Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-2619/2023 16.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Miriyeva Səlimə Miri qızı, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2022-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 103.4 manat əsas, 15.5 manat cərimə, ümumilikdə 118.9 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydasına lazımınca riayət edilmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, İddiaçı MMC Cavabdehlə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə ödənilmədiyini iddia etdiyi əsas borcu və cəriməni cavabdehdən tələb etmişdir. Həmin müqavilənin tərəflərin məsuliyyəti və mübahisələrin həlli qaydalarını nəzərdə tutan dördüncü maddəsinin üçüncü bəndində qeyd edilmişdir ki: “Bu müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının aidiyyəti məhkəmələri tərəfindən həll olunur”. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilənin icrası ilə bağlı mübahisələrin ilk növbədə məhkəmədənkənar (qarşılıqlı razılıq), daha sonra məhkəmə qaydasında həll edilməsi ilə bağlı müqavilədə ayrıca bənd nəzərdə tutulmuşdur. Buna baxmayaraq hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı tərəfindən bu qaydaya lazımınca riayət edilməmişdir. Belə ki, iş üzrə iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubunda cavabdehin ünvanı kimi “ünvan 1ki Cavabdeh ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır və tərəflər arasında bağlanmış müqavilədə də alıcı Cavabdeh ünvanı kimi məhz həmin ünvan qeyd olunmuşdur. Buna baxmayaraq, iddiaçı tərəfindən müvafiq xəbərdarlıq məktubu ilə cavabdehə müraciət olunarkən ünvan natamam qeyd edilmiş, mənzilin nömrəsi göstərilməmişdir. İddia ərizəsinə əlavə edilmiş poçt qaiməsindən də görünür ki, müvafiq göndəriş elə bu əsasla – “ünvan natamam” qeydi ilə geri qaytarılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mübahisənin tərəflər arasında bağlanan müqavilə ilə nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydasına düzgün riayət edilməmişdir. Bu səbəbdən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 259. Ərizənin baxılmamış saxlanmasının əsasları. 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.1. məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə. Maddə 260. Ərizənin baxılmamış saxlanması qaydası və nəticələri. 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.2. Qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir. 260.3. Qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. 260.4. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmədənkənar həlli qaydası müəyyən edilmiş işlər üzrə ərizələr yalnız o hallarda baxılmamış saxlanıla bilər ki, həmin qaydanın tətbiq edilməsi imkanı itirilməmiş olsun. Əks halda ərizə baxılmamış saxlanılmalı deyil, Azərbaycan Respublikası MPM-nin 261.0.9-cu maddəsinə müvafiq olaraq işin icraatına xitam verilməlidir (“Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli, 3 nömrəli Qərarı). Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi qaydasına riayət edilmədiyindən və həmin qaydaya riayət edilməsi imkanı hələ də itirilmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığından məhkəməyə müraciət edərkən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və MPM-in 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D I: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu (qəbzin tarixi: xx.xx.2023, qəbzin nömrəsi: **********) dövlət büdcəsindən İddiaçınə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(010)-2619/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-2619/2023
16.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver