Məhkəmə qərarları › İş №e-2(010)-2746/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2746/2025

23.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2746/2025 23.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Miriyeva Səlimə Miri qızı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki iş materiallarını araşdıraraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2025-ci il tarixinə yaranmıış xx.xx.2023-cü il tarixli, 327895 nömrəli müqavilə üzrə 30 manat əsas, 123 manat cərimə, xx.xx.2023-cü il tarixli, 334700 nömrəli müqavilə üzrə 20 manat əsas, 138 manat cərimə, xx.xx.2023-cü il tarixli, 334707 nömrəli müqavilə üzrə 125 manat əsas, 77 manat cərimə, xx.xx.2024-cü il tarixli, 338323 nömrəli müqavilə üzrə 213 manat əsas, 46 manat cərimə, xx.xx.2024-cü il tarixli, 338402 nömrəli müqavilə üzrə 169 manat əsas, 46 manat cərimə, xx.xx.2024-cü il tarixli, 341788 nömrəli müqavilə üzrə 298 manat əsas, 0 manat cərimə olmaqla, cəmi 1285 manat borcun və ödənilmiş 32.85 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə borclu Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, 327895 nömrəli, xx.xx.2023-cü il tarixli, 334700 nömrəli, xx.xx.2023-cü il tarixli, 334707 nömrəli, xx.xx.2024-cü il tarixli, 338323 nömrəli, xx.xx.2024-cü il tarixli, 338402 nömrəli və xx.xx.2024-cü il tarixli, 341788 nömrəli alğı-satqı müqavilələri imzalanmışdır. Alğı-satqı müqavilələrinin şərtlərinə əsasən, İddiaçı MMC Cavabdeh ilkin ödəniş 30 manat olmaqla, kreditlə 10 ay 30 manat, 1 ay 21 manat hissəhissə ödəmək şərti ilə 1 ədəd 351 manat məbləğində “Mikrodalğlalı soba”, ilkin ödəniş 11 manat olmaqla, kreditlə 8 ay 20 manat hissə-hissə ödəmək şərti ilə 1 ədəd 171 manat məbləğində “Saçqırxan”, ilkin ödəniş 15 manat olmaqla, kreditlə 12 ay 25 manat hissəhissə ödəmək şərti ilə 1 ədəd 315 manat məbləğində “Şirəçəkən”, ilkin ödəniş 20 manat olmaqla, kreditlə 5 ay 35 manat, 1 ay 30 manat, 6 ay 30 manat hissə-hissə ödəmək şərti ilə 1 ədəd 408 manat məbləğində “Multiqril ızqara”, ilkin ödəniş 10 manat olmaqla, kreditlə 10 ay 25 manat, 2 ay 22 manat hissə-hissə ödəmək şərti ilə 1 ədəd 304 manat məbləğində “Kofe dəmləyən” və ilkin ödəniş 20 manat olmaqla, kreditlə 10 ay 35 manat, 1 ay 28 manat, 1 ay 25 manat hissə-hissə ödəmək şərti ilə 1 ədəd 423 manat məbləğində “Multiqril ızqara” satmışdır. Lakin, Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməyərək, 327895 nömrəli alğı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2024-cü ildə 30 manat ödəniş etmiş, 334700 nömrəli alğı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2024-cü ildə 20 manat ödəniş etmiş, 334707 nömrəli alğı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2024-cü ildə 25 manat ödəniş etmiş, 338323 nömrəli alğı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2024-cü ildə 35 manat ödəniş etmiş, 338402 nömrəli alğı-satqı müqaviləsi sonuncu dəfə xx.xx.2024-cü ildə 25 manat ödəniş etmiş, 341788 nömrəli alğı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2024-cü ildə 35 manat ödəniş etmiş, 327895, 334700, 334707, 338402 və 341788 nömrəli alğı-satqı müqavilələri üzrə xx.xx.2024-cü ildən bu vaxta qədər heç bir ödəniş etməmiş, bunun nəticəsində İddiaçı MMC-yə “Mikrodalğalı soba”ya görə əsas borc üzrə 30 manat, hər gecikdirdiyi gün üçün faiz üzrə 123 manat, “Saçqırxan”a görə əsas borc üzrə 20 manat, hər gecikdirdiyi gün üçün faiz üzrə 138 manat, “Şirəçəkən”ə görə əsas borc üzrə 125 manat, hər gecikdirdiyi gün üçün faiz üzrə 77 manat, “Multiqril ızqara”ya görə əsas borc üzrə 213 manat, hər gecikdirdiyi gün üçün faiz üzrə 46 manat, “Kofe dəmləyən”ə görə əsas borc üzrə 169 manat, hər gecikdirdiyi gün üçün faiz üzrə 46 manat, “Multiqril ızqara”ya görə əsas borc üzrə 298 manat, hər gecikdirdiyi gün üçün faiz üzrə 0 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə qanunvericiliyinin tələbini əsas götürərək işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı MMC (Satıcı) ilə Cavabdeh (Alıcı) arasında bağlanan xx.xx.2023-cü il tarixli, 327895 nömrəli müqaviləyə əsasən, “Satıcı” “Alıcı”ya malı satır, “Alıcı” isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini “Satıcı”ya nağd qaydada ödəyir. xx.xx.2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, ödəniləcək məbləğin xx.xx.2023 – xx.xx.2024-cü il tarixləri arasında hər ay 30 manat (sonuncu ay 21 manat) olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İddiaçı MMC (Satıcı) ilə Cavabdeh (Alıcı) arasında bağlanan xx.xx.2023-cü il tarixli, 334700 nömrəli müqaviləyə əsasən, “Satıcı” “Alıcı”ya malı satır, “Alıcı” isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini “Satıcı”ya nağd qaydada ödəyir. xx.xx.2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, ödəniləcək məbləğin xx.xx.2023 – xx.xx.2024-cü il tarixləri arasında hər ay 20 manat olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İddiaçı MMC (Satıcı) ilə Cavabdeh (Alıcı) arasında bağlanan xx.xx.2023-cü il tarixli, 334707 nömrəli müqaviləyə əsasən, “Satıcı” “Alıcı”ya malı satır, “Alıcı” isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini “Satıcı”ya nağd qaydada ödəyir. xx.xx.2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, ödəniləcək məbləğin xx.xx.2023 – xx.xx.2024-cü il tarixləri arasında hər ay 25 manat olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İddiaçı MMC (Satıcı) ilə Cavabdeh (Alıcı) arasında bağlanan xx.xx.2024-cü il tarixli, 338323 nömrəli müqaviləyə əsasən, “Satıcı” “Alıcı”ya malı satır, “Alıcı” isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini “Satıcı”ya nağd qaydada ödəyir. xx.xx.2024-cü il tarixli ödəniş cədvəlindən görünür ki, ödəniləcək məbləğin xx.xx.2024 – xx.xx.2025-ci il tarixləri arasında 5 ay 35 manat, 1 ay 33 manat, 6 ay 30 manat olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İddiaçı MMC (Satıcı) ilə Cavabdeh (Alıcı) arasında bağlanan xx.xx.2024-cü il tarixli, 338402 nömrəli müqaviləyə əsasən, “Satıcı” “Alıcı”ya malı satır, “Alıcı” isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini “Satıcı”ya nağd qaydada ödəyir. xx.xx.2024-cü il tarixli ödəniş cədvəlindən görünür ki, ödəniləcək məbləğin xx.xx.2024 – xx.xx.2025-ci il tarixləri arasında hər ay 25 manat (sonuncu iki ay 22 manat) olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İddiaçı MMC (Satıcı) ilə Cavabdeh (Alıcı) arasında bağlanan xx.xx.2024-cü il tarixli, 341788 nömrəli müqaviləyə əsasən, “Satıcı” “Alıcı”ya malı satır, “Alıcı” isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini “Satıcı”ya nağd qaydada ödəyir. xx.xx.2024-cü il tarixli ödəniş cədvəlindən görünür ki, ödəniləcək məbləğin xx.xx.2024 – xx.xx.2025-ci il tarixləri arasında hər ay 35 manat (sonuncu aylar müvafiq olaraq 28 manat və 25 manat) olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 05 ədəd nisyə alğısatqı müqavilələri üzrə borcundan 1011 manat ödəmiş, 855 manat əsas borca görə ödənilməmiş məbləğ və 430 manat cərimə olmaqla, cəmi 1285 manat məbləğində borcu qalmışdır. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh İddiaçı MMC-yə olan borcu və borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı ilə aralarında bağlanmış alğı-satqı müqavilələrinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı həmin müqavilələr üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı bağlanmış alğısatqı müqavilələrinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən malları borcluya vermişdir. Borclu isə alğı-satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Odur ki, cavabdehdən alğı-satqı müqavilələri üzrə ödənilməmiş 855 manat məbləğində pul tutularaq iddiaçıya verilməlidir. Eyni zamanda işdən görünür ki, iddiaçı cavabdehdən öhdəliyin vaxtında və lazımınca icra edilməməsinə görə cərimə (dəbbə) tutulmasını xahiş etmişdir. Dəbbə puluna görə cavabdehin məsuliyyətli olub-olmaması məsələsi ilə bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə müvafiq olaraq, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddənin məzmunundan göründüyü kimi, dəbbə pulu öhdəliyin icrasının təmini üsulu olmaqla yanaşı, həm də borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsinə görə tərəflərin müəyyən etdiyi məsuliyyət növüdür. Lakin nəzərə alınmalıdır ki, məsuliyyətin bir növü olaraq dəbbə pulunun ödənilməsini kreditor yalnız borclunun təqsiri olduğu təqdirdə tələb edə bilər. Mülki Məcəllənin 462.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Beləliklə, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsində borclunun təqsiri olduğu halda kreditor dəbbə pulunun ödənilməsi ilə bağlı tələbi bu hərəkətləri törətmiş şəxsə qarşı irəli sürə bilər. İşdən göründüyü kimi, iddiаçı cаvаbdehdən ümumilikdə 430 manat cərimə ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, həmin məbləğ hazırki vəziyyətdə işin hаllаrınа tam uyğun deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin “Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 449-cu mаddəsinin bəzi müddəаlаrının şərh оlunmаsınа dаir 09 iyul 2009-cu il tаrixli Plenum qərаrındа göstərilmişdir ki, “digər tərəfdən, bоrclu şəxsin mülkiyyət mаrаqlаrı qоrunmаlı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısı аlınmаlıdır”. Məhkəmə hesab edir ki, cərimənin miqdаrının bu qədər çоx оlmаsı bоrclunun mülkiyyət mаrаqlаrının qоrunmаsı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısının аlınmаsı bаxımındаn məqsədəmüvаfiq deyildir. Ona görə də məhkəmə hesаb edir ki, cаvаbdehdən öz öhdəliyini lаzımıncа yerinə yetirməməkdə ifаdə оlunаn ümumi mаrаqlа оnlаrın mülkiyyət hüquqlаrının müdаfiəsi аrаsındа ədаlətli tаrаzlığа nаil оlunmаsı bаxımındаn cərimənin miqdаrının аzаldılаrаq xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1 manat. xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 5 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 5 manat, xx.xx.2024cü il tarixli müqavilə üzrə 5 manat olmaqla, ümumilikdə 17 manat məbləğində müəyyən edilməsi məqsədəuyğun hesab oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 284-2-ci maddəsinə əsasən, kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 284-6.2-ci maddəsinə əsasən, məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci bəndinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı qanunla nəzərdə tutulmuş dövlət rüsumunu düzgün ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli, 327895 nömrəli müqavilə üzrə 30 manat əsas, 1 manat cərimə, xx.xx.2023-cü il tarixli, 334700 nömrəli müqavilə üzrə 20 manat əsas, 1 manat cərimə, xx.xx.2023-cü il tarixli, 334707 nömrəli müqavilə üzrə 125 manat əsas, 5 manat cərimə, xx.xx.2024-cü il tarixli, 338323 nömrəli müqavilə üzrə 213 manat əsas, 5 manat cərimə, xx.xx.2024-cü il tarixli, 338402 nömrəli müqavilə üzrə 169 manat əsas, 5 manat cərimə, xx.xx.2024-cü il tarixli, 341788 nömrəli müqavilə üzrə 298 manat əsas, 0 manat cərimə olmaqla, cəmi 872 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 222-ci, 284-1-284-6, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 327895 nömrəli müqavilə üzrə 30 manat əsas, 1 manat cərimə, xx.xx.2023-cü il tarixli, 334700 nömrəli müqavilə üzrə 20 manat əsas, 1 manat cərimə, xx.xx.2023-cü il tarixli, 334707 nömrəli müqavilə üzrə 125 manat əsas, 5 manat cərimə, xx.xx.2024-cü il tarixli, 338323 nömrəli müqavilə üzrə 213 manat əsas, 5 manat cərimə, xx.xx.2024-cü il tarixli, 338402 nömrəli müqavilə üzrə 169 manat əsas, 5 manat cərimə, xx.xx.2024-cü il tarixli, 341788 nömrəli müqavilə üzrə 298 manat əsas, 0 manat cərimə olmaqla, cəmi 872 (səkkiz yüz yetmiş iki) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar