Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-293/2024 29.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X4 qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdeh Topçı̇ başyeva Sevı̇ nc Adı̇ l qızının iştirakları ilə, İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) cavabdeh Topçı̇ başyeva Sevı̇ nc Adı̇ l qızına qarşı "vurulmuş maddi ziyanın ödənilməsi" tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları
1. İddiaçı MMC ilə Topçı̇ başyeva Sevı̇ nc Adı̇ l qızı arasında 1 il müddətinə bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsindən görünür ki, tərəflər arasında əmək münasibətləri yaranmış, müqavilənin 5.1-ci maddəsinə əsasən tərəflərdən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır.
2. xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Topçı̇ başyeva Sevı̇ nc Adı̇ l qızı öz xahişi ilə xx.xx.2023-cü il tarixdən tutduğu vəzifədən azad edilməsi ilə bağlı İddiaçı MMC-nin direktoru X1 müraciət etmiş və həmin tarixli Əmrlə Topçı̇ başyeva Sevı̇ nc Adı̇ l qızının İddiaçı MMC ilə bağladığı xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndi ilə - tərəflərdən birinin təşəbbüsü ilə xitam verilmişdir.
3. xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, Topçı̇ başyeva Sevı̇ nc Adı̇ l qızına 4773 manat məbləğində maddi ziyanın ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
4. Bakı 2 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışından görünür ki, tərəflər razılığa gələ bilməmişlər.
5. xx.xx.2023 və xx.xx.2023-cü il tarixli mədaxil qəbzlərindən görünür ki, iddiaçı tərəfindən mediasiya orqanına və məhkəməyə müraciət edilərkən, 60 manat və 10 manat olmaqla, ümumilikdə 70 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
6. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq Bakı şəhəri Nəsimi RPİ-nin 21ci PB-dən göndərilmiş HK-1-677 saylı materiallarda olan xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, vətəndaş X1 müraciəti əsasında aparılmış araşdırma zamanı Azərbaycan Respublikası CPM-in 39.1.2; 86; 207.5.2 və 212.1 maddələrinə əsasən toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanılması rədd edilməsi, bununla yanaşı X1 etmiş olduğu şikayəti ilə bağlı mülki qaydada məhkəmə orqanlarına müraciət etməsi izah edilmişdir.
7. Araşdırma zamanı izahatı alınmış X2 izahat verərək, sonuncu xx.xx.2023-cü il tarixində ona məxsus ‘Veutiful” MMC-dən işdən azad olunmuş Tobçubaşyeva Sevinc Adil qızının şirkətinə qarşı dələduzluq edərək, 4773 manat pulu ələ keçirməsini aşkar etməsini qeyd etmişdir. Belə ki, Sevincin işlədiyi zaman şirkətə 4773 manat borcu yaranmışdır. Lakin müxtəlif bəhanələr gətirərək pulu verməkdən yayınmışdır.
8. Araşdırma zamanı izahatı alınmış Tobçibaşyeva Sevinc Adil qızı izahat verərək bildirmişdir ki, şirkətdə işlədiyi zaman satmış olduğu kosmetoloji məhsullara görə həkimlərin 1886 azn borcu vardır. Barəsində qeyd edilənlərin düzgün olmadığını, sadəcə 500 manat borcunun olduğunu bildirmişdir. Bununla yanaşı o, şirkətdə yalnız satılan malların faizinə işləmişdir. İndi işsizdir deyə, pulu imkan daxilində hissə-hissə vermək istədiyini qeyd etmişdir.
İşin mübahisəsiz halları
9. İddiaçı MMC ilə Topçı̇ başyeva Sevı̇ nc Adı̇ l qızı arasında xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin bağlanması və xx.xx.2023-cü il tarixli Əmrə əsasən Topçı̇ başyeva Sevı̇ nc Adı̇ l qızının İddiaçı MMC ilə bağladığı xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə Topçı̇ başyeva Sevı̇ nc Adı̇ l qızının təşəbbüsü ilə xitam verilməsi işin mübahisəsiz hallarıdır.
İddia tələbi
10. İddiaçı MMC cavabdeh Topçı̇ başyeva Sevı̇ nc Adı̇ l qızına qarşı "vurulmuş maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırkı iddia tələbi üzrə 4773 (dörd min yeddi yüz yetmiş üç) manat məbləğində maddi ziyanın, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 60 (altmış) manat məbləğində mediasiyaya dair xərcin, 10 (on) manat məbləğində dövlət rüsumunun, ümumilikdə 4843 (dört min səkkiz yüz qırx üç) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları
11. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 01 oktyabr 2022-cu il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh İddiaçı MMC-yə satış təmsilçisi vəzifəsinə işə götürülmüşdür. 05 yanvar 2023-cü il tarixdə öz arzusu ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən işdən çıxarılmışdır. Onun müqaviləsinə xitam verilmədən əvvəl də bu hadisənin olması barədə şübhələr yaranmış və müəyyən müddət sonra məsələ tamamilə aydınlaşmışdır. Cavabdeh malları, yəni kosmetik məhsulları qəbz ilə qəbul edib kosmetoloqlara verir, daha sonra isə pullarını yığır. Cavabdehdən başqa bir neçə şəxs də bu pulları yığaraq öz ehtiyacları üçün istifadə ediblər. Qəzblərə əsasən hesabladıqda cavabdehin 2700 manat borc olduğu müəyyən edilir. Cavabdehin dediyi 500 manat öz aralarında olan məsələdir, çünki ödəniş qəbzlə edilir. Əgər cavabdeh 500 manat ödədiyini sübut edərsə, həmin məbləği oradan çıxa bilərlər. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
12. Məhkəmə iclasında cavabdeh Topçı̇ başyeva Sevı̇ nc Adı̇ l qızı iddia tələbini qəbul etməyərək bildirdi ki, o, 2022-ci ilin sentyabr ayında işə düzəlmiş, dekabrda isə işdən çıxacağını bildirmişlər. Yeni ildə isə kosmetoloqlara verdiyi açılmamış paketləri götürüb geri təhvil vermiş, qalan məhsulları isə yazıb qeyd etmişdir. Həkimlərdə qalan məhsulları isə yazıb şirkətdəki qızlara vermiş və onun heç bir borcu qalmamışdır. O, 21-ci polis bölməsində izahat vermiş, Nizami adlı şəxsə şirkətə pul ödəməsi üçün 500 manat pul vermişdir. Nizami isə ona heç bir problem olmadığını və getməyini bildirmişdir. Çünki o, Nizami bəyə 500 manatı verəndə o, Bəxtiyar bəyə zəng etmiş və Bəxtiyar bəy isə onu görmək istəmədiyini bildirmişdir. Nizami bəyə rəsmi qaydada pulu vermədiyi üçün borclu olduğu 500 manatın ödənilməsi ilə bağlı heç bir sübut təqdim edə bilmir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
14. Azərbaycan Respublikası Əmək Məcəlləsi
Maddə 191. İşəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti
1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Maddə 192. Maddi məsuliyyətin başlanması və onu sübut etmək şərtləri
1. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır.
2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Maddə 194. Vurulan ziyanın ödənilməsinin təmin edilməsi şərtləri
1. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur.
2. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Maddə 199. İşçinin tam maddi məsuliyyəti İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda. Maddə 205. İşəgötürənə vurulan ziyanın məbləğinin işçidən tutulması qaydası
2. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Maddə 206. Vurulan ziyanın ödənilməsi üçün hakimin prosessual tədbirləri
1. Məhkəmə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq müəyyən olunmuş ziyanın məbləğini azalda və ya ziyanın məbləğinin azaldılması barədə tərəflərin barışıq sazişini təsdiq edə bilər.
2. Əgər tərəflərdən birinə ziyanın vurulması ilə istər işçinin, istərsə də işəgötürənin hərəkət və ya hərəkətsizliyi nəticəsində cinayət tərkibi yaranmışdırsa, onda məhkəmə cinayət işi başlayaraq qanunvericiliklə müəyyən olunmuş qaydada istintaqın aparılmasının və ziyanın ödənilməsinin təmin olunması üçün müvafiq prosessual tədbirlər görür.
15. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı iş üzrə” 26 iyul 2007-ci il tarixli qərarı
Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).
16. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarı
Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi
18. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, proses iştirakçılarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
19. Belə ki, işin məhkəmə tərəfindən araşdırılmış hallarından müəyyən olunur ki, İddiaçı MMC ilə Topçı̇ başyeva Sevı̇ nc Adı̇ l qızı arasında xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanılmaqla, tərəflər arasında əmək münasibətləri yaranmış, müqavilənin 5.1-ci maddəsinə əsasən tərəflərdən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşımaq öhdəliyi götürmüşdür. Topçı̇ başyeva Sevı̇ nc Adı̇ l qızı öz xahişi ilə xx.xx.2023-cü il tarixdən tutduğu vəzifədən azad edilməsi ilə bağlı İddiaçı MMC-nin direktoru X1 müraciət etmiş və həmin tarixli Əmrlə Topçı̇ başyeva Sevı̇ nc Adı̇ l qızının İddiaçı MMC ilə bağladığı xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndi ilə - tərəflərdən birinin təşəbbüsü ilə xitam verilmişdir. İddiaçı tərəfin bildirdiyinə görə tərəflər arasında olan əmək müqaviləsinə xitam verildikdən sonra Topçı̇ başyeva Sevı̇ nc Adı̇ l qızı tərəfindən İddiaçı MMC-yə maddi ziyan vurulduğu müəyyən olunduğu üçün Cəmiyyətin direktoru X2 tərəfindən polisə müraciət edilmiş və araşdırma zamanı Azərbaycan Respublikası CPM-in 39.1.2; 86; 207.5.2 və 212.1 maddələrinə əsasən toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanılması rədd edilməsi qərara alınmışdır. Araşdırma zamanı X2 izahat verərək, Tobçubaşyeva Sevinc Adil qızının şirkətinə qarşı dələduzluq edərək, 4773 manat pulu ələ keçirməsini aşkar etməsini qeyd etmiş. Tobçibaşyeva Sevinc Adil qızı isə izahatında şirkətdə işlədiyi zaman satmış olduğu kosmetoloji məhsullara görə 500 azn borcu olduğunu, barəsində qeyd edilənlərin düzgün olmadığını və şirkətdə yalnız satılan malların faizinə işlədiyini bildirmişdir.
20. İddiaçı tərəf cavabdehdən 4773 manat maddi ziyanın tutulmasını tələb etsə də, məhkəmə iclasları zamanı 2700 manat borcunun olduğunu bildirmiş, cavabdeh isə yalnız 500 manat borcunun qaldığını və həmin 500 manatı da Nizami adlı şəxsə verdiyini bildirmişdir. Lakin nə iddiaçı, nə də ki, cavabdeh tərəf iddia etdiklərini sübut edə bilməmiş və məhkəməyə bununla bağlı sübut təqdim edə bilməmişlər. Belə ki, iddiaçı tərəfin izahatından görünür ki, ilk öncə Cəmiyyətə 4773 manat maddi ziyan vurulduğunu bildirsə də, sonradan hesablamalara əsasən 2700 manat maddi ziyan vurulduğunu bildirmiş və bu səbəbdən də məhkəmə tərəfindən ziyanın həqiqi məbləğinin müəyyən edilməsi məqsədilə ekspertiza keçirilməsi qərara alınmışdır. Lakin ekspert tərəfindən zəruri materialların tələb olunması barədə vəsatət verilsə də, iddiaçı tərəf bütün lazımi sənədləri təqdim etdiyini bildirərək, heç bir sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Göründüyü kimi iddiaçı tərəfindən zəruri tədqiqat predmetləri ekspertə təqdim edilmədiyindən məhkəmə bunu ekspertizanın keçirilməsinə mane kimi qiymətləndirir, çünki iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasları zamanı təqdim edilmiş sənədlər əsasında cavabdehin ümumiyyətlə borcunun olubolmaması, olduğu təqdirdə isə nə qədər borcunun olması müəyyən edilə bilmir. İddiaçı tərəfindən təqdim edilmiş hesabatın araşdırılması isə zəruri bilik tələb etdiyindən, məhkəmə tərəfindən həmin sənədi incələməklə borcun olub-olmadığı və ya hansı miqdarda olduğu müəyyən edilə bilmir. Cavabdeh isə həm polisdə verdiyi izahatında, həm də məhkəmə icasında 500 manat borcunun olduğunu etiraf etmişdir. Məhkəmə iclasında cavabdeh həmin borcu qaytardığını bildirsə də, dediklərini təsdiq edəcək qəbz, çek və s. digər sənəd təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə iddia tələbinin yalnız həmin hissədə təmin edilməsini mümkün hesab edir.
Məