etdirməklə məlumat verilmişdir. Hakim Qasımov Anar Adil oğlu xx.xx.2022-ci il tarixdən Qusar Rayon Məhkəməsinə sədr vəzifəsinə təyin edilmiş və onun icraatında olan İddiaçı Mirzəhüseyn oğlunun Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş hakim Mahmudova Təranə Nəriman qızının icraatına keçmişdir. Sonuncu məhkəmə baxış iclası xx.xx.2023-cü il tarixə, saat 11:50-yə təyin olunmuşdur. İddiaçının vəkili və nümayəndəsinə SMS bildiriş və elektron kabinet vasitəsi ilə, cavabdehə isə məhkəmə bildirişinin kötüyünə imza etdirməklə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər göstərilən tarixdə məhkəməyə gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, hakim ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılsa da, onlar məhkəməyə gəlmədiklərindən və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərindən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Mirzəhüseyn oğlunun Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar