Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2810/2024 11.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Mahmudova Təranə Nəriman qızı İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları
1. xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən Cavabdeh İddiaçı MMC-dən Samsung A042 COPPER markalı mobil telefon və Scooter almışdır.
2. xx.xx.2023-cü il tarixli ödəniş cədvəlinə əsasən Samsung A042 COPPER markalı mobil telefon və Scooter üçün cavabdeh 18 ay müddətinə ilk 17 ay üçün 23 manat, sonuncu ay isə 21,88 manat olmaqla qalıq borcu olan 412,88 manat ödəməyi öhdəsinə götürmüşdür.
3. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 311,30 manat ödənilməmiş əsas borcu, 466 manat cərimə borcu olmaqla, ümumilikdə 777,30 manat borcu yaranmışdır.
4. xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən Cavabdeh İddiaçı MMC-dən Samsung A235 Black markalı mobil telefon almışdır.
5. xx.xx.2023-cü il tarixli ödəniş cədvəlinə əsasən Samsung A235 Black markalı mobil telefon üçün cavabdeh 12 ay müddətinə ilk 11 ay üçün 48 manat, sonuncu ay isə 41,49 manat olmaqla qalıq borcu olan 569,49 manat ödəməyi öhdəsinə götürmüşdür.
6. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 86,9 manat ödənilməmiş əsas borcu, 130 manat cərimə borcu olmaqla, ümumilikdə 216,9 manat borcu yaranmışdır.
7. xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən Cavabdeh İddiaçı MMC-dən İphone 14 128GB Yellow markalı mobil telefon və X1 Apple USB almışdır.
8. xx.xx.2023-cü il tarixli ödəniş cədvəlinə əsasən İphone 14 128GB Yellow markalı mobil telefon və X1 Apple USB üçün cavabdeh 12 ay müddətinə ilk 11 ay üçün 144 manat, sonuncu ay isə 140,98 manat olmaqla qalıq borcu olan 1724,98 manat ödəməyi öhdəsinə götürmüşdür.
9. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 1292,60 manat ödənilməmiş əsas borcu, 1938 manat cərimə borcu olmaqla, ümumilikdə 3230,6 manat borcu yaranmışdır.
10. xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən Cavabdeh İddiaçı MMC-dən X2, Hi-Fi Samsung, X4 Mi Watch 2 Lite almışdır.
11. xx.xx.2023-cü il tarixli ödəniş cədvəlinə əsasən X2, Hi-Fi Samsung, X4 Mi Watch 2 Lite üçün cavabdeh 6 ay müddətinə ilk 5 ay dördün 45 manat, sonuncu ay isə 44,97 manat olmaqla qalıq borcu olan 269,97 manat ödəməyi öhdəsinə götürmüşdür.
12. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 89,90 manat ödənilməmiş əsas borcu, 134 manat cərimə borcu olmaqla, ümumilikdə 223,9 manat borcu yaranmışdır.
13. Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur.
14. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, "xxxx" MMC tərəfindən məhkəməyə ərizə verilərkən 40,47 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
İşin faktiki halları
15. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli alqı-satqı müqavilələrinin bağlanması və cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.
