Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2652/2024 01.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Məhkəmə iclas katibi X1 qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, iddiaçı Açıq Səhmdar Cəmı̇ yyəti "xxxx" Bankının (bundan sonra mətndə ASC "xxxx" Bank) Cavabdeh qarşı “borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları
1. xx.xx.2023-cü il tarixli ASC "xxxx" Bank ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 14% ömək şərtilə 13800 manat məbləğində kredit verilmişdir.
2. xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, Cavabdeh hesabına 13800 manat pul köçürülmüşdür.
3. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ASC "xxxx" Banka 11880,89 manat əsas, 1102,33 manat faiz borcu, 114,16 manat penya (cərimə) olmaqla, cəmi 13097,38 manat borcu vardır.
4. xx.xx.2023-cü il tarixli bildirişindən müəyyən olunur ki, Cavabdeh banka olan borcun tam ödənilməsi, əks təqdirdə borcun qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir.
5. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, ASC "xxxx" Bank tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən ümumilikdə 129,29 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
İşin faktiki halları
6. İddiaçı ASC "xxxx" Bank ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin bağlanması və cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.
İddia tələbi
7. İddiaçı ASC "xxxx" Bank Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli DKM/026N05A02035023 №-li Kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC "xxxx" Bankı qarşısında 11880,89 manat məbləğində əsas borc, xx.xx.2024-cü il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 1102,33 manat məbləğində adi faizlər üzrə borc və xx.xx.2024-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 114,16 manat məbləğində penya, cəmi 13097,38 manat məbləğində pul vəsaiti və iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2024-cü il tarixdən qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 14 % dərəcəsi ilə hesablanan adi faizlər və illik 15 % dərəcəsi ilə hesablanan penya Cavabdeh iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 129,29 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərcin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Tərəflərin izahatları
8. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə3 iddia tələbini müdafiə edərək və ərizəyə uyğun izahat verərək bildirdi ki, cavabdeh xx.xx.2023-cü il tarixdə bağlanılmış kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 14 faiz hesablanmaqla 13800 manat məbləğində kredit götürmüşdür. O, öhdəliklərini vaxtında yerinə yetirmədiyi üçün hal-hazırda kredit müqaviləsi üzrə 11889 manat əsas, 1102,33 manat adi faizlər üzrə borcu, xx.xx.2024-cü il tarixinədək vaxtı keçmiş əsas borc məbləğinə illik 15 faiz dərəcəsi ilə kredit müqaviləsinə əsasən hesablanmış 114,16 manat cərimə borcu olmaqla, cəmi 13097,38 manat borcu mövcuddur. Bundan əlavə, məhkəmənin qətnaməsi ilə tərəflər arasındakı müqavilə münasibətlərinə müəyyənlik gətirildiyi üçün (müqavilənin ləğv edilibedilməməsi ilə bağlı) Konstitusiya məhkəməsinin iddia ərizəsində qeyd edilən hüquqi mövqelərini nəzərə alaraq hesab edirilər ki, hazırki iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən etibarən qətnamə qəbuledilənədək kredit müqaviləsi üzrə əsas borc məbləğinə illik 14 % dərəcəsi ilə hesablanan adi faizlərin və illik 15 % dərəcəsi ilə hesablanan penyanın Borc alandan iddiaçının xeyrinə tutulması barədə İddiaçının irəli sürdüyü iddia tələbi əsaslı və qanunvericiliyin tələblərinə uyğundur. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
10. xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, o, bankdan kredit götürdükdən sonra 3-4 ay ödəniş edib, daha sonra isə atası ağır ürək əməliyyatı keçirdib, uşaqları da böyükdür, onların ehtiyaclarını ödəmək üçün sıxıntılar yaşayıb. Bu səbəbdən banka yaxınlaşıb aylıq ödənişinin aşağı salınmasını və ödəniş etməyini bildirib. O, 2 dəfə müraciət edib, sonda isə həmin məbləği ödəyə bilməyib və məbləğ də artmağa davam edib. Borcu olduğunu etiraf edir, sadəcə imkan edib ödəniş edə bilmir. Aylıq 230 manata kirayədə yaşayır, bütün bunlarla birlikdə maaşından bank tələb etdiyi məbləği ödəyə bilmir. O, aylıq 900 manat maaş alır, elə vəziyyətdədir ki, ilkin olaraq birdəfəlik heç bir ödəniş edə bilmir. Ona ödəniş etmədən heç olmasa aylıq 200 manat ödəyə biləcəyi qrafik verilsə, hər ay ödəniş edə bilər. Buna görə də qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 739. Borc müqaviləsi (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada) 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada)
743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
Məhkəmənin mövqeyi
12. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq və tərəflərin izahatlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia qismən təmin edilməlidir.
13. Belə ki, tərəflər arasında kredit müqaviləsi bağlanılmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır.
14. Məhkəmə iclasında müəyyən edilmiş işin hallarından və tədqiq olunmuş sübutlardan məlum oldu kimi, iddiaçı cavabdehə kredit vermişdir. Göründüyü kimi iddiaçı kredit müqaviləsinin bağlanmasından irəli gələn və pulun verilməsindən ibarət hərəkəti icra etsə də, cavabdeh borca aldığı pulu iddiaçıya qaytarmaqdan yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Halbuki, mülki qanunvericiliyin normalarına əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Yəni, müqavilə hansı məzmunda bağlanıbsa, həmin məzmunda da hüquqi nəticələr doğurur, bir şərtlə ki, mülki qanunvericiliklə ziddiyyət təşkil etməsin. Cavabdeh iddiaçı ilə müqavilə bağlayaraq öhdəlik münasibətinin iştirakçısı olan zaman həmin müqavilənin doğuracağı hüquqi nəticələri qabaqcadan görmüş və dərk etmişdir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Göründüyü kimi iddiaçının “vermək”dən ibarət hərəkətinə qarşılıq olaraq, cavabdeh “qaytarmaq”dan ibarət iradə ifadəsi bildirsə də, öz vəzifəsini vicdanlı şəkildə icra etməmişdir. Halbuki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
15. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən kredit borcuna görə 11880,89 manat əsas və 1102,33 manat faiz borcunun borcun tutulması barədə tələb əsaslıdır, lakin dəbbə pulu yüksəkdir.
16. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, müqavilə üzrə 114,16 manat dəbbə pulu azaldılaraq 50 manat müəyyən edilməlidir.
17. Məhkəmə iddia tələbinin digər hissələrinə münasibətdə qeyd edir ki, xx.xx.2024cü il tarixdən qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 14 % dərəcəsi ilə hesablanan adi faizlərin və illik 15 % dərəcəsi ilə hesablanan penyanın tutulması barədə tələb qeyri-müəyyən olmaqla, qanunvericiliyin tələblərinə ziddir və əsassız olaraq cavabdehin vəziyyətini daha da ağırlaşdıracaqdır. Bu səbəbdən həmin hissələrdə iddia tələbi rədd edilməlidir.
Məhkəmə xərcləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
19. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 128 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 1,29 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə
21. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh kredit borcuna görə 11880,89 manat əsas, 1102,33 manat faiz borcu, 50 manat penya (cərimə) olmaqla, cəmi 13033,22 manat məbləğində pul tutularaq iddiaçı ASC "xxxx" Banka ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.
22. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh 11880,89 manat əsas, 1102,33 manat faiz borcu, 50 manat penya (cərimə) olmaqla, cəmi 13033,22 (on üç min otuz üç manat iyirmi iki qəpik) manat məbləğində pul tutularaq iddiaçı xxxxna ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul Cavabdeh iddiaçı Açıq Səhmdar Cəmı̇ yyəti "xxxx" Bankının xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 1,29 (bir manat iyirmi doqquz qəpik) manat hissəsi iddiaçı Açıq Səhmdar Cəmı̇ yyəti "xxxx" Bankının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.