Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2866/2024 30.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Müslümov Həbı̇ b Müslüm oğlu, Cavabdeh2 Həbı̇ b oğlu və Müslümov Ası̇ m Alı̇ m oğluna qarşı pul tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi.
1. İddiaçı cavabdehlər Müslümov Həbı̇ b Müslüm oğlu, Cavabdeh2 Həbı̇ b oğlu və Müslümov Ası̇ m Alı̇ m oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 13500 (on üç min beş yüz) manat məbləğində pulun və ödənilmiş 131 manat məbləğində dövlət rüsumunun, 300 manat məbləğində hüquqi yardım pulunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Cavabdehlər Müslümov Həbı̇ b Müslüm oğlu, Cavabdeh2 Həbı̇ b oğlu və Müslümov Ası̇ m Alı̇ m oğlu ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdirlər.
İddia tələbinin dəlilləri
3. O, Bakı şəhəri Sabunçu Kürdəxanı qəsəbəsində yaşayır. Heyvan saxlayıb satmaqla ailəni dolandırır. 2022-ci il iyun ayında özünə məxsus 240 baş xırdabuynuzlu (qoyun, quzu) heyvanı satmaq üçün sosial şəbəkədə elan yerləşdirdi, bir gün sonra Cavabdeh1 ona zəng edərək elanda göstərdiyi qoyunları almaq istədiyini bildirmişdir. 240 baş xırdabuynuzlu heyvanın qiyməti 40 000 manat dəyərində olmuşdur. Təxminən bir neçə saat sonra cavabdehlər onun yaşadığı ünvana gələrək bildirdilər ki, 240 baş xırdabuynuzlu heyvanı alırlar. Lakin pulu 2 aydan sonra ödəyəcəklər. O isə razılaşdı. Sövdələşmənin ertəsi günü cavabdehlər Qazel markalı yük avtomobili ilə həyətinə gəlib bir neçə dəfə olmaqla heyvanları aparmışlar. Təxminən beş aydan sonra cavabdehlər sövdələşdiyi 40 000 manat pulun 10 000 manatını ona verdilər. Lakin qalan məbləği verə bilmədikləri üçün 16500 manat dəyərində qoyun qaytardılar. Lakin cavabdehlər heyvanların dəyərini təşkil edən 13 500 manat pulu qaytarmadılar. O, dəfələrlə cavabdehlərin yaşadığı ünvana gedib onlardan pulunu tələb etsə də, onlar müxtəlif bəhanələrlə bundan yayınmışlar. Bundan sonra, onun etibarından sui-istifadə edərək aldadıb qoyunlarını alan və dəyərini ödəməyən şəxslər barəsində polisə şikayət etmişdir. Sabunçu RPİ-nin 15-ci PB-də izahat verən Cavabdeh1 xx.xx.2023-cü il tarixli izahatında, həqiqətən də, ondan 240 baş xırdabuynuzlu heyvanı aldıqlarını, dəyərinin 40 000 manata razılaşdıqlarını, razılaşdıqları məbləğdən ona 10 000 manat pul və 16 500 manat dəyərində qoyun verdiyini, ona 13 500 manat borclarının qaldığını bildimişdir. Sabunçu RPİ-nin İŞ-də izahat verən Cavabdeh2 izahatında ondan 240 baş xırdabuynuzlu heyvanları aldıqlarını, dəyərinin 40 000 manata razılaşdıqlarını, razılaşdıqları məbləğdən ona 10 000 manat pul və 16 500 manat dəyərində qoyun verdiyini, ona 13 500 manat borclarının qaldığını bildimişdir. Şikayətinin araşdırılması nəticəsində Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Cavid Əhmədov tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə 30 aprel 2023-cü il tarixli qərar qəbul edilmişdir. Həmin qərarda şikayət etdiyi şəxslərin əməlində cinayət tərkibinin olmadığı qeyd edilmişdir. Həmin qərardan məhkəmə nəzarəti qaydasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Sabunçu Rayon Məhkəməsinin hakimi Nigar İmanovanın 6(008)-75/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Cavid Əhmədov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 30 aprel 2023-cü il tarixli qərarı ləğv edilmiş, əlavə araşdırmaların aparılması göstərişi verilmişdir. Daha sonra, Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Cavid Əhmədov tərəfindən heç bir araşdırma aparılmayaraq, cinayət işinin başlanmasının rədd edilməsi barədə 29 oktyabr 2023-cü il tarixli qərar qəbul edilmişdir. Həmin qərarda yenidən şikayət etdiyi şəxslərin əməlində cinayət tərkibinin olmadığı qeyd edilmişdir.
Tərəflərin izahatları.
4. Cavabdehlər Müslümov Həbı̇ b Müslüm oğlu, Cavabdeh2 Həbı̇ b oğlu və Müslümov Ası̇ m Alı̇ m oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
5. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
İş materialları.
6. 29 oktyabr 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərar”ın surətindən görünür ki, Cavabdeh1 izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə sosial şəbəkədə 240 baş xırdabuynuzlu heyvanın satıldığı elanla rastlaşmışdır. O, həmin elanda olan telefon nömrəsi ilə əlaqə saxlamışdır. Ona məlum olmuşdur ki, X1 onun 20 ildir tanıdığı şəxsdir. X5 qəsəbəsində görüşmüşlər, 240 baş qoyunu Yulədlə 40000 manata razılaşıb və pulunu 2 ay müddətinə verəcəyini bildirmişdir. Bundan sonra o, heyvanları maşınla yaşadığı Zığ qəsəbəsində yerləşən fermasına aparmışdır. Heyvanlar zəif olduğu üçün onları biraz kökəldib satmağa başlamışdır. Bır neçə aydan sonra o, Yulədə 10000 manat pul vermiş, sonradan heyvanları sata bilmədiyi üçün Yulədə bildirmişdir ki, pulu verə bilmir, heyvanları qaytarır. Bundan sonra Yuləd gəlib onun fermasından 16500 manat dəyərində qoyunları aparmışdır. Qalan heyvanları X2 vermiş sonuncu vədinə əməl etməyərək onun verdiyi heyvanları satmış və borclanmışdır. O bu barədə Nəsimi rayon məhkəməsinə müraciət etmiş hakim Günay Abidovanın sədirliyi ilə keçirilən məhkəmə prosesində uğur qazanmış, Ramin Manafovdan 90 000 manat pulun tutulması barədə qəbul edilmiş qərar icraya yönəlmişdir. Həmçinin o heyvanları satıb xeyir götürmək məqsədi ilə alsa da ziyana getdiyini bildirmişdir. Eyni zamanda iş üzrə izahatı alınmış Cavabdeh2 Cavabdeh1 ilə eyni məzmunda izahat vermişdir.
7. Cavabdeh2 Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-yə təqdim etdiyi izahatından görünür ki, Cavabdeh2 bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə sosial şəbəkədə 240 baş xırdabuynuzlu heyvanın satıldığı elanla atası rastlaşmışdır. O, həmin elanda olan telefon nömrəsi ilə əlaqə saxlamışdır. Ona məlum olmuşdur ki, X1 onun uzun illərdir tanıdığı şəxsdir. Bundan sonra heyvanları maşınla yaşadığı Zığ qəsəbəsində yerləşən fermasına aparmışdır. Lakin həmin vaxtdan sonra Ramin Manafov onları aldatmış, 90 000 manatlıq qoyunu alarıq aparmışdır. Amma buna baxmayaraq 10 000 manat pul, 16 500 manatlıq qoyun qaytarmışdırlar. Hazırda qalan 13 500 manat borcu qaytaracaqlar.
8. xx.xx.2024-cü il tarixli, 207 nömrəli “Hüquqi yardım göstərilməsi haqqında Müqavilə”nin surətindən və mədaxil qəbzindən görünür ki, İddiaçı və vəkili Nümayəndə arasında göstəriləcək hüquqi qiymətin dəyəri 300 manat razılaşdırılmış və həmin məbləğ İddiaçı tərəfindən ödənilmişdir.
İşin faktiki halları.
9. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı cavabdeh tərəflə aralarında razılaşdırılmış və onlara təqdim edilmiş 40 000 manat dəyərində 240 baş xırdabuynuzlu heyvana görə qalıq qalmış 13 500 manat pul vəsaitinin ona qaytarılmadığını iddia edir və iddia tələbinin əsası kimi təqdim edilmiş iş materiallarına əsaslanır. Cavabdehlər isə iddia tələbinə münasibətdə ərizə təqdim edərək hazırki iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdirlər. İddia tələbinə qarşı cavabdehlərin başqa etiraz və ya mülahizələri təqdim edilməmişdir.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 329. Əqdlərin formaları 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Maddə 372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373. İddia müddətləri 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 398. Qiymət 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Maddə 427. Öhdəliyin icrası müddəti 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 422. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 430. Öhdəliyin icrasından imtina 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 115. İşə baxılması ilə əlaqədar məsrəflər 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin mövqeyi
12. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir.
13. Məhkəmə qeyd edir ki, iş materiallarının araşdırılması və iddiaçı tərəfin izahatı nəticəsində müəyyən edildi ki, tərəflər arasında şifahi formada razılaşmaqla işgüzar münasibət yaranmışdır. Belə ki, iş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar”dan aydın olur ki, cavabdehlər Müslümov Həbı̇ b Müslüm oğlu, Cavabdeh3 və Cavabdeh2 Həbı̇ b oğlu tanışları – hazırki iş üzrə İddiaçı aralarındakı razılaşma əsasında 40 000 (qırx min) manat dəyərində 240 baş xırdabuynuzlu heyvan almış və razılaşmaya əsasən həmin heyvanların pulunu 2 ay müddətində ödəməklə bağlı öhdəlik götürmüşlər. İşin hallarından o da müəyyən edilir ki, Yulətə 10000 manat pul verilmiş və eyni zamanda 16500 manat dəyərində heyvan ona geri qaytarılmışdır. Cavabdehlər eyni zamanda istintaq orqanına təqdim etdikləri izahatlarda qalıq 13 500 manat pul vəsaitinin iddiaçıya geri qaytaracaqlarını da bildirmişlər. Göründüyü kimi cavabdehlərin iddiaçıya aralarında olan razılaşmaya əsasən ödənilməmiş 13 500 (on üç min beş yüz) manat borc pul vəsaitinin qalması işin halları ilə öz təsdiqini tapır.
14. Məhkəmə qeyd edir ki, cavabdehlər iddia tələbinə etiraz olaraq yalnız iddiaya münasibətdə iddia müddətinin tətbiq edilməsini xahiş etmiş, lakin iddia tələbinin əsassız olması, yəni iddiaçıya həmin məbləğdə borc vəsaitinin qalmaması ilə əlaqədar münasibət bildirməmişdirlər. Qeyd edilməlidir ki, mülki qanunvericiliyə görə iddia müddəti cavabdeh tərəfin müdafiə vasitələrindən biridir və bu müdafiə vasitəsinin qətbiqi yalnız əsaslı iddia tələblərinə münasibətdə mümkündür. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı). Cavabdehlərin hazırkı tələbə iddia müddətinin tətbiq edilməsi barədə ərizələrinə hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, hazırkı tələbə iddia müddətinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Ona görə ki, tərəflər arasında müqavilə münasibətləri 2022-ci ilin iyun ayında yaranmış, hazırki iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Mülki qanunvericilikdə müqavilələrlə bağlı iddia müddətinin 3 il olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh tərəfin iddia müddətinin tətbiqi barədə ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Belə olduğu təqdirdə, məhkəmə cavabdehlər tərəfindən iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə ərizələrini iddia tələbinin əsaslı olmasına dəlalət edən hal kimi qiymətləndirir. Belə ki, artıq qeyd edildiyi kimi, iddia müddəti yalnız əsaslı tələblərə qarşı tətbiq edilə bilər və cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə ərizəni verməklə, eyni zamanda iddianın əsaslılığı ilə də razılaşmış olur.
15. Məhkəmə qeyd edir ki, iddia tələbi cavabdehlərdən tələb edilən ödənilmiş 131 manat məbləğində dövlət rüsumunun və 300 manat məbləğində hüquqi yardım pulunun tutulması hissəsində də əsaslıdır.
16. Məhkəmə qeyd edir ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 207 nömrəli “Hüquqi yardım göstərilməsi haqqında Müqavilə”nin surətindən və mədaxil qəbzindən görünür ki, İddiaçı və vəkili Nümayəndə arasında göstəriləcək hüquqi qiymətin dəyəri 300 manat razılaşdırılmış və həmin məbləğ İddiaçı tərəfindən ödənilmişdir. İşin həcmini, iş üzrə keçirilən məhkəmə iclaslarının sayını nəzərə alaraq, məhkəmə hesab edir ki, tələb edilən məbləğ əsaslı və ağılabatandır. Eyni zamanda iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün 131 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
17. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 131 manat məbləğində dövlət rüsumu və hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş 300 manat məbləğində pul vəsaiti cavabdehlər Müslümov Həbı̇ b Müslüm oğlu, Cavabdeh2 Həbı̇ b oğlu və Müslümov Ası̇ m Alı̇ m oğlundan müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
18. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Müslümov Həbı̇ b Müslüm oğlu, Cavabdeh2 Həbı̇ b oğlu və Müslümov Ası̇ m Alı̇ m oğlundan müştərək qaydada 13500 (on üç min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli və iş üzrə ödənilmiş 131 manat məbləğində dövlət rüsumu və hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş 300 manat məbləğində pul vəsaiti cavabdehlər Müslümov Həbı̇ b Müslüm oğlu, Cavabdeh2 Həbı̇ b oğlu və Müslümov Ası̇ m Alı̇ m oğlundan müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir.
19. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi : İddia təmin edilsin. Cavabdehlər Müslümov Həbı̇ b Müslüm oğlu, Cavabdeh2 Həbı̇ b oğlu və Müslümov Ası̇ m Alı̇ m oğlundan müştərək qaydada 13500 (on üç min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 131 manat məbləğində dövlət rüsumu və hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş 300 manat məbləğində pul vəsaiti cavabdehlər Müslümov Həbı̇ b Müslüm oğlu, Cavabdeh2 Həbı̇ b oğlu və Müslümov Ası̇ m Alı̇ m oğlundan müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.