İddia tələbi
16. İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2023-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 311,3 AZN əsas 46,6 AZN cərimə cəmi 357,9 AZN borc, xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 86,9 AZN əsas 13 AZN cərimə cəmi 99,9 AZN borc, xx.xx.2023-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 1292,6 AZN əsas, 193,8 AZN cərimə, cəmi 1486,4 AZN borc, xx.xx.2023-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 89,9 AZN əsas, 13,4 AZN cərimə, cəmi 103,3 AZN borc, ümumilikdə dörd müqavilə üzrə 1780,7 AZN əsas, 266,8 AZN cərimə, 2047,5 AZN cəmi borcun və 40,47 AZN ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin dəlilləri
17. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı Samsung A042 COPPER markalı mobil telefon və Scooter üçün cavabdeh 18 ay müddətinə ilk 17 ay üçün 23 manat, sonuncu ay isə 21,88 manat olmaqla qalıq borcu olan 412,88 manat, xx.xx.2023-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı Samsung A235 Black markalı mobil telefon üçün cavabdeh 12 ay müddətinə ilk 11 ay üçün 48 manat, sonuncu ay isə 41,49 manat olmaqla qalıq borcu olan 569,49 manat, xx.xx.2023-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı İphone 14 128GB Yellow markalı mobil telefon və X1 Apple USB üçün cavabdeh 12 ay müddətinə ilk 11 ay üçün 144 manat, sonuncu ay isə 140,98 manat olmaqla qalıq borcu olan 1724,98 manat, xx.xx.2023-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı X2, Hi-Fi Samsung, X4 Mi Watch 2 Lite üçün cavabdeh 6 ay müddətinə ilk 5 ay dördün 45 manat, sonuncu ay isə 44,97 manat olmaqla qalıq borcu olan 269,97 manat, ümumilikdə dörd müqavilə üzrə 2047,5 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2023-cü il tarixli müqavilə üzrə 32,5 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 50 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 50 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 45 manat, dörd müqavilə üzrə qalıq qalmış 1780,70 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1% dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Bildiririk ki, cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu dörd müqavilə üzrə 2668 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı hər dörd müqavilə üzrə 2668 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 266,80 manat İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə, cavabdeh xx.xx.2024-cü il tarixədək "xxxx" MMC-nə olan borcu xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 311,3 manat əsas, 46,6 manat cərimə, cəmi 357,9 manat, xx.xx.2023 il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 86,9 manat əsas, 13 manat cərimə, cəmi 99,9 manat, xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 1292,6 manat əsas, 193,8 manat cərimə, cəmi 1486,4 manat, xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 89,9 manat əsas, 13,4 manat cərimə, cəmi 103,3 manat ,ümumilikdə borcu hər dörd müqavilə üzrə 2047,5 manat təşkil etmişdir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi
Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək dördün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 567. Alqı-satqı müqaviləsi Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası dördün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Öhdəliklərin icra edilməməsi dördün borclunun məsuliyyəti Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar dördün cavabdehdir. Maddə 465. Öhdəliyin icra edilməməsi dördün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi dördün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
Məhkəmənin mövqeyi
20. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia qismən təmin edilməlidir.
21. Belə ki, məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, iddiaçı alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyaları Cavabdeh vermiş, lakin cavabdeh alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi vardır.
22. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən xx.xx.2023-cü il tarixli № ********* saylı müqavilə üzrə 311,30 manat əsas, 46,60 manat cərimə, cəmi 357,9 manat, xx.xx.2023-cü il tarixli № ********* saylı müqavilə üzrə 86,90 manat əsas, 13 manat cərimə, cəmi 99,90 manat, xx.xx.2023-cü il tarixli № ********* saylı müqavilə üzrə 1292,60 manat əsas, 193,80 manat cərimə, cəmi 1486,60 manat və xx.xx.2023-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 89,90 manat əsas, 13,40 manat cərimə, cəmi 103,30 manat, ümumilikdə 1780,70 əsas, 266,08 manat cərimə borcu, cəmi 2047,50 manat məbləğində pulun tutulması barədə tələb əsaslıdır.
23. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələr üzrə dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu (penya) azaldılaraq xx.xx.2023-cü il tarixli müqavilə üzrə 10 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 10 manat müəyyən edilməlidir.
Məhkəmə xərcləri
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
25. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 36,11 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 4,36 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə
27. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən xx.xx.2023-cü il tarixli ********* saylı müqavilə üzrə 311,30 manat əsas, 10 manat cərimə, cəmi 321,3 manat, xx.xx.2023-cü il tarixli ********* saylı müqavilə üzrə 86,90 manat əsas, 13 manat cərimə, cəmi 99,90 manat və xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 1292,60 manat əsas, 10 manat cərimə, cəmi 1302,6 manat, xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 89,90 manat əsas, 13,40 manat cərimə, cəmi 103,30 manat, ümumilikdə 1827,1 manat məbləğində pul tutularaq İddiaçı MMC-nin hesabına ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir.
28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə,
qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli ********* saylı müqavilə üzrə 311,30 manat əsas, 10 manat cərimə, cəmi 321,3 manat, xx.xx.2023-cü il tarixli ********* saylı müqavilə üzrə 86,90 manat əsas, 13 manat cərimə, cəmi 99,90 manat və xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 1292,60 manat əsas, 10 manat cərimə, cəmi 1302,6 manat, xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 89,90 manat əsas, 13,40 manat cərimə, cəmi 103,30 manat, ümumilikdə 1827,10 (bir min səkkiz yüz iyirmi yeddi manat on qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 36,11 (otuz altı manat on bir qəpik) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 4,36 (dörd manat otuz altı qəpik) manat hissəsi İddiaçı özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.