Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2881/2023 06.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul tələbi» barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, HUAWEİ Matebook kompüter, Mouse Trust, çanta Canyon üçün 1767,12 manat ödənilməmiş hissə, 176,88 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İMEİ **********81866 SAMSUNG GALAXY A02 markalı telefon, Aksesuar AKAMİ CLEAR CASE üçün 406,98 manat ödənilməmiş hissə, 40,02 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən paltaryuyan Toshiba TW-BJ80S2GE(SK) üçün 399,5 manat ödənilməmiş hissə, 39,5 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ **********71069 SAMSUNG GALAXY A03S markalı telefon üçün 330,5 manat ödənilməmiş hissə, 33,5 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ **********58744 XİAOMİ REDMİ 9 markalı telefon üçün 106 manat ödənilməmiş hissə, 10 manat cərimə borcu, ümumilikdə 3310 manat borcun və 53,10 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il müqavilələsinə əsasən, HUAWEİ Matebook kompüter, Mouse Trust, çanta Canyon, İMEİ **********81866 SAMSUNG GALAXY A02 markalı telefon, Aksesuar AKAMİ CLEAR CASE, paltaryuyan Toshiba TW-BJ80S2GE(SK), İMEİ **********71069 SAMSUNG GALAXY A03S markalı telefon və İMEİ **********58744 XİAOMİ REDMİ 9 markalı telefon almış və nəticədə 3310 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2121,12 manat olan HUAWEİ Matebook kompüter, Mouse Trust və çanta Canyon üçün 1767,12 manat ödənilməmiş hissə, 176,88 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 406,98 manat olan İMEİ **********81866 SAMSUNG GALAXY A02 markalı telefon və Aksesuar AKAMİ CLEAR CASE üçün 406,98 manat ödənilməmiş hissə, 40,02 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1200,6 manat olan paltaryuyan Toshiba TW-BJ80S2GE(SK) üçün 399,5 manat ödənilməmiş hissə, 39,5 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 495 manat olan İMEİ **********71069 SAMSUNG GALAXY A03S markalı telefon üçün 330,5 manat ödənilməmiş hissə, 33,5 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 532,5 manat olan İMEİ **********58744 XİAOMİ REDMİ 9 markalı telefon üçün 106 manat ödənilməmiş hissə, 10 manat cərimə miqdarında borc hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1746,1 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələnin ayrılmaz tərkib hissəsi olan Əşyanın təhvil-təhsil aktında qeyd olunduğu kimi, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Tərəflər arasında olan telefon danışığı, həmçinin iddiaçı tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunmasını, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ******* saylı Müqaviləyə əsasən "xxxx" MMC cavabdehə 18 ay müddətinə hər ay 117,84 manat ödəməklə, cəmi qiyməti 2121,12 manat olan HUAWEİ Matebook kompüter, Mouse Trust, çanta Canyon, xx.xx.2021-ci il tarixli 22325329 saylı Müqaviləyə əsasən 15 ay müddətinə hər ay 35,5 manat ödəməklə cəmi qiyməti 532,5 manat olan İMEİ **********58744 XİAOMİ REDMİ 9 markalı telefon, xx.xx.2021-ci il tarixli 22325417 saylı Müqaviləyə əsasən 18 ay müddətində hər ay 66,7 manat ödəməklə cəmi qiyməti 1200,6 manat olan paltaryuyan Toshiba TW-BJ80S2GE(SK), xx.xx.2022-ci il tarxili 03681297 saylı Müqaviləyə əsasən 18 ay müddətinə hər ay 22,61 manat ödəməklə cəmi qiyməti 406,98 manat olan İMEİ **********81866 SAMSUNG GALAXY A02 markalı telefon və Aksesuar AKAMİ CLEAR CASE və xx.xx.2021-ci il tarixli ******* saylı Müqaviləyə əsasən 18 ay müddətinə hər ay 27,5 manat ödəməklə, cəmi qiyməti 495 manat olan İMEİ **********71069 SAMSUNG GALAXY A03S markalı telefon satmış, Cavabdeh isə oları qəbul edib avadanlıqların qiymətini "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli Müqavilələrə əsasən Cavabdeh "xxxx" MMC-yə 3010,1 manat ödənilməmiş məbləğ, 299,9 manat cərimə borcu olmaqla, cəmi 3310 manat məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubdan görünür ki, "xxxx" MMC Cavabdeh yaranmış mövcud borcun ödənilməsinə dair xəbərdarlıq etmişdir. İş materiallarına əlavə edilmiş DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1.-ci maddəsinin tələbinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən avadanlıqlar almış və nəticədə borc yaranmışdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan nisyə mal almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında əşyanın dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan əşyanı almasına dair hüququndan istifadə etmiş, əşyanın dəyərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, mövcud iddia əsaslıdır. Buna görə də, iddia təmin edilməlidir. Məhkəmə həmçinin iddianın dövlət rüsumunun cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməs(lər)i nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdeh(lər)dən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdeh(lər)ə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tuturaq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli 03681297 saylı, xx.xx.2021-ci il tarixli 22325329 saylı, xx.xx.2021-ci il tarixli 22325417 saylı və xx.xx.2021ci il tarixli ******* saylı müqavilələri üzrə 3010,1 manat ödənilməmiş məbləğ, 299,9 manat cərimə borcu olmaqla, cəmi 3310 (üç min üç yüz on) manat borc və 53,10 (əlli üç manat, on qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Leyla Talıbova
Məhkəmə qərarları › İş №e-2(010)-2881/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2881/2023
06.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver