Məhkəmə qərarları › İş №e-2(010)-2868/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2868/2023

06.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2868/2023 06.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Mirzəyeva Ünsüyyət Hacımehdi qızı iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları:

1. Cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, 5 ədəd X1, İmei kodu **********39295 Samsung Galaxy A02s markalı telefon, İmei kodu **********14219 Samung Galaxy A01 Core markalı telefon, Celebrat qulaqlıq, Hp komputer, almış və nəticədə 3948 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2062,8 manat (18 ay x 114,6 manat + 0 manat ilkin ödəniş) olan 3 ədəd X1 üçün ümumilikdə, 1134 manat olmaqla ondan, 1031 manat ödənilməmiş hissə, 103 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 429,16 manat (18 ay x 10 manat + 23,3 manat ilkin ödəniş) olan İmei kodu **********39295 Samsung Galaxy A02s markalı telefon üçün ümumilikdə, 103 manat olmaqla ondan, 94 manat ödənilməmiş hissə, 9 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 298,8 manat (18 ay x 16,6 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********14219 Samung Galaxy A01 Core markalı telefon, Celebrat qulaqlıq üçün ümumilikdə, 90 manat olmaqla ondan, 82 manat ödənilməmiş hissə, 8 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3303 manat (18 ay x 183,5 manat + 0 manat ilkin ödəniş) olan Hp komputer üçün ümumilikdə, 1983 manat olmaqla ondan, 1803 manat ödənilməmiş hissə, 180 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 687,6 manat (18 ay x 38,2 manat + 0 manat ilkin ödəniş) olan X1 üçün ümumilikdə, 462 manat olmaqla ondan, 420 manat ödənilməmiş hissə, 42 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 638,4 manat (12 ay x 53,2 manat + 0 manat ilkin ödəniş) olan X1 üçün ümumilikdə, 176 manat olmaqla ondan, 160 manat ödənilməmiş hissə, 16 manat cərimə məbləğində borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3830 manat təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktlarından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır.

İddiaçının tələbi:

2. xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, 3 ədəd X1 üçün 1031 manat ödənilməmiş hissə, 103 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********39295 Samsung Galaxy A02s markalı telefon üçün 94 manat ödənilməmiş hissə, 9 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********14219 Samung Galaxy A01 Core markalı telefon, Celebrat qulaqlıq üçün 82 manat ödənilməmiş hissə, 8 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Hp komputer üçün 1803 manat ödənilməmiş hissə, 180 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, X1 üçün 420 manat ödənilməmiş hissə, 42 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, X1 üçün 160 manat ödənilməmiş hissə, 16 manat cərimə, ümumilikdə, 3948 manat borc və 59,48 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

3. Cavabdeh məlum olan ünvanı üzrə lazımı qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və iddiaçının tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir, lakin cavabdeh iddiaya dair etirazını məhkəməyə bildirməmişdir.

İş materialları.

4. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 2062,8 manat olan 3 ədəd X1 hər ay 114,6 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır.

5. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 429,16 manat olan İmei kodu **********39295 Samsung Galaxy A02s markalı telefon hər ay 10 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır.

6. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 298,8 manat olan İmei kodu **********14219 Samung Galaxy A01 Core markalı telefon, Celebrat qulaqlıq hər ay 16,6 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır.

7. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 3303 manat olan Hp komputer hər ay 183,5 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır.

8. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 687,6 manat olan X1 hər ay 38,2 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır.

9. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 638,4 manat olan X1 hər ay 53,2 manat ödəmək şərti ilə 12 ay müddətinə nisyə satılmışdır.

10. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəldən görünür ki, “alıcı” Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1031 manat ödənilməmiş hissə, 103 manat cərimə olmaqla – cəmi 1134 manat məbləğində borc; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 94 manat ödənilməmiş hissə, 9 manat cərimə olmaqla – cəmi 103 manat məbləğində borc; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 82 manat ödənilməmiş hissə, 8 manat cərimə olmaqla – cəmi 90 manat məbləğində borc; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1803 manat ödənilməmiş hissə, 180 manat cərimə olmaqla – cəmi 1983 manat məbləğində borc; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 420 manat ödənilməmiş hissə, 42 manat cərimə olmaqla – cəmi 462 manat məbləğində borc; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 160 manat ödənilməmiş hissə, 16 manat cərimə olmaqla – cəmi 176 manat məbləğində borc, ümumilikdə 3590 manat ödənilməmiş hissə, 358 manat cərimə olmaqla – cəmi 3948 manat məbləğində borcu vardır.

11. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcun ödənilməsi, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq olunmuşdur.

12. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəməyə ərizə verilərkən 59,48 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

Tətbiq edilən hüquq.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 465.2. Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

14. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

Məhkəmənin mövqeyi.

15. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.

16. Belə ki, məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, iddiaçı alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı Cavabdeh vermiş, lakin cavabdeh alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır.

17. Məhkəmə hesab edir ki, iddianın “xx.xx.2021-ci il tarixli müqavilə üzrə 103 manat məbləğində cərimə və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 180 manat məbləğində cərimənin tutulması” tələbinə aid hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq, cavabdehdən xx.xx.2021-ci il tarixli müqavilə üzrə 50 manat məbləğində və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 50 manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

18. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin, ümumilikdə 3765 manat borc "xxxx" MMC-nin xeyrinə tutulmalıdır.

Məhkəmə xərcləri.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

20. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

21. İddia təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 59,48 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə.

22. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1031 manat ödənilməmiş əsas məbləğ, 50 manat cərimə; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 94 manat ödənilməmiş əsas məbləğ, 9 manat cərimə; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 82 manat ödənilməmiş əsas məbləğ, 8 manat cərimə; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1803 manat ödənilməmiş əsas məbləğ, 50 manat cərimə; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 420 manat ödənilməmiş əsas məbləğ, 42 manat cərimə; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 160 manat ödənilməmiş əsas məbləğ, 16 manat cərimə olmaqla, cəmi 3765 manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 59,48 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməlidir.

23. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə,

qət etdi:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1031 manat ödənilməmiş hissə, 50 manat cərimə; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 94 manat ödənilməmiş hissə, 9 manat cərimə; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 82 manat ödənilməmiş hissə, 8 manat cərimə; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1803 manat ödənilməmiş hissə, 50 manat cərimə; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 420 manat ödənilməmiş hissə, 42 manat cərimə; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 160 manat ödənilməmiş hissə, 16 manat cərimə olmaqla, cəmi 3765 (üç min yeddi yüz altmış beş) manat məbləğində pul vəsaiti və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 59,48 (əlli doqquz manat qırx səkkiz qəpik) manat məbləğində pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar