Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-2864/2023 09.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Məhkəmə iclas katibi X1 qızının katibliyi ilə, İddiaçı Əmı̇ rah qızının cavabdeh Rüstəmova Zəkı̇ yyə Məsim qızı və Cavabdeh2 qarşı "istifadə hüququna xitam verilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Əmı̇ rah qızının cavabdeh Rüstəmova Zəkı̇ yyə Məsim qızı və Cavabdeh2 qarşı "istifadə hüququna xitam verilməsi" tələbinə dair ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. İş üzrə növbəti məhkəmə hazırlıq iclası 09 oktyabr 2023-cü il tarixə, saat 09:45-ə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə əvvəlki məhkəmə iclasında məhkəmə bildirişinin kötüyünə imza etdirməklə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmə səbəbləri barədə məlumat verməmişlər. İddiaçının vəkili və nümayəndəsi Vəkil “elektron Məhkəmə” sistemi vasitəsi ilə ərizə göndərərək, tərəflər arasında razılıq əldə edildiyi üçün iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-cı maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Əmı̇ rah qızının cavabdeh Rüstəmova Zəkı̇ yyə Məsim qızı və Cavabdeh2 qarşı "istifadə hüququna xitam verilməsi" tələbinə dair iddia ərizəsi baxılmadan sənədlər ərizəçiyə geri qaytarılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(010)-2864/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-2864/2023
09.10.2023 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver