Məhkəmə qərarları › İş №e-2(010)-2787/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2787/2024

10.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2787/2024 10.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı, İddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh borca görə 12000 (on iki min) manat, eləcə də ödənilmiş dövlət rüsumuna görə 69,20 (bir yüz altmış doqquz manat 20 qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi. İddia tələbinin dəlilləri İddiaçı 2021-ci ilin noyabr ayında Cavabdeh 3 (üç) il müddətinə qaytarmaq şərtilə 12000 (on iki min) manat borc pul vermişdir. Cavabdehlə razılığı belə olmuşdur ki, X7 adlı şəxs və o, hər biri ayrı-ayrılıqda cavabdehə yuxarıda qeyd olunmuş məbləğdə borc pul verir, əvəzində isə cavabdehə məxsus olan, Bakı şəhəri, Suraxanı rayonu, Etibar Bəkirli küçəsində yerləşən fitnes zalınının idarə edilməsində iştirakı təmin edilməklə, əldə olunacaq aylıq gəlirin 25 (iyirmi beş) faizi iddiaçıya, 25 (iyirmi beş) faizi X6 verilir, qalan 50 (əlli) faizi isə Cavabdeh qalır. Üç ilin sonunda cavabdeh Vüsal Mehdiyevlə iddiaçının borcunu, 12000 manatı (ayrı-ayrılıqda) qaytara bilmədiyi təqdirdə onlar Vüsal Mehdiyevlə həmin zalı daha 3 il müddətinə birgə işlətməli və yenə də əldə olunan gəlirin 50 faizi (hər birinə 25 faiz olmaqla) onlara verilməli idi. Cavabdehə verdiyi 24000 manat onlara qaytarılana kimi, bu proses davamlı olaraq hər dəfə 3 il müddətinə uzadılmalı idi. Razılaşmaya uyğun olaraq 2021-ci ilin noyabr ayından etibarən 2022-ci ilin noyabr ayına qədər fitnes zalını iddiaçının əvəzinə oğlu X2 Mehdiyevlə birgə işlətmişdir. Qeyd olunan müddət ərzində iddiaçı həmin müəssisədən aylıq 600 (altı yüz) manatdan az olmamaqla gəlir götürmüşdür. Qeyd edilən tarixdən sonra Vüsal Mehdiyevə iddiaçını və oğlu Röyal Muradovu əsassız olaraq müəssisədə gəlir və xərclərin hesabatını düzgün aparılmadığı bəhanəsi ilə fitnes zalının idarə edilməsindən kənarlaşdırmışdır. Vüsal Mehdiyev hətta bununla bağlı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə də müraciət etmiş, lakin müvafiq izahatlar alındıqdan sonra təbii olaraq müraciətin mülki xarakterli olması nəzərə alınaraq, toplanmış iş materiallarının 32-ci Polis Bölməsinin dəftərxanasında işə alınmasına göstəriş verilmişdir. İddia ərizəsinə əlavə etdiyi X5 Suraxanı RPİ-nin 32-ci PB-nin rəisi Samir Çobanova ünvanladığı xx.xx.2022-ci il tarixli ərizənin surətindən, eləcə də fitnes zalında inzibatçı kimi çalışan X1 və X3 izahatlarının surətindən görünür ki, yuxarıda qeyd etdiyi fitnes zalında həqiqətən də iddiaçının 25 (iyirmi beş) faiz haqqı olmuşdur. 2022-ci ilin noyabr ayından sonra iddiaçı sözügedən zalın işlədilməsindən uzaqlaşdırılmışdır. İddiaçının zala girişi və işlədilməsində iştirakı nə cavabdeh, nə də Vüsal Mehdiyev tərəfindən təmin olunmur. Odur ki, hazırda cavabdehə verdiyi 12000 (on iki min) manat pulu və fitnes zalının qalan 24 ay ərzində birgə işlədilməsindən əldə olunmuş və məhrum olduğu gəliri tələb edir. Həmin məbləğ də orta aylıq gəlirin 25 faizi olaraq 600 manat nəzərə alınarsa, 24 ay x 600 manat = 14400 (on dörd min dörd yüz) manat edir. Belə ki, iddiaçı 2021-ci ilin noyabr ayından 2022-ci ilin noyabr ayına qədər hər ay 600 manatdan az gəlir əldə etməmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən iddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə izahatında göstərdi ki, iddiaçı iddia tələbini müdafiə etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddianı 12000 manat borc pul götürməsi hissəsində qəbul etmiş və izahatında göstərdi ki, etiraf edir ki, iddiaçı zalın təmirinə pul qoymuşdur və bir il işləmişlər. Razılaşmışlar ki, fitnes zalının gəlirinin 50 faizi onun, 25 faizi Namiqlə, 25 faizi Vüsalındı. Fitnes zalı rəsmi onun xalasının adınadır, lakin özü işlədirdi. O, 12000 manat məbləğində pulu götürmüşdür. Vüsalla Namiq arasında münaqişə olmuşdur. İndi iddiaçı ora buraxılmır. Zalı Namiq, Vüsal və özü işlədirdi. Vüsala veriləcək pulu var deyə çıxa bilmir. Ruslan gedib-gəlirdə zala. Vüsalla Namiq arasında mübahisə olmuşdur. Bu işdən əlavə başqa iş götürmüşlər, ev məsələsi idi. Vüsal deyirdi ki, 40000 manat məbləğində pul verməlidir, odu ki, aralarında mübahisə düşmüşdür. O, 12000 manat məbləğində pulu qaytarmağa razıdır. İş materialları Məhkəməyə təqdim olunmuş Suraxanı rayon Pi-nin 32-ci PB-nin sahə rəisi B.Həşimovun arayışından görünür ki, xx.xx.2022-ci il tarixində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “MİDA" Yaşayış komrleksi ev 8, mən 3-də yaşayan, X5 ərizəsi icraatına daxil olmuşdur. Araşdırma zamanı ərizə və izahatı alınarkən X7 bildirmişdir ki, şəriki İddiaçıla 11 aylıq hesabat apararkən məlum olmuşdur ki, onlar arasında hər ay 850 manat olmaqla, ümumilikdə 9625 manat pul əskik gəlmişdir. Əlavə olaraq Vüsal Mehdiyev bildirmişdir ki, o, həmin idman zalından hər ay qazancın 75 faizini, şəriki Namiq isə 25 faizini götürürmüş, ancaq idman zalının idarə olunmasında heç bir rolu olmamışdır. Araşdırma zamanı qeyd olunan idman zalında Vüsal Mehdiyevin şəriki İddiaçı oğlu Royal Muradovun, inzibatçı Aytən Abbasquliyevanın və inzibatçı Rəhman Yusifovun izahatları alınaraq materiala əlavə olunmuşdur. Sonunda məlum olmuşdur ki, həmin şəxslər hər ay inzibatçı Aytən Abbasquliyevanın apardığı hesabatdan sonra hərə öz faizini götürərək işlərinə davam etmişlər. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq müraciətin mülki xarakterli olduğunu nəzərə alaraq toplanmış materialın 32-ci PB-nin dəftərxanasında işə alınmasına göstəriş verilməsini xahiş etmişdir. İşin faktiki halları İddiaçı, Cavabdeh 12000 (on iki min) manat borc məbləğinin, eləcə də iddia qaldırılması üçün ödənilmiş 169,20 (bir yüz altmış doqquz manat 20 qəpik) manat dövlət rüsumunun tutulub, İddiaçı ödənilməsini tələb edir. Cavabdeh iddiaçıdan 12000 manat məbləğində borc pul aldığını etiraf etmiş və 12000 manat məbləğində pulu geri qaytarmağa hazır olduğunu bildirmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi. 739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107 Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

Məhkəmənin mövqeyi Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh 12000 (on iki min) manat borc məbləğinin tutularaq ona ödənilməsini istəyir. Cavabdeh iddiaçıdan borca 12000 manat məbləğində pul aldığını etiraf etmiş və həmin vəsaiti geri qaytarmağa hazır olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 52.2-ci maddəsinin tələblərinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinin ikinci cümləsində isə göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Qeyd olunan prosessual normalardan görünür ki, iddia tələbinin etiraf edilməsi cavabdehin hüququdur. Cavabdeh bu hüquqdan istifadə etdikdə, yəni iddia tələbini etiraf etdikdə isə məhkəmə iki məsələni araşdırılmalıdır - birincisi bunun qanuna zidd olubolmaması, ikincisi hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozubpozmaması. Yalnız bu hallar və ya onlardan hər hansı biri müəyyən olunduqda məhkəmə iddianın etiraf edilməsini qəbul etmir və mübahisəyə mahiyyəti üzrə baxır. Digər hallarda isə cavabdeh tərəfindən iddianın etiraf edilməsi məhkəmə tərəfindən təsdiq edilir, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır və qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Eyni zamanda iddianın etiraf edilməsinin qanuna zidd olub-olmaması yalnız iddia tələblərinin özü-özlüyündə əsaslı olub-olmamasından asılıdır. Yəni iddia buna müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən və iddiaya cavab verməli olan şəxsə qarşı qaldırılıbsa, həmçinin iddiaçının özünün bildirdiyi hallar və mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normaları iddianın əsaslı olması nəticəsinə gəlməyə əsas verirsə, cavabdeh tərəfindən iddianın etiraf edilməsi qanuna zidd hesab edilə bilməz. Lakin, işin faktiki hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddianın etirafının məhkəmə tərəfindən qəbul edilməməsi üçün hallar aşkar edilməmiş, iddianın etiraf edilməsi hər iki tərəfin mənafeyinə uyğundur və digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına istinadən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı 12000 manat məbləğində borclu olduğunu etiraf etməsi öz təsdiqini tapdığına görə iddia təmin edilməli və cavabdehdən 12000 (on iki min) manat məbləğində pul vəsaiti tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına istinadən məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh borca görə 12000 (on iki min) manat məbləğində borc tutularaq İddiaçı xeyrinə ödənilməlidir.

Məhkəmə xərcləri Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə 169,20 (bir yüz altmış doqquz manat iyirmi qəpik) manat məbləğində pul vəsaiti də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh borca görə 12000 (on iki min) manat, ödənilmiş dövlət rüsumuna görə 169,20 (bir yüz altmış doqquz manat iyirmi qəpik) manat olmaqla, cəmi 12169,2 (on iki min bir yüz altmış doqquz manat iyirmi qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar