Məhkəmə qərarları › İş №e-2(010)-2844/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2844/2022

20.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2844/2022 20.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, İddiaçı «X4» Bakı filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı «X4» Bakı filialınin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : «X4» Bakı filialı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclular Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1004,84 manat məbləğində əsas borc və 27,96 manat məbləğində faiz borcu olmaqla, cəmi 1032,80 manat məbləğində borcun və ödənilmiş 30,33 manat dövlət rüsumunun «X4» Bakı filialının xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı «X4» Bakı filialının nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, «X4» Bakı filialı ilə Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fevral 2019-cu il tarixli Fərmana və Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdim etdiyi aprel 2019-cu il tarixli siyahıda adı göstərilən borclu - Cavabdeh1 arasında imzalanmış 12 sentyabr 2019-cu il tarixli 32 №li Güzəştli kredit (Restrukturizasiya) müqaviləsinə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 1% ödəmək şərti ilə 5 il müddətinə 1009 manat məbləğində kredit məbləği restrukturizasiya edilmişdir. Həmin tarixdə verilmiş Güzəştli kreditin qaytarılmasının təminatı kimi «X4» Bakı filialı ilə Cavabdeh2 arasında 37 saylı Zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin 4.1 - ci maddəsinə əsasən «Borcalan» ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq Banka 1 il müddətində hesablanmış faiz olaraq hər ayın həmin günü 1.63 manat, 1 ildən sonra isə ssuda borcu ssuda hesabının qalığına hesablanmış faizlərdə daxil olmaqla 41.46 manat ödəməli idi. Müqavilə şərtlərinə uyğun olaraq «Borcalan» 23 May 2022-ci il tarixə «Bank»a kredit borcu üzrə 1.032,80 manat ödəniş yerinə yetirməli idi. Lakin xx.xx.2022-ci il tarixə kimi «Borcalan» tərəfindən «Banka»a 5.42 manat ödəniş həyata keçirilmişdir. Borcalana kredit müqaviləsi üzrə öhdəliklə yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbardarlıqlar olunmuşdur. Lakin borcalan kredit borcunu yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən, borclular Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1004,84 manat məbləğində əsas borc və 27,96 manat məbləğində faiz borcu olmaqla, cəmi 1032,80 manat məbləğində borcun və ödənilmiş 30,33 manat dövlət rüsumunun «X4» Bakı filialının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 12 sentyabr 2019-cu il tarixli 32 №li Güzəştli kredit (Restrukturizasiya) müqaviləsinə əsasən «X4» Bakı filialı ilə Cavabdeh1 arasında imzalanmış sonuncuya illik kreditdən istifadə haqqı 1% ödəmək şərti ilə 5 il müddətinə 1009 manat məbləğində kredit restrukturizasiya edilmişdir. İş materiallarına əlavə edilmiş 12 sentyabr 2019-cu il tarixli 37 saylı Zaminlik müqaviləsinə əsasən, Güzəştli kreditin qaytarılmasının təminatı kimi «X4» Bakı Filialı ilə Cavabdeh2 arasında 37 saylı Zaminlik müqaviləsi imzalanmışdır. İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, Cavabdeh2 "xxxx" ASC-yə 1004,84 manat məbləğində əsas borc və 27,96 manat məbləğində faiz borcu olmaqla, cəmi 1032,80 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyəəsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qusürlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdidrilmiş digər şərtləri pozmaqla icra edilməsi ) başa düşülür. Həmin məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X4» Bakı filialı ilə Cavabdeh1 arasında imzalanmış 12 sentyabr 2019-cu il tarixli 32 №li Güzəştli kredit (Restrukturizasiya) müqaviləsinə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 1% ödəmək şərti ilə 5 il müddətinə 1009 manat məbləğində kredit restrukturizasiya edilmişdir. Həmin tarixdə verilmiş Güzəştli kreditin qaytarılmasının təminatı kimi «X4» Bakı Filialı ilə Cavabdeh2 arasında 37 saylı Zaminlik müqaviləsi imzalanmışdır. İş üzrə iddiaçı «X4» Bakı filialı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin sonuncu bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Hal-hazırda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 «X4» Bakı filialına 1004,84 manat məbləğində əsas borc və 27,96 manat məbləğində faiz borcu olmaqla, cəmi 1032,80 manat məbləğində borcu vardır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə cavabdehlər müqavilə üzrə öhdəlikləri lazımınca icra etmədiyindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1004,84 manat məbləğində əsas borc və 27,96 manat məbləğində faiz borcu olmaqla, cəmi 1032,80 manat məbləğində borc və 30,33 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1004,84 manat məbləğində əsas borc və 27,96 manat məbləğində faiz borcu olmaqla, cəmi 1032,80 (min otuz iki manat, səksən qəpik) manat məbləğində borc və ödənilmiş 30,33 (otuz manat, otuz üç qəpik) manat dövlət rüsumu «X4» Bakı filialının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar