Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2877/2023 29.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2, X1 vərəsəsi Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X3 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə nağd kredit üzrə 196,8 manat əsas borc olmaqla, ümumilikdə 196,8 manat borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, habelə 0,40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti daha sonra iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh əsas borc üzrə 146,8 manat olmaqla, ümumilikdə 146,8 manat borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, habelə 0,40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, "xxxx" ASC ilə X5 arasında xx.xx.2020-ci il tarixli BPM**********41 saylı kredit müqaviləsi bağlamışdır. Həmin Müqaviləyə əsasən bank borcluya illik 21 % olmaqla 20 ay müddətinə 1500 manat məbləğində nağd kredit vermişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 175917 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, borclu X5 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. 24 saylı Notariat ofisi tərəfindən verilmiş 187 nömrəli məktubdan müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2021-ci ildə Bakı şəhəri 24 saylı Notariat ofisi tərəfindən vərəsəlik işi açılmış və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın Suraxanı filialı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən X3 xx.xx.2023-cü ilədək Banka ödənilməmiş nağd kredit üzrə 196,8 manat əsas borcu qalmışdır. Cavabdeh mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Bundan əlavə cavabdeh iddiaçı tərəf məhkəməyə müraciət etdikdən sonra 100 manat ödəniş etmişdir. Həmin pulun 50 manat maliyyə arayışında öz əksini tapmış, digər 50 manat ödənilmiş pul vəsaiti isə maliyyə arayışında öz əksini tapmamışdır. Buna görə də iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul edir. Belə ki, X5 onun anasıdır və anası ilə "xxxx" ASC aralarında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsindən məlumatı olmamışdır. Mərhum anası X5 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bank tərəfindən məhkəməyə müraciət etdikdən sonra onun bu borc barəsində məlumatı olmuşdur. O həmin borcu hissə-hissə ödəmək niyyətindədir. Belə ki, xx.xx.2023-cü il tarixdə sonuncu dəfə 50 manat pul ödəmişdir. Onun hazırda cəmi 96 manat borcu mövcuddur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli BPM**********41 saylı kredit müqaviləsindən və Kredit Müqaviləsinə 1 nömrəli Əlavədən görünür ki, X4 illik 21 % olmaqla 20 ay müddətinə 1500 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışdan görünür ki, X3 146,8 manat əsas borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli Bakı şəhəri 24 saylı Notariat Ofisi tərəfindən Azərbaycan Beynəlxalq Bankına verilmiş məktubdan müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi oğlu-ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdehdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" ASC tərəfindən X3 vərəsəsi Cavabdeh yaranmış mövcud borcun ödənilməsi barədə xəbərdalıq edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİ 175917 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh X3 vərəsəsi hesab olunmuşdur və miras əmlak 4076 ABŞ dolları və 8846 ABŞ dollarıdır. İş materiallarına əlavə olunmuş qəbzdən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə X3 adından 50 manat kredit ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qusürlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdidrilmiş digər şərtləri pozmaqla icra edilməsi ) başa düşülür. Həmin məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Mülki Məcəllənin 1309-ci maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Həmin Məcəllənin 1313-cü maddəsinə əsasən tələblərin ödənilməsi zamanı miras qoyanın kreditorları vərəsənin kreditorları qarşısında üstünlüyə malikdirlər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********41 saylı kredit müqaviləsinə əsasən bank X4 illik 21 % olmaqla 20 ay müddətinə 1500 manat məbləğində kredit vermişdir. Kredit alan X5 xx.xx.2021-ci il tarixdə ölmüş və xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh X3 vərəsəsi hesab olunmuş və miras əmlak 4076 ABŞ dolları və 8846 ABŞ dollarıdır. İş üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti həmin məbləğdə pulu cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin sonuncu bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Sonuncu dəfə cavabdeh tərəfindən 50 manat kredit ödənişi həyata keçirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilədə nəzərdə tutulan öhdəlik lazımınca yerinə yetirilmədiyindən iddia qismən təmin edilməli, iş üzrə tələb olunan məbləğ Cavabdeh (146,8-50) 96.80 manat əsas borc və 30.40 manat dövlət rüsumu və bank xidmət xərci tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli BPM**********41 saylı kredit müqaviləsi üzrə 96.80 (doxsan altı manat, səksən qəpik) manat əsas borc və 30.40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumu və bank xidmət xərci tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №e-2(010)-2877/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2877/2023
29.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver