Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-2829/2022 09.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi iştirakı ilə, iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı “X1 Azərbaycan” QSC-nin xeyrinə 521,55 manat məbləğində əsas borc, 57,33 manat məbləğində faiz borcu, 33,78 manat məbləğində cərimə, 32 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc və 3,40 manat məbləğində poçt xərci olmaqla, cəmi 648,06 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli qərardadı ilə tələbə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Mülki iş üzrə 09 avqust 2022-ci il tarixinə təyin edilmiş məhkəmə iclasına iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən “AZEMİS” Elektron Məhkəmə informasoya sistemi vasitəsi ilə məhkəmə hazırlıq iclasının onun iştirakı olmadan keçirilməsi barədə ərizə daxil olmuş, Cavabdeh isə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə hazırlıq iclasına gəlməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia ərizəsinə dair 2(010)-2829/2022 saylı mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Nizami rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia ərizəsində Cavabdeh ünvanı kimi ünvan 1 da, məhkəmə hazırlıq iclasında müəyyən olundu ki, cavabdeh Baki şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 96.M 7, mənzil 2 qeydiyyatdadır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci bəndinə əsasən, yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2 və 44.2.2-ci maddələrinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Beləliklə də, iş üzrə cavabdehin rəsmi qeydə alındığı ünvan Nizami rayonu ərazisində olduğu üçün Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia ərizəsinə ərazi aidiyyəti üzrə Nizami rayon məhkəməsində baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia ərizəsinə dair olan 2(010)-2829/2022 saylı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Nizami rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Qasımov
Məhkəmə qərarları › İş №e-2(010)-2829/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-2829/2022
09.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver