Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2815/2023 02.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Əlı̇ yev Bəxtı̇ yar İlham oğluna qarşı kredit müqaviləsinin ləğv edilməsi və borc tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Əlı̇ yev Bəxtı̇ yar İlham oğluna qarşı kredit müqaviləsinin ləğv edilməsi və borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, TuranBank ASC-nin “28 may” filialı ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK İST-FB-2364 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, TuranBank ASC-nin “28 may” filialı ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK İST-FB-2364 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 və Cavabdeh1 Banka olan 12 770.65 AZN (on iki min yeddi yüz yetmiş manat 65 qəpik) əsas, 1500.62 AZN (bir min beş yüz manat 62 qəpik) faiz, 2 602.60 AZN (iki min altı yüz iki manat 60 qəpik) cərimə borcu olmaqla, cəmi borcu 16873.87 AZN (on altı min səkkiz yüz yetmiş üç manat 87 qəpik) məbləğində borcun və ödənilmiş 140.62 AZN (bir yüz qırx manat 62 qəpik) məbləğində dövlət rüsumunun cavabdehlərdən ( birgəborcalanlar - Cavabdeh2 və Cavabdeh1, zamin - Cavabdeh3) birgə qaydada tutularaq TuranBank ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı “TURANBANK" ASC iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, TuranBank ASC-nin “28 may” filialı ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK İST-FB-2364 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, TuranBank ASC-nin “28 may” filialı ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK İST-FB-2364 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 və Cavabdeh1 Banka olan 12 770.65 AZN (on iki min yeddi yüz yetmiş manat 65 qəpik) əsas, 2101.22 AZN (iki min yüz bir manat 22 qəpik) faiz, 2 602.60 AZN (iki min altı yüz iki manat 60 qəpik) cərimə borcu olmaqla, cəmi borcu 17474.47 AZN (on yeddi min dörd yüz yetmiş dörd manat 47 qəpik) məbləğində borcun və ödənilmiş 142.22 AZN (bir yüz qırx iki manat 22 qəpik) məbləğində dövlət rüsumunun cavabdehlərdən ( birgəborcalanlar - Cavabdeh2 və Cavabdeh1, zamin - Cavabdeh3) birgə qaydada tutularaq TuranBank ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri 3.TuranBank ASC-nin “28 may” filialı ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK İST-FB-2364 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 19% olmaqla, 36 ay müddətinə 15 000 AZN (on beş min manat) məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi Cavabdeh2, Cavabdeh1, TuranBank ASC və Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixli, İST-FB-2364 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Bununla əlaqədar cavabdehlərə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Beləki, borcalan Cavabdeh2 dəfələrlə pretenziya məktubu gömdərilməsinə baxmayaraq göndərdikləri məktublar ünvana çatmamışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK İST-FB-2364 saylı kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən əsas borcun qalığına əlavə illik 38 % olmaqla cərimə faizi ödəyir. 3.1.2-ci bəndə əsasən borcalan kredit ödənişini gecikdirdikdə, borcun qaytarılması tələbi üzrə təhlükə yarandıqda, bu müqavilədə və/və ya öhdəliyin icrasının təminatı müqaviləsində nəzərdə tutulmuş hallardan biri baş verdikdə Bankın kreditin verilməsini dayandırmaq, verilmiş kreditin, faizlərin, cərimə faizlərinin və s. Xərclərin əvəzinin dərhal qaytarılmasını tələb etmək hüququ vardır. 3.1.5-ci bəndinə əsasən Bankın kredit müqaviləsi ilə müəyyən edilmiş miqdarda hesablanmış, lakin vaxtında ödənilməmiş faizlərin məbləğində Borcalanın kredit borcunu artırmaq hüququ vardır, Tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 2.1-ci bəndinə əsasən Borcalanın Bank qarşısında öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Banka dəyən bütün zərərlərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin Bank qarşısında Borcalan ilə eyni həcmdə, yəni tam öhdəlik üzrə məsuliyyət daşıyır. 2.7-ci bəndə əsasən Zamin Borcalan tərəfindən öhdəliyin icra olunmaması və ya lazımınca icra olunmaması ilə əlaqədar borcun məcburi qaydada alınmasını nəzərdə tutan məhkəmə qərarı/qətnaməsi tam icra olunub başa çatanədək hesablanan faiz borcunun Banka ödənilməsini təmin etməlidir.
Tərəflərin izahatları
4. Cavabdehlər Cavabdeh1 və Əlı̇ yev Bəxtı̇ yar İlham oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Eyni zamanda məhkəmənin xx.xx.2023-cü il tarixli hazırlıq iclasında iştirak edən cavabdeh Əlı̇ yev Bəxtı̇ yar İlham oğlu iddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırmışdır ki, onunla zaminlik müqaviləsi sonradan bağlanmışdır.
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.
6. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul edərək kredit müqaviləsi üzrə iddiaçıya qeyd olunan məbləğdə borcu olduğunu bildirdi.
İş materialları
7. xx.xx.2022-ci il tarixli, İK İST-FB-2364 saylı Kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, həmin müqaviləyə əsasən, İddiaçı ASC tərəfindən Cavabdeh2 və Cavabdeh1 illik faiz dərəcəsi 19% olmaqla, 36 ay müddətinə 15 000 AZN (on beş min manat) məbləğində kredit verilmişdir.
8. xx.xx.2022-ci il tarixli, İST-FB-2364 saylı Zaminlik müqaviləsindən görünür ki, Əlı̇ yev Bəxtı̇ yar İlham oğlu borcalanlar - Cavabdeh2 və Cavabdeh1 xx.xx.2022-ci il tarixli, İK İST-FB-2364 saylı Kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar bank qarşısında zamin durmuşdur.
9. xx.xx.2023-cü il tarixli, 500 nömrəli maliyyə arayışından görünür ki, cavabdehlərin xx.xx.2022-ci il tarixli, İK İST-FB-2364 saylı kredit müqaviləsi üzrə banka 12770.65 manat əsas, 2101.22 manat faiz, 2602.60 manat cərimə borcu olmaqla, cəmi 17474.47 manat məbləğində borcu vardır.
10. İş matariallarına əlavə edilmiş pretenziyadan görünür ki, cavabdehlərə borc məbləğinin 10 gün müddəti ərzində ödənilməsi, əks təqdirdə isə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
İşin faktiki halları
11. İddiaçı ASC ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli, İK İST-FB-2364 saylı kredit müqaviləsinin imzalanması, həmin müqavilədə qeyd olunan kredit məbləğinin iddiaçı tərəfindən cavabdehlərə təqdim edilməsi və Əlı̇ yev Bəxtı̇ yar İlham oğlu ilə bank arasında cavabdehlərin kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar zaminlik müqaviləsinin imzalanması işin hallarını təşkil edir. Hazırda iddiaçı, cavabdehlərin öz öhdəliklərini lazımi qaydada yerinə yetirmədiklərini bildirərək yaranmış borc məbləğinin qaytarılmasını tələb edir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul edərək banka kredit müqaviləsi üzrə qeyd olunan məbləğdə borcu olduğunu bildirmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli hazırlıq iclasında iştirak edən cavabdeh Əlı̇ yev Bəxtı̇ yar İlham oğlu iddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırmışdır ki, onunla zaminlik müqaviləsi sonradan bağlanmışdır. Digər Cavabdeh1 məhkəmə iclasında iştirak etmədiyindən iddia tələbinə münasibətinin öyrənilməsi mümkün olmamışdır.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 422. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 423. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası. 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
Məhkəmənin mövqeyi
13. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
14. Məhkəmə ilk öncə qeyd edir ki, tərəflər arasında etibarlı kredit və zaminlik müqavilələri bağlanmışdır. İddia tələbi iddiaçı "xxxx" ASC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış İK İST-FB-2364 saylı kredit müqaviləsinin ləğv edilməsi hissəsində tam əsaslıdır. Belə ki, iş materiallarının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı kredit müqaviləsi üzrə öz öhdəliklərini lazımi qaydada yerinə yetirsə də, lakin cavabdehlər öz öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Cavabdehlər tərəfindən ödənişlərin vaxtında edilməməsi müqavilə şərtlərinin əhəmiyyətli pozuntusudur və müqavilənin ləğvi üçün əsas yaradır. Bununla yanaşı, müqavilənin ləğv edilməsi barədə iddiaçı tərəfindən cavabdehlərə pretenziya təqdim edilməsinə baxmayaraq, cavabdehlər həmin pretenziyaya münasibət bildirməmişdirlər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərlə aralarında bağlanmış kredit müqaviləsinin ləğvini məhkəmə qaydasında tələb etməkdə haqlıdır.
15. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlər - Cavabdeh1, Cavabdeh2 və Əlı̇ yev Bəxtı̇ yar İlham oğlundan müştərək qaydada 12770.65 manat əsas borc, 2101.22 manat faiz borcu və 2602.60 manat cərimə borcu olmaqla cəmi 17474.47 manat pul vəsaitinin tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi hissəsində qismən əsaslıdır.
16. Məhkəmə qeyd edir ki, tərəflərin izahatı və məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı kredit müqaviləsi üzrə öz öhdəliyini icra edərək müqavilədə nəzərdə tutulan pul vəsaitini qeyd edilən müddətə və faizlə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 təqdim etsə də, lakin cavabdehlər öz öhdəliklərini lazımi qaydada icra etməyərək müqavilə üzrə vaxtı-vaxtında ödəniş etməmişdirlər. Eyni zamanda, məhkəmə onu da qeyd edir ki, iş üzrə digər Cavabdeh3 onunla iddiaçı arasışnda zaminlik müqaviləsinin sonradan bağlanmasına istinad edərək iddia tələbinin ona dair hissədə əsassız olduğunu qeyd etsə də, lakin iş materialları və məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, tərəflər arasında zaminlik müqaviləsı mülki qanunvericilik normalarına uyğun şəkildə bağlanmış və hazırda iddiaçının borcalan cavabdehlərlə yanaşı həmin borc məbləğini zamindən də tələb etməsi qanuni və əsaslıdır. Belə ki, öhdəliyin icrasının zamindən tələb edilməsi ilə bağlı mülki qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülməmişdir.
17. Bununla belə, məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlərdən müştərək qaydada tələb edilən 2602.60 manat cərimə borcuna münasibətdə qismən əsaslıdır. Məhkəmə cavabdehlərin üzərində əsas borc olaraq icra ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 2602.60 manat dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu (penya) azaldılaraq 500 manat məbləğində müəyyən edilməlidir.
Məhkəmə xərcləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
19. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun 136.11 manat hissəsi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
20. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı "xxxx" ASC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış İK İST-FB-2364 saylı kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Əlı̇ yev Bəxtı̇ yar İlham oğlundan müştərək qaydada 12770.65 manat əsas borc, 2101.22 manat faiz borcu və 500 manat cərimə borcu olmaqla cəmi 15371.87 (on beş min üç yüz yetmiş bir manat, səksən yeddi qəpik) manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməli və iş üzrə ödənilmiş dövlət rüsumunun 136.11 manat hissəsi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
21. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
İddia qismən təmin edilsin. İddiaçı "xxxx" ASC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış İK İST-FB-2364 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Əlı̇ yev Bəxtı̇ yar İlham oğlundan müştərək qaydada 12770.65 manat əsas borc, 2101.22 manat faiz borcu və 500 manat cərimə borcu olmaqla cəmi 15371.87 (on beş min üç yüz yetmiş bir manat, səksən yeddi qəpik) manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 136.11 manat hissəsi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.