Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2614/2023 07.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması və əlavə xərcin tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il təvəllüdlü X2 18 yaşınadək saxlanılması üçün Bakı Şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)-3216/2022 saylı qətnaməsi və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-7287/2022 saylı qətnaməsində nəzərdə tutulan alimentin və əlavə xərclərə görə məbləğin miqdarının artırılaraq uşaq üçün hər ay 400 manat və uşaq 3 yaşına çatanadək anaya 200 manat olmaqla, ümumilikdə 600 manat alimentin mediasiyaya təklif göndərilən tarixindən hesablanaraq Cavabdeh tutularaq İddiaçı verilməsi, mediasiya üçün ödənilmiş 50 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh 23 avqust 2021-ci il tarixində birgə nikaha daxil olublar. Birgə nikahdan xx.xx.2022-ci il təvəllüdlü X3 anadan olmuşdur. Bakı Şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)-3216/2022 saylı qətnaməsinə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması və doğum və müayinə xərclərinin yarısı - 667 (altı yüz altmış yeddi) manat Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-7287/2022 saylı qətnaməsinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3216/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə qismən, yəni əlavə xərcin tutulması hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddianın həmin hissədə qismən təmin edilməsi, Cavabdeh, uşaq 3 yaşına çatanadək hər ay 50 (əlli) manat məbləğində əlavə xərclərə görə pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda xx.xx.2022-ci il təvəllüdlü X3 anası İddiaçı himayəsindədir və onların bütün ehtiyacları və saxlanılması ilə daima ana məşğul olur. Azyaşlı övladı on üç aylıq körpədir, onun yetkinlik yaşına çatanadək saxlanılması üçün 193 (yüz doxsan üç) manat aliment və 3 yaşına çatanadək hər ay 50 (əlli) manat məbləğində əlavə xərclərə görə pul uşağın saxlanılması üçün kifayət etmir. Ölkə ərazisində hazırki inflyasiyanı və bazar qiymətlərini də nəzərə alnarsa, bu olduqca azdır. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən uşaqların bir aylıq yaşayış minimumu 220 manat müəyyən edilib. Bu qanun yalnız uşağın qidalaması minimumunu müəyyən edir. Əlavə xərclər üçün ayrılan pulun miqdarı da çox azdır. Uşağın sağlamlığı, qidalanması və sair xərclər üçün bu məbləğ kifayət qədər deyil. Alimentin artırılması ilə bağlı 20 fevral 2023cü il tarixdə mediasiyaya müraciət olunub və mediasiya arayışı alınmışdır. Qeyd olunanlara əsasın iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddia tələbini müdafiə edir, məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı ilə cavabdeh 2021-ci ildə evlənmişlər və birgə nikahlarından bir övladları doğulmuşdur. Hal-hazırda Cavabdeh xəstədir, müalicə alır və məhkəmə tərəfindən təyin olunmuş alimenti güclə ödəyir. O hal-hazırda heç yerdə işləmir, işsiz kimi qeydiyyatdadır və bununla bağlı məhkəməyə arayış təqdim olunmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iş üzrə proses iştirakçının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 14:30 radələrində keçirilməsi nəzərdə tutulan iclasda İddiaçı nümayəndəsi iştirak etmiş və 50 manat mediasiyaya dair xərc ödəmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)- 3216/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması və doğum və müayinə xərclərinin yarısı - 667 (altı yüz altmış yeddi) manat Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7287/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-3216/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən, yəni əlavə xərcin tutulması hissəsində ləğv edilmiş və xx.xx.2022-ci il təvəllüdlü X2 3 yaşına çatanadək saxlanılması üçün hər ay 50 manat əlavə xərcin tutulması qət edilmişdir. Qətnamə alimentin hesablanması tarixinə dair hissədə dəyişdirilmiş və alimentin ödənilməsinin mediasiyaya müraciət etdiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan 4 saylı Bakı “Asan xidməti” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2022-ci il tarixdə doğulmuşdur. Atası Cavabdehdur, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş 1 saylı Bakı “Asan xidməti” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2021-ci il tarixdə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1956 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Qocayev, arvada Müslümzadə soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Orerativ Sosial Təminat Agentliyi 6 saylı Dost Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh “Əmək və Məşğulluq” altsistemindən əldə edilmiş məlumata əsasən işsiz kimi qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4cü maddələr). Həmin Məcəlləsinin 76-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi, iki uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi, üç və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə iclasında cavabdehin rəsmi qazancı barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında Qanuna əsasən 01 yanvar 2023-cü il tarixdən uşaqlar üçün məbləğ 220 manat müəyyən edilmişdir. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq hec bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu hallara qiymət verərkən, məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Birləşmiş Millətlər Təşkilatının «Uşaq Hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud hər hansı digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-3216/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması və doğum və müayinə xərclərinin yarısı - 667 (altı yüz altmış yeddi) manat Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7287/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-3216/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən, yəni əlavə xərcin tutulması hissəsində ləğv edilmiş və xx.xx.2022-ci il təvəllüdlü X2 3 yaşına çatanadək saxlanılması üçün hər ay 50 manat əlavə xərcin tutulması qət edilmişdir. Qətnamə alimentin hesablanması tarixinə dair hissədə dəyişdirilmiş və alimentin ödənilməsinin mediasiyaya müraciət etdiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanması qət edilmişdir. Məhkəmə qətnaməsi ilə tutulmuş aliment uşağın ehtiyacını təmin edə bilmir və maddi cəhətdən uşaqların saxlanmasına kifayət etmir. Beləliklə, məhkəmə Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 220 manat olmasını, iş üzrə əvvəlki məhkəmə qərarı ilə təyin edilmiş alimentin məbləğinin uşağın saxlanması üçün yetərli olmamasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)- 3216/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilməli, Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla hər ay 220 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbinin xx.xx.2022-ci il təvəllüdlü X2 3 yaşına çatanadək saxlanması üçün cavabdehdən İddiaçı xeyrinə hər ay 200 manatın tutulması hissəsində cavabdehin zəruri vəsaitə malik olması ilə bağlı sübut təqdim olunmadığından və cavabdehdən bununla bağlı olaraq hər ay 50 manat pul vəsaiti tutulduğundan həmin hissədə iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Bundan başqa “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənildiyindən həmin xərc cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddianın qiymətinin, yəni bir il ərzində ödəmənin məcmusunu nəzərə alaraq, ödənilməli 46.40 manat dövlət rüsumu Cavabdeh dövlət gəlirinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-3216/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılsın. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Mediasiya xərci - 50 (əlli) manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Məhkəmə xərcləri – 46.40 (qırx altı manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №e-2(010)-2614/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2614/2023
07.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver