Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2800/2022 19.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Qasmov Anar Adil oğlunun sədrliyi, X7 qızının katibliyi, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iştirakı ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cəfərov Əlisahib Əlislam oğluna və Zamin qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC cavabdeh Cəfərov Əlisahib Əlislam oğlu və X1rşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Cəfərov ƏliSahib Əlislam oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli 7964F№-li kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, həmin müqavilə üzrə 4798.77 (dörd min yeddi yüz doxsan səkkiz manat 77 qəpik) manat əsas, 105,85 (bir yüz beş manat 85 qəpik) manat faiz və 0.09 (0 manat 09 qəpik) manat cərimə borcu və iş üzrə ödənilmiş 69.04 (altmış doqquz manat 04 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cəfərov ƏliSahib Əlislam oğlundan və X2 tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Cəfərov ƏliSahib Əlislam oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli 7964F№-li kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2014-ci il tarixli,4921F№-li kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 (beş) il müddətinə 1 (bir) il güzəşt müddəti olmaqla, illik 1 (bir) faiz dərəcəsi ilə 4850 (dörd min səkkiz yüz əlli) manat, məbləğində kredit verilmişdir. Cavabdeh Cəfərov ƏliSahib Əlislam oğluna kredit verilərkən Zamin ilə Bank arasında 08 avqust 2019-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.1-cı bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2022-ci il tarixli, **********0992 saylı pretenziya göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Məhkəmə iclasında Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iddia tələbini müdafiə edib, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Cəfərov ƏliSahib Əlislam oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli 7964F№-li kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, həmin müqavilə üzrə 4798.77 (dörd min yeddi yüz doxsan səkkiz manat 77 qəpik) manat əsas, 105,85 (bir yüz beş manat 85 qəpik) manat faiz və 0.09 (0 manat 09 qəpik) manat cərimə borcu və iş üzrə ödənilmiş 69.04 (altmış doqquz manat 04 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cəfərov ƏliSahib Əlislam oğlundan və Zamin tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cəfərov Əlisahib Əlislam oğlu və X5 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, göndərilən məhkəmə bildirişləri «bu ünvanda yaşamır» qeydi ilə geri qayıtdığına görə məhkəmə cavabdeh Cəfərov Əlisahib Əlislam oğlunun məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanı – Bakı şəhəri Qaraçuxur Bələdiyyəsi və cavabdeh Zamin axırıncı yaşayış yeri üzrə müvafiq İcra Hakimiyyəti oranı – Bakı şəhəri Nəsimi rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin 65 saylı MKİS-nə məhkəmə bildirişlərini göndərmiş və aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişlərini aldıqdan sonra Mülki Prosessual Məcəlləsinin 147 və 185.5-ci maddələrinin tələblərinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izaһatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, AtaBank” Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Cəfərov ƏliSahib Əlislam oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli 7964F№-li kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2014-ci il tarixli,4921F№-li kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 (beş) il müddətinə 1 (bir) il güzəşt müddəti olmaqla, illik 1 (bir) faiz dərəcəsi ilə 4850 (dörd min səkkiz yüz əlli) manat, məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş 08 avqust 2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, Zamin borcun təminatı olaraq zaminlik müqaviləsi bağlamışdır. İş materiallarından görünür ki, cavabdeh Cəfərov Əlisahib Əlislam oğlunun Banka olan borcunun müvafiq cədvəl qrafikinə əsasən müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş cədvəlini Cəfərov Əlisahib Əlislam oğlu imza etmişdir. İş materiallarında olan 08 aprel 2022-ci il tarixli maliyyə arayışından və Hesabdan çıxarışdan görünür ki, borcalan Cəfərov Əlisahib Əlislam oğlunun kredit müqaviləsi üzrə borcverən Ləğv prosesində olan İddiaçı ASC -yə 08 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə 4798.77 manat əsas borc, 105.85 manat faiz borcu və 0.09 manat cərimə borcu olmaqla, cəmi 4904,71 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə də, təsvir olunanlardan görünür ki, borcalan Cəfərov Əlisahib Əlislam oğlu 08 avqust 2019-cu il tarixli Kredit müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş və iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, o, iddiaçıdan alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. İş materiallarından görünür ki, cavabdehə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Cəfərov Əlisahib Əlislam oğlu kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən, iddiaçının kredit müqavilələrinə görə yaranmış kredit borcu, ona hesablanmış faizlər və cəriməni vaxtından əvvəl tələb edilməsi hüququ yaranmışdır. Eyni zamanda məhkəmə bu nəticəyə gəlir ki, cavabdeh X5 bağlanmış zaminlik müqavilələrinin şərtləri və zaminliyin əsaslarını müəyyən edən qanunvericilik normalarının mənasına görə kreditor qarşısında cavabdeh Cəfərov Əlisahib Əlislam oğlu oğlu ilə birgə məsuliyyət daşıdığına görə iddiaçının həmin cavabdehə qarşı kredit borcu, ona hesablanmış faiz və cərimə ilə bağlı iddia tələbləri əsaslıdılar. Odur ki, məhkəmə hesab edir ki, müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyi üçün cavabdehlər Cəfərov Əlisahib Əlislam oğlundan və Zaminndan müştərək qaydada 4798.77 manat məbləğində əsas borc, 105.85 manat faiz borcu və 0.09 manat məbləğində cərimə borcunun tutulması və tərəflər arasında bağlanmış 08 avqust 2019-ci il tarixli kredit müqaviləsininin ləğv edilməsi barədə iddia tələbi əsaslıdır və iddia tam təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 69.04 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cəfərov Əlisahib Əlislam oğlundan və Zamin müştərək qaydada 4798.77 manat məbləğində əsas borc, 105.85 manat məbləğində faiz borcu, 0.09 manat məbləğində cərimə və 69.04 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4973,75 manat borc iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC ilə cavabdeh Cəfərov Əlisahib Əlislam oğlu arasında bağlanmış 08 avqust 2019-cu il tarixli Kredit müqaviləsi ləğv edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Anar Qasımov
Məhkəmə qərarları › İş №e-2(010)-2800/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2800/2022
19.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver