Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2604/2022 09.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Mikayılov Rüfət Salman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 4875 AZN məbləğində borcun və ödənilmiş 70 AZN məbləğində dövlət rüsumunun, ümumilikdə 4945 AZN (dörd min doqquz yüz qırx beş) manat məbləğində pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri Bakı şəhəri 28 saylı notariat kontorunda xx.xx.2018-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən İddiaçı hər ay 375 manat olmaqla xx.xx.2020-ci il tarixədək qaytarmaq şərti ilə Cavabdeh 11250 (on bir min iki yüz əlli) manat məbləğində borc pul vermişdir. Öhdəliklərinin icrasını pozduğu üçün İddiaçı Cavabdeh qarşı 11250 (on bir min iki yüz əlli) manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq xeyrinə ödənilməsi barədə Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı tam etiraf edərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5014/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Leyla Talıbova) borcun qismən (375 AZN) ödənilməsi və müqavilə müddətinin xx.xx.2019-cu il tarixədək tam keçməməsini, yalnız 18 ayının keçməsini əsas gətirilərək (18x375=6750-375=6375 manat) iddia qismən təmin edilərək Cavabdeh 6375 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı xeyrinə tutulması qət edilmişdir. Lakin üstündən uzun müddət keçməsinə, iddiaçı və icra məmuru tərəfindən ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh tərəfindən bu günə qədər hər hansı ödəniş edilməmişdir. Eyni zamanda müqavilə müddətinin keçməsi səbəbindən qalan borcun tələb edilməsi üçün əsaslar da yaranmışdır. Tərəflərin izahatları İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, izahatında iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: Suraxanı rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(010)-5014/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı «borc tələbinə dair» iddiası qismən təmin edilmiş, Cavabdeh 6375 (altı min üç yüz yetmiş beş) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı rayon icra və probasiya şöbəsinin icra məmuru X3 xx.xx.2020ci il tarixli "icraata başlamaq haqqında” qərarından müəyyən olunur ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-5014/2019 №-li. xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, «Borc verən» İddiaçı «Borc alan» Cavabdeh 11250 manat məbləğində pulu borc vermişdir. Cavabdeh krediti xx.xx.2020-ci il tarixədək hər ayın 5-dək 375 manat ödəmək şərtilə qaytarmağı öhdəsinə götürmüşdür. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, Cavabdeh İddiaçı xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 11250 manat məbləğində borc almış və bu barədə tərəflər arasında kredit müqaviləsi bağlanmışdır. Həmin borcu Cavabdeh xx.xx.2020-ci il tarixədək hər ayın 5-dək 375 manat ödəmək şərtilə İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə müəyyən edir ki, Suraxanı rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(010)-5014/2019 saylı qətnaməsi ilə Cavabdeh tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə oktyabr 2019-cu il tarixinə kimi hesablanmış 6375 (altı min üç yüz yetmiş beş) manat məbləğində borcun tutulması qət edilmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da cavabdeh müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan vəsaiti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə həmçinin müəyyən edir ki, iddiaçı hazırki iddia ilə tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehdən 4875 (dörd min səkkiz yüz yetmiş beş) manat məbləğində pul vəsaitinin tutulmasını tələb etsə də, məhkəmə müəyyən edir ki, sözügedən müqavilə üzrə noyabr 2019-cu il tarixindən oktyabr 2020-ci il tarixinə kimi hesablanmış borcun ümumi məbləği 4500 (dörd min beş) təşkil edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 4500 (dörd min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin nəzərə almışdır ki, iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanılmalıdır. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2. İddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 70 manat məbləğində pul vəsaiti də cavabdeh X2 İddiaçı X1 xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4500 (dörd min beş yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 70 (yetmiş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №e-2(010)-2604/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2604/2022
09.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver