Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-2787/2025 21.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcu tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı kredit borcu tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18983.41 manat məbləğində əsas kredit borcunun, 947.51 manat məbləğində razılaşması üzrə hesablanmış faiz borcunun, 27.08 manat məbləğində cərimə borcunun,cəmi 19958 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 149.87 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2024-cü il tarixli kredit razılaşmasına əsasən Cavabdeh 48 ay müddətinə illik 16% dərəcəsi ilə 20000 manat məbləğində kredit verilmişdir. Cavabdeh onunla bağlanmış razılaşmasının şərtlərinə əməl etmədiyindən, ona dəfələrlə şifahi və rəsmi (pretenziya) müraciət edilməsinə baxmayaraq, o kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişdir. Cavabdeh banka borcu xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən 18983.41 manat əsas, 947.51 manat faiz, 27.08 manat cərimə olmaqla, ümumi kredit borcunun məbləği 19958 manat təşkil edir. İddiaçı ASC ərizə ilə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırkı işin icraatına xitam verilməlidir. Belə ki, iş elektron məhkəmə sistemindan edilən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nın 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Həmin Məcəllənin 254.1.1-ci maddəsinə görə işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə məhkəmə iş üzrə icraatı dayandırır. Məhkəmə iddia verilərkən Cavabdeh vəfat etməsini nəzərə alaraq hesab edir ki, işin icraatına xitam verilməldir. Belə ki, prosessual qanunvericiliyin tələblərinə görə ölmüş şəxsə qarşı iddia qaldırıla bilməz. Əgər icraat zamanı işdə tərəf olan şəxs ölərsə, o zaman yuxarıda qeyd edilən prossesual normalara uyğun hərəkət edilir. Hazırkı halda isə cavabdeh işdə tərəf olanadək artıq vəfat etmişdir. İddiaçı hüquq varisliyi yol verdiyi təqdirdə mərhumun hüquq varisinə qarşı həmin iddianı qaldıra bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcu tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilsin. İş üzrə ödənilmiş 149.87 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın Qərardaddan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Sədrlik edən Tural Məmmədov
Məhkəmə qərarları › İş №e-2(010)-2787/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-2787/2025
21.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver