Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2749/2025 03.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlu İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra mətndə "xxxx" MMC) Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İMEİ KOD **********70796 İPHONE 14 PRO MARKALİ MOBİL TELEFON, 2 İL ZƏMANƏT XİDMƏTİ üçün , 1076.90 manat manat ödənilməmiş hissə, 107.69 manat cərimə pulu; İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 manat, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İMEİ KOD **********16196 İPHONE 13 MARKALİ MOBİL TELEFON, PAKET APPLE XİDMƏTİ, 2 İL ULTRA QİZİL ZƏMANƏT üçün 822.70 manat ödənilməmiş hissə, 82.27 manat cərimə pulu; Ümumilikdə 2113.16 manat borc və 41.14 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən İmei kod **********70796 İPHONE 14 PRO, ZƏMANƏT + 2 İL xidməti, İmei kod **********16196 İPHONE 13 , PAKET APPLE xidməti, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti almış və nəticədə 2113.16 (iki min yüz on üç manat, 16 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 2082.96 (iki min səksən iki manat, 96 qəpik) manat ( 18 ay x 115.72 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********70796 İPHONE 14 PRO, ZƏMANƏT + 2 İL xidmətiüçün ümumilikdə, 1208.19 (bir min iki yüz səkkiz manat,19 qəpik) manat olmaqla ondan, 1076.9 (bri min yetmiş altı manat, 90 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, güzəşt olunaraq 107.69 (yüz yeddi manat, 69 qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2753.04 (iki min yeddi yüz əlli üç manat, 4 qəpik) manat (18 ay x 136.28 manat + 300 manat ilkin ödəniş) olan İmei kod **********16196 İPHONE 13 , PAKET APPLE xidməti, QİZİL ZƏMANƏT ULTRA2 İL xidmətiüçün ümumilikdə, 904.97 (doqquz yüz dörd manat, 97 qəpik) manat olmaqla ondan, 822.7 (səkkiz yüz iyirmi iki manat 70 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 82.27 (səksən iki manat, 27 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2936.4 manat təşkil edir. Cavabdehin cəmi ödədiyi məbləğ 675.42 manat təşkil edir.
İş materialları
3. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən müqavilə və ona əlavəyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 2082.96 manat olan İphone 14 Pro Markalı mobıl telefon, 2 il Zəmanət almış və məhsul ona təhvil verilmişdir.
4. xx.xx.2023-cü il tarixli müqavilə və ona əlavəyə əsasən Cavabdeh "xxxx" MMCdən alqı-satqı qiyməti 2753.04 manat olan İphone 13 , Paket Apple Xidməti, X1 2 İl xidməti ona təhvil verilmişdir.
5. xx.xx.2025-ci il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələr üzrə ödənilməmiş məbləğ 1899.60 manat, İnnovativ Layihələr Mərkəzi rüsumu üçün ödənilən 23.6 manat rüsum, cərimə borcu 189.96 manat, ümumilikdə 2113.16 manat, məbləğində borcu vardır.
6. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcun ödənilməsi, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq olunmuşdur.
7. Mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəməyə ərizə verilərkən 41.14 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
İşin faktiki halları
8. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələrinin bağlanması işin mübahisəsiz hallarıdır.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi
Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
10. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1 Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
Məhkəmənin mövqeyi
11. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia qismən təmin edilməlidir.
12. Belə ki, tərəflər arasında müqavilə bağlanılmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Göründüyü kimi iddiaçı alqı-satqı müqavilələrinin bağlanmasından irəli gələn və məhsulların verilməsindən ibarət hərəkəti icra etsə də, cavabdeh aldığı məhsulların pulunu iddiaçıya qaytarmaqdan yayınır və beləliklə alqı-satqı müqavilələrinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Halbuki, mülki qanunvericiliyin normalarına əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Yəni, müqavilə hansı məzmunda bağlanıbsa, həmin məzmunda da hüquqi nəticələr doğurur, bir şərtlə ki, mülki qanunvericiliklə ziddiyyət təşkil etməsin. Cavabdeh iddiaçı ilə müqavilə bağlayaraq öhdəlik münasibətinin iştirakçısı olan zaman həmin müqavilənin doğuracağı hüquqi nəticələri qabaqcadan görmüş və dərk etmişdir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Göründüyü kimi iddiaçının “vermək”dən ibarət hərəkətinə qarşılıq olaraq, cavabdeh “qaytarmaq”dan ibarət iradə ifadəsi bildirsə də, öz vəzifəsini vicdanlı şəkildə icra etməmişdir. Halbuki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar
13. Belə ki, tərəflər arasında müqavilə bağlanılmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Göründüyü kimi cavabdeh xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2024cü il tarixli razılaşmalar əsasında öz öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir.
14. Məhkəmə tətbiq edilən dəbbə pulunun əsas tələbə mütənasib olduğunu nəzərə alaraq hesab edir ki, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələr üzrə üzrə tələb edilən 189.96 manat dəbbə pulu (penya) əsas borca mütənasibdir.
15. Məhkəmə eyni zamanda qeyd edir ki, iddia tələbi üzrə tələb edilən İnnovativ Layihələr Mərkəzi rüsumu üçün ödənilən 23.6 manat pul vəsaitinə münasibətdə əsassızdır. Belə ki, iddiaçı qeyd olunan rüsumun ödənilməsini təsdiq edən sübutları iş materiallarına əlavə etməmişdir. Bu səbəbdən iddia tələbi qeyd olunan hissədə təmin edilə bilməz.
Məhkəmə xərcləri
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
17. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 41.14 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmənin gəldiyi nəticə
19. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1076.90 manat ödənilməmiş hissə, 107.69 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 822.7 manat ödənilməmiş hissə, 82.27 manat cərimə ümumilikdə 2113.16 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməlidir.
20. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə,
qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1076.90 manat ödənilməmiş hissə, 107.69 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 822.7 manat ödənilməmiş hissə, 882.27 manat cərimə, ümumilikdə 2089.56 manat pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 41.13 manat məbləğində pul Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Tural Məmmədov