Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2642/2025 13.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi , Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. 1.İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbi üzrə ona borclu olan Cavabdeh ona borclu olduğu 1200 manat pul borcunun, ona göstərilmiş hüquqi xidmətlərə görə ödəmiş olduğu 150 manat hüquqi xidmət pulu, poçt xidmətlərinə və cavabdehlə əlaqə saxlamaqdan ötəri ödəmiş olduğu telefon danışıqlarına görə cəmi 30 manat, ümumilikdə 1380 manat borcun və ödəmiş olduğu 36 manat dövlət rüsumunun cəmi 1416 manat borcun alınaraq ona verilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh şahid X2 şahidliyi ilə tərtib edilən və imzaları ilə təsdiq etdikləri 05 aprel 2023-cü il tarixli Akta əsasən qiyməti 1280 manat dəyərində olan bir ədəd "Şvaki 180" televizor satmışdır. X1 ünvanı: ünvan 1elefon: ***-***-**-**. Cavabdeh 1 ədəd televizoru ondan təhvil götürərkən aralarında imzaları təsdiq edib tərtib etdikləri xx.xx.2023-cü il tarixli Aktda yazıb öhdəlik götürmüşdür ki, götürmüş olduğu televizorun pulunu 15 ay müddətində hər ay hissə-hissə olmaqla ödəyəcəkdir. Cavabdeh televizoru ondan götürərkən televizorun 1280 manat pulundan 80 manat pulunu qabaqcadan ödəmiş 1200 manat borcu qalmışdır. Lakin cavabdeh televizoru götürərkən götürmüş olduğu malın pulunu hər ay vaxtlı-vaxtında hissə-hissə ödəyəcəyi barəsində öhdəlik götürsə də, 24 aydır ki, götürmüş olduğu öhdəliyə əməl etmir, borcunu ödəməkdən bilərəkdən yayınır. Borcunu ödəməsindən ötəri cavabdehə dəfələrlə şifahi xəbərdarlıqlar olunmuş, yaşadığı ünvana 24 fevral 2025-ci il tarixdə poçt vasitəsi ilə rəsmi xəbərdarlıq məktubu göndərmişdir. Lakin cavabdehə xəbərdarlıqlar olunsa da, ona olan borcunu bilərəkdən ödəmir və xəbərdarlıq məktubuna cavab verməmişdir. Əgər borc üzrə faizlər şərtləşdirilməyibsə, borc alanın ləğvetməyə dair bildiriş vermədən də, borcu qaytarmaq hüququ vardır. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da, qüvvədədir. Cavabdeh televizorun pulunu 15 ay müddətinə ödəmək şərti ilə ondan almışdır. Lakin cavabdeh Akta əsasən götürmüş olduğu öhdəliyə əməl etməmiş və borcunu ödəməkdən bilərəkdən yayınmışdır. Hesab edir ki, cavabdeh ona olan borcunu qaytarmamaqla ona xeyli miqdarda zərər vurmuşdur. Cavabdeh onun pul vəsaitini özündə saxlamaqla ondan fayda əldə etmişdir. Artıq 24 aydır ki, onun pulunu qaytarmaqdan yayınaraq ona xeyli zərər vurmuşdur. Hesab edir ki, cavabdehin ona olan 1200 manat borc pulunu və cavabdehdən almaqdan ötrü ona göstərilən hüquqi xidmətlərə görə ödəmiş olduğu 150 manat hüquqi xidmət pulu və poçt xidmətlərinə və cavabdehlə etdiyi telefon danışıqlarına görə ümumilikdə ödəmiş olduğu 30 manat xərcləri, ümumilikdə 1380 manat çəkdiyi xərclər və ödəmiş olduğu 36 manat məhkəmə dövlət rüsumu,cəmi 1416 manat borc pul vəsaiti məhkəmə qaydasında cavabdehdən alınıb ona verilməlidir.
Tərəflərin izahatları.
3. İddiaçı teleqram ilə məhkəməyə müraciət edərək, səhhətində yaranmış problemlərə görə məhkəmə iclasına gələ bilməyəcəyini və onun iştirakı olmadan qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, İddiaçı 1280 manat məbləğində televizor almış və bir hissəsini ilkin olaraq ödəmiş, yerdə qalan məbləği isə İddiaçı bank kartına hissə-hissə ödənilməsi ilə bağlı razılıq əldə etmişdir. Belə ki, ilkin ödəniş olaraq 80 manat ödəmiş, üç dəfə isə 60 manat məbləğində pul ödənişini həyata keçirmişdir. Lakin İddiaçı məxsus olan bank hesabı bağlandığından ona pul vəsaitini ödəniş edə bilməmişdir. Daha sonra iddiaçını tapa bilməmiş və bu səbəbdən ödənişləri edə bilməmişdir. Bunun onun təqsiri ucbatından baş vermədiyini qeyd edərək iddianın qismən təmin olunmasını xahiş etmişdir.
İş materialları.
5. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, götürmüş olduğu televizora görə ona olan 1380 manat borcun qaytarılmasından ötrü görmüş olduğu tədbirlərin nəticəsi barədə 10 gün müddətində rəsmi olaraq bildirməsini xahiş etmişdir.
6. 05 aprel 2023-cü il tarixli Aktın surətindən müəyyən olunur ki, Cavabdeh İddiaçı dəyəri 1280 manat olan televizoru (“Şvaki 108”) 15 ay, hissə-hissə ödəmək şərti ilə götürmüşdür. İlkin ödəniş olaraq 80 manat ödəmişdir. Cavabdeh 1200 manatı ödəməyi öz öhdəsinə götürmüşdür.
İşin faktiki halları.
7. İşin hallarından görünür ki, 05 aprel 2023-cü il tarixli Akta əsasən Cavabdeh İddiaçı dəyəri 1280 manat olan televizoru (“Şvaki 108”) 15 ay, hissə-hissə ödəmək şərti ilə götürmüş, ilkin ödəniş olaraq 80 manat ödəmiş və Cavabdeh 1200 manatı ödəməyi öz öhdəsinə götürmüşdür.
Tətbiq edilən hüquq.
8. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 567. Alğı-satqı müqaviləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601. Əşyanın hissə-hissə ödənilməsi. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
10. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi
Məhkəmənin mövqeyi.
11. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, nisyə alqı-satqı müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və iddiaçının cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır.
12. Məhkəmə hesab edir ki, hüquqi xidmətin göstərilməsi və digər xərclərin mövcudluğu ilə bağlı iddiaçı tərəfindən sübut təqdim olunmadığından iddia tələbi qismən təmin olunmalıdır.
Məhkəmə xərcləri.
13. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə Məhkəməyə müraciət etmək üçün 36 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə uyğun olmuşdur.
Məhkəmənin gəldiyi nəticə.
14. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1200 manat pul vəsaiti və iddia tələbi qismən təmin olunduğundan təmin olunmuş hissəyə münasibətdə 32 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. 15.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh 1200 (bir min iki yüz) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh 32 (otuz iki) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Talıbova