Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-2917/2023 04.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı borcun qaytarılması, çəkilmiş xərc qismində pul tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı borcun qaytarılması, çəkilmiş xərc qismində pul tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən borc verdiyi 222.000 manat, həmin evin sonradan cavabdeh tərəfindən ləğv etdirilmiş icra qeydi əsasında hərracda əldə etməyi ilə bağlı xərclədiyi 3795 manat pul, 5 faiz dərəcəsi ilə 4 il 7 ay gecikdirilmiş borc məbləğinə görə 49.900 manat faiz məbləğinin və dövlət rüsumu olaraq ödədiyi 561 manat və hüquqi yardıma görə ödədiyi 100 manat olmaqla cəmi 276.356 manat pulun onun xeyrinə tutulması və tutmanın cavabdehin mülkiyyətində olan və xeyrinə ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 217.5 kv.m olan 0.07 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil3 ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və ona əlavə olunan sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinin geri qaytarılmasına etirazının olmadığını bildirdi. Məhkəmə cavabdeh tərəfi dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Məhkəmə iddiaçı tərəfin iddia ərizəsinin geri qaytarılması barədə ərizəsini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi ona əlavə olunan sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh qarşı borcun qaytarılması, çəkilmiş xərc qismində pul tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İş üzrə ödənilmiş 565.70 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №e-2(010)-2917/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-2917/2023
04.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver