Məhkəmə qərarları › İş №e-2(010)-286/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-286/2025

15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-286/2025 15.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, iddiaçının nümayəndəsi X4, Cavabdeh3 iştirakları ilə İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ölmüş şəxsin kredit borcunun miras əmlakı qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra – cavabdehlər) qarşı ölmüş şəxsin kredit borcunun miras əmlakı qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 1750.54 manat borc olmaqla – bundan 1535.37 manat məbləğində əsas, 215.17 manat Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün tələb olunan faiz (5%) borcu və iş üzrə ödənilmiş 38 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə X3 arasında bağlanmış 20 sentyabr 2016-cı il tarixli, 18-xx-xx-065289 nömrəli kredit müqaviləsinə əsasən, X2 60 ay müddətinə, illik 29 faiz dərəcəsi ilə 2000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən, kredit və faizlər ödənilmədikdə və yaxud qismən ödənildikdə borcalana bu barədə xəbərdarlıq göndərməklə öhdəliyin vaxtından əvvəl icra olunmasını tələb etmək barədə bankın hüququ vardır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən, borc öhdəliyini lazımınca icra etmədikdə öhdəliyin icrasının vaxtında əvvəl tələb edilməsi barədə borcverən borcalanı xəbərdar etdikdən 3 iş günü müddətində borc öhdəliyini qeyri-şərtsiz icra etmək borcalanın vəzifəsidir. AZ-İ seriyalı, 971559 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X3 12 sentyabr 2018-ci ildə vafat etmiş, xx.xx.2019-cu il tarixli, V/68-2018 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 miras əmlakdan 1/3 hissədə pay almışdır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********762 saylı, 18 iyul 2024-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən, üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixə X1 banka 1535.37 manat məbləğində əsas, 215.17 manat Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, gecikdirilmiş vaxt üçün tələb olunan faiz (5%) borcu olmaqla, ümumilikdə 1750.54 manat məbləğində borcu yaranmışdır. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı bu cür tələblər üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür və buna görə də iddia tələbi təmin edilməməlidir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar İddiaçı ASC (Borcverən) və X3 (Borcalan) arasında xx.xx.2016-cı il tarixdə bağlanmış 18-xx-xx-065289 nömrəli kredit müqaviləsindən müəyyən olunur ki, “Borcverən” şəxsi məqsədlər üçün “Borcalan”a illik 29% ödənilmək şərti ilə, 60 ay müddətinə xx.xx.2021-ci il tarixinədək 2000 manat məbləğində kredit verməyi, “Borcalan” isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, göstərilən müddətdə və qaydada krediti və kreditə hesablanacaq faizləri, o cümlədən bu müqavilə ilə irəli gələn digər pul öhdəliklərini (cərimə, dəbbə) “Borcverən”ə qaytarmağı öhdəsinə götürür. xx.xx.2016-cı il tarixli, 18-xx-xx-065289 nömrəli kredit müqaviləsinə 1 nömrəli əlavə olan ödəniş qrafikindən müəyyən olunur ki, kredit müqaviləsi üzrə ödəniş cədvəli təsdiq edilmiş və müqavilə üzrə borcun xx.xx.2016 – xx.xx.2021-cil tarixləri arasında hər ay 63.48 manat (sonuncu ay 63.47 manat) məbləğində olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. 5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 971559 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, X3 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində “Essensial hipertenziya” səbəbindən ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 1043 nömrə ilə qeyd edilmişdir. xx.xx.2019-cu il tarixli, 2V-84 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətindən müəyyən olunur ki, xx.xx.2018-ci il tarixdə ölmüş X1 vərəsələri – Cavabdeh2, Cavabdeh3, Cavabdeh1dır və onlar miras əmlakdan hər biri 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak – ƏMDK-nın yanında DƏDRXnin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə X2 verilmiş **********51 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0.009 ha olan torpaq sahəsindən ibarətdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, borcalan X1 xx.xx.2016-cı il tarixli, 18-xx-xx-065289 nömrəli kredit müqaviləsi üzrə LPO İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixə 1535.37 manat əsas və 215.17 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz olmaqla, cəmi 1750.54 manat məbləğində borcu vardır. xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, borcalan X1 qanun üzrə vərəsələri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 xx.xx.2016-cı il tarixli, 18-xx-xx-065289 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə yaranmış borc məbləği (1750.54 manat) barədə məlumat verilmiş, həmin borcun tam şəkildə 3 (üç) gün müddətində ödənilməsi təklif edilmiş, əks halda iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 9/10552 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasına dair ekspert rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlər, iş materiallarında olan ödənişləri özündə əks etdirən hesabdan çıxarışlar, xx.xx.2024-cü il tarixli, **********750 nömrəli maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış xx.xx.2016-cı il tarixli, 18-xx-xx-065289 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə cavabdeh X1 İddiaçı ASC-yə olan əsas və faiz borcu aşağıdakı kimi müəyyən olunur – xx.xx.2021-ci il tarixə (müqavilənin bitdiyi tarixə) - əsas borc üzrə - 1504.96 manat; faiz borcu üzrə - 1304.46 manat, xx.xx.2024-cü il tarixə (maliyyə arayışının tərtib edildiyi tarixə) - əsas borc üzrə - 1504.96 manat; faiz borcu üzrə - 1304.46 manat; illik 5%-lə hesablanmış faiz borcu üzrə - 212.78 manat. İş üzrə Cavabdeh1 və Cavabdeh3 tərəfindən məhkəməyə ünvanlanmış ərizələrdən (iddia müddətinin tətbiq edilməsi barədə) müəyyən olunur ki, məhkəmədən iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsi üçün 38 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: Maddə 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) verməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Maddə 1307. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarı Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarı

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-ci maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.

Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, işin faktiki hallarını və iddia ərizəsini araşdıraraq, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, LPO İddiaçı ASC və mərhum borcalan X3 arasında xx.xx.2016-cı il tarixli, 18-xx-xx-065289 nömrəli kredit müqaviləsi bağlanmış, həmin müqavilə üzrə borcalana 60 ay müddətinə, illik 29% ödənilmək şərti ilə 2000 manat məbləğində pul vəsaiti verilmişdir. xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə borcalan X3 xx.xx.2018-ci il tarixdə vəfat etmiş və borcalanın vəfatı ilə əlaqədar Bakı şəhəri 24 saylı Notariat Ofisində vərəsəlik işi açılmışdır. xx.xx.2019-cu il tarixli, 2V-84 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən, iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mərhum borcalanın (miras qoyanın) qanun üzrə vərəsələri qismində tanınaraq, miras əmlakdan 1/3 hissədə pay (irs) almışlar. İddiaçı bank tərəfindən yaranmış kredit borcunun ödənilməsi ilə bağlı mərhum borcalanın (miras qoyanın) qanun üzrə vərəsələrinə mübahisənin məhkəmədən kənar (pretenziya) qaydada həll edilməsi üçün xəbərdarlıq məktubları göndərilmiş, lakin onlara xəbərdarlıq edilməsinə baxmayaraq mərhumdan qalan kredit borcu ödənilməmişdir. Halbuki, mülki qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehlər vərəsə olaraq miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə payına mütənasib surətdə borclu kimi ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında müəyyən edilmiş mövqeyə əsasən, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Vərəsənin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsənin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İşdə olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ilə mərhumun qanun üzrə vərəsələri Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 şəhadətnamə verilən miras əmlakın ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə X2 verilmiş **********51 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0.009 ha olan torpaq sahəsindən ibarət olması müəyyən edilir. İşdə olan materiallar əsasında məhkəmə mərhum borcalan (miras qoyan) X1 vərəsələrinə miras qalmış əmlakın kreditor qarşısında öhdəliyin icrası üçün kifayət hesab edilməsi qənaətinə gəlir. Beləliklə göstərilən normaların məzmunundan çıxış edərək məhkəmə qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildikləri üçün onlar miras qoyanın kreditoru qarşısında öhdəliyin icrasına görə məsuliyyət daşıyırlar. Bundan əlavə, iş üzrə Cavabdeh3 iddia ərizəsində qeyd edilən əsas və faiz məbləğləri ilə razılaşmayaraq, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini məhkəmədən xahiş etmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)-4594/2024 nömrəli qərardadı ilə iş üzrə icraat dayandırılmış və məhkəməmühasibatlıq ekspertizasının keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 9/10552 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasına dair ekspert rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlər, iş materiallarında olan ödənişləri özündə əks etdirən hesabdan çıxarışlar, xx.xx.2024-cü il tarixli, **********750 nömrəli maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış xx.xx.2016-cı il tarixli, 18-xx-xx-065289 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə cavabdeh X1 İddiaçı ASC-yə olan əsas və faiz borcu aşağıdakı kimi müəyyən olunur – xx.xx.2021-ci il tarixə (müqavilənin bitdiyi tarixə) - əsas borc üzrə - 1504.96 manat; faiz borcu üzrə - 1304.46 manat, xx.xx.2024-cü il tarixə (maliyyə arayışının tərtib edildiyi tarixə) - əsas borc üzrə - 1504.96 manat; faiz borcu üzrə - 1304.46 manat; illik 5%-lə hesablanmış faiz borcu üzrə - 212.78 manat. Məhkəmə ilk növbədə nəzərə çatdırır ki, heç bir sübutun, eləcə də ekspert tədqiqatının nəticələrinə dair ekspert tərəfindən tərtib edilmiş rəyin məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş hüquqi qüvvəsi yoxdur (AR MPM-nin 103.1-ci maddəsi ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir). Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyil, həmçinin iddiaçı və ya cavabdeh tərəfindən ekspert rəyinin əsaslığını və mötəbərliyini şübhə altına alan sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, iş üzrə keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Göründüyü kimi mülki prosessual qanunvericiliklə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını müəyyən edərkən, məhkəmə tərəfindən qanunla müəyyən edilmiş qaydada əldə edilən məlumatların (sübutların) dairəsi dəqiq müəyyən edilmiş və həmin məlumatların məhz ekspert rəyi ilə də təsdiq edilməsi imkanı birbaşa nəzərdə tutulmuşdur. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Odur ki, iddia tələbində qeyd olunan borc məbləğləri ilə məhkəmə-mühasibatlıq ekspertizasına dair tərtib edilmiş ekspert rəyində qeyd edilən məbləğlərin bir-birinə yaxın məbləğlər olmasını nəzərə alan məhkəmə, xx.xx.2016-cı il tarixli, 18-xx-xx-065289 nömrəli kredit müqaviləsi üzrə əsas və gecikdirilmiş faiz borcunun ekspert rəyində qeyd edildiyi kimi, yəni müvafiq olaraq əsas borc 1504.96 manat və gecikdirməyə görə faiz borcunun 212.78 manat məbləğində hesablanmaqla ödənilməsi nəticəsinə gəlir. Məhkəmə iş üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəfindən məhkəməyə ünvanlanmış iddia müddətinin tətbiq edilməsi barədə ərizələrə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin məcəllənin 373.3-cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmçinin, həmin məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Göründüyü kimi, qanunla iddia müddətinin axımının başlanmalı olduğu tarixlə bağlı müəyyən istisnalar nəzərdə tutulmuşdur ki, həmin ümumi qaydadan istisnalar AR MM-nin 377.2 – 377.4-cü maddələrində təsbit edilmişdir. Belə ki, həmin məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Hazırkı iş üzrə mərhum borcalan (miras qoyan) və kreditor arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 18-xx-xx- 065289 nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş qrafiki ilə öhdəliklərin icra müddəti dəqiq müəyyən edilmiş, borcalan tərəfindən kredit müqaviləsi üzrə əsas və ona hesablanan faiz borcunun xx.xx.2016 – xx.xx.2021-ci il tarixləri arasında ödənilməli (icra edilməli) olması tərəflər arasında razılaşdırılmışdır. Qeyd olunan kredit müqaviləsi üzrə öhdəliklərin icra müddəti xx.xx.2021-ci il tarixdə bitdiyindən, iddia müddətinin axımı həmin tarixdən etibarən başlanmış və 3 (üç) il sonra xx.xx.2024-cü il tarixdə bitmişdir. Lakin iddiaçı LPO İddiaçı ASC tərəfindən ölmüş şəxsin kredit borcunun miras əmlakı qəbul etmiş vərəsələrdən tutulması barədə iddia ərizəsi məhkəmənin icraatına xx.xx.2024-cü il tarixdə daxil olduğundan iddia müddəti ötürülməmiş, əksinə pozulmuş hüquqların müdafiəsi üçün qanunla müəyyən edilmiş müddət daxilində məhkəməyə müraciət olunmuşdur. Odur ki, iddia müddətinin tətbiqinə dair ərizənin tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətinə tətbiq edilməsi üçün əsaslar müəyyən edilmir.

Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 38 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. İddia qismən təmin edildiyindən məhkəmə qeyd edir ki, ödənilmiş dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə (1717.74 manat) mütənasib olan hissəsi (37.18 manat) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq LPO İddiaçı ASC-yə ödənilməlidir. Bundan əlavə, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası nəticəsində verilmiş ekspert rəyinə əlavə edilən ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində müəyyən edilmişdir. Odur ki, 100 manat məbləğində ekspertiza xərci cavabdehlərdən müştərək qaydada tutularaq ekspertiza həyata keçirən orqanın hesabına köçürülməlidir.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 1504.96 manat əsas və 212.78 manat illik 5% gecikdirilmiş faiz borcu olmaqla, cəmi 1717.74 manat məbləğində borc və 37.18 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçının xeyrinə, iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının dəyəri olan 100 manat məbləğində pul vəsaiti cavabdehlərdən tutularaq ekspertiza həyata keçirən orqanın hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2016-cı il tarixli, 18xx-xx-065289 nömrəli kredit müqaviləsi üzrə 1504.96 (min beş yüz dörd manat doxsan altı qəpik) manat əsas borc və 212.78 (iki yüz on iki manat yetmiş səkkiz qəpik) manat illik 5% gecikdirilmiş faiz borcu olmaqla, cəmi 1717.74 (min yeddi yüz on yeddi manat yetmiş dörd qəpik) manat məbləğində borc və 37.18 (otuz yeddi manat on səkkiz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 100 (yüz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP (XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar