Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2768/2025 02.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Fəridə İslam qızı İddiaçı Cavabdeh qarşı pul tələbi barəsində ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi. İddia tələbi İddiaçı (bundan sonra – İddiaçı MMC) Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli, KSK6531462 nömrəli borc müqaviləsinə əsasən 450 manat, xx.xx.2022-ci il tarixli, KSK6531763 nömrəli borc müqaviləsinə əsasən 348 manat olmaqla, cəmi 798 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ümumilikdə 828 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları Tərəflər arasında xx.xx.2022-ci il tarixli, KSK6531462 nömrəli nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh İddiaçı MMC-dən hissəhissə ödəniş şərti ilə 539 manat məbləğində olan məişət avadanlığını əldə etmiş, 47 manat ilkin ödəniş etməklə, qalıq 492 manat məbləği 12 ay müddətinə, aylıq 41 manat olmaqla İddiaçı MMC-yə ödəməyi öz üzərinə götürmüşdür. Tərəflər arasında xx.xx.2022-ci il tarixli, KSK6531763 nömrəli nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh İddiaçı MMC-dən hissəhissə ödəniş şərti ilə 420 manat məbləğində olan məişət avadanlığını əldə etmiş, ilkin ödəniş etmədən, qalıq 420 manat məbləği 12 ay müddətinə, aylıq 35 manat olmaqla İddiaçı MMC-yə ödəməyi öz üzərinə götürmüşdür. xx.xx.2024-cü il tarixli maliyyə arayışına görə cavabdehin iddiaçıya xx.xx.2022-ci il tarixli, KSK6531462 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 450 manat, xx.xx.2022-ci il tarixli, KSK6531763 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 348 manat olmaqla, ümumilikdə 798 manat əsas (qalıq) borcu vardır. İddia ərizəsi və ona etirazın dəlilləri a)iddia ərizəsinin dəlilləri İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh İddiaçı MMC-dən təfərrüatları aşağıdakı cədvəldə göstərilmiş borc müqaviləsi (müqavilələri) əsasında ümumi dəyəri 959 manat olan məişət avadanlığı (avadanlıqları) əldə edib. Cavabdehin müqavilə (müqavilələr) üzrə ödənişlər etdikdən sonra iddiaçıya 798 manat əsas borcu qalıb. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh xx.xx.2022-ci il tarixli, KSK6531462 saylı borc müqaviləsinə əsasən 450 manat, xx.xx.2022-ci il tarixli, KSK6531763 nömrəli borc müqaviləsinə əsasən 348 manat olmaqla, cəmi 798 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ümumilikdə 828 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər İddiaçı MMC (Şirkət) və Cavabdeh (Alıcı) arasında xx.xx.2022-ci il tarixdə bağlanmış KSK6531462 nömrəli müqavilədən müəyyən olunur ki, “Alıcı” “Şirkət”dən hissə-hissə ödəniş şərti ilə 539 manat məbləğində məişət avadanlığı əldə edərək, 47 manat ilkin ödəniş etməklə, 492 manat qalıq məbləğini 12 ay müddətinə hər ay 41 manat olmaqla “Şirkət”ə ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli, KSK6531462 nömrəli nisyə alğı-satqı müqaviləsinə əlavədən müəyyən olunur ki, “Alıcı” nisyə alğı-satqı müqaviləsində nəzərdə tutulan malı hissəhissə ödəmə yolu ilə əldə etmişdir. İddiaçı MMC (Şirkət) və Cavabdeh (Alıcı) arasında xx.xx.2022-ci il tarixdə bağlanmış KSK6531763 nömrəli müqavilədən müəyyən olunur ki, “Alıcı” “Şirkət”dən hissə-hissə ödəniş şərti ilə 420 manat məbləğində məişət avadanlığı əldə edərək, ilkin ödəniş edilmədən, 420 manat qalıq məbləğini 12 ay müddətinə hər ay 35 manat olmaqla “Şirkət”ə ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli, KSK6531763 nömrəli nisyə alğı-satqı müqaviləsinə əlavədən müəyyən olunur ki, “Alıcı” nisyə alğı-satqı müqaviləsində nəzərdə tutulan malı hissəhissə ödəmə yolu ilə əldə etmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixli, KSK6531462 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 450 manat, xx.xx.2022-ci il tarixli, KSK6531763 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 348 manat olmaqla, ümumilikdə 798 manat əsas (qalıq) borcu vardır. xx.xx.2025-ci il tarixli pretenziyadan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixli, KSK6531462 nömrəli və xx.xx.2022-ci il tarixli, KSK6531763 nömrəli müqavilələr üzrə ödənilməmiş borcunun məbləği barədə məlumat verilmiş, həmin borcun 3 (üç) iş günü müddətində ödənilmədiyi təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri: Maddə 8.1.1. iddia qiyməti 1.000 manatadək olduqda – 30 manat. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi borcun ödənilməsinə dair hissədə əsaslıdır və təmin edilməlidir. İş materiallarından görünür ki, tərəflər arasında 02 ədəd müqavilə bağlanmış, həmin müqavilələrdə nəzərdə tutulmuş mallar cavabdehə verilmiş və müqavilələrin hissəhissə ödənilməsi müddəti və məbləği müqavilələr ilə müəyyən edilərək cavabdeh tərəfindən imzalanmışdır. İddia tələbinin qanuni əsasını nisyə alğı-satqı müqaviləsini tənzimləyən maddi hüquq normaları təşkil etsə də, iddiaçı tərəfindən cavabdehə qarşı yönəlmiş iddia tələbi borc müqaviləsindən irəli gələn mübahisə kimi qeyd olunmuş, məhz həmin müqavilələrə istinad edilməklə ümumi məbləğ cavabdehdən tələb edilir. Tərəflər arasında bağlanmış müqavilə borc müqaviləsi adı altında bağlansa da, yuxarıda qeyd edilmiş qanunvericilik normalarının mənasından (Mülki Məcəllənin 404.1.və 404.2-ci maddələri) görünür ki, məhkəmə müqavilə şərtlərini təfsir edərkən təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətlərini nəzərə almalıdır. Odur ki, hazırda iş üzrə tərəflər arasında müvafiq öhdəlik hüquq münasibətlərinin yaranmasına səbəb olan müqavilə hüquqi təbiəti etibarı ilə əşyanın nisyə alğı-satqısı müqaviləsi olmaqla, tərəflərin bu istiqamətdə formalaşmış iradə ifadəsini əks etdirir. Belə ki, müqavilə bağlandıqdan sonra əşyanın cavabdehə təhvil verilməsi, əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğlərinin razılaşdırılması, alıcının əşyanı əldə etməsi müqabilində əşyanın dəyərini hər ay hissəhissə ödəməyi öhdəsinə götürməsi kimi işin faktiki halları da məhz analoji nəticəyə gəlməyə əsas verir. Cavabdeh isə göstərilən müqavilə əsasında əşyanı almasına dair hüququndan istifadə etmiş, lakin müəyyən olunmuş qaydada ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyinin icrası zamanı vicdanlılığa riayət etməmişdir. Yəni, vicdanlılığın tələblərindən biri olan şərtləşdirilmiş vaxtda öhdəliyin icra edilməsi tələbini pozmuşdur. Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın dəyərinin ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alğı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. İş materiallarının araşdırılması zamanı iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, Cavabdeh müqavilə öhdəliklərinin vaxtında və lazımı qaydada yerinə yetirilməməsinə görə xx.xx.2022-ci il tarixli, KSK6531462 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 450 manat, xx.xx.2022-ci il tarixli, KSK6531763 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 348 manat olmaqla, ümumilikdə 798 manat borcunun olması müəyyən edilmiş, iş üzrə cavabdeh tərəfindən qeyd edilənlərin əksini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, Cavabdeh xx.xx.2022-ci il tarixli, KSK6531462 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 450 manat, xx.xx.2022-ci il tarixli, KSK6531763 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 348 manat olmaqla, ümumilikdə 798 manat pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı MMC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. İddia tələbi təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, KSK6531462 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 450 (dörd yüz əlli) manat, xx.xx.2022-ci il tarixli, KSK6531763 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 348 (üç yüz qırx səkkiz) manat olmaqla, ümumilikdə 798 (yeddi yüz doxsan səkkiz) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №e-2(010)-2768/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2768/2025
02.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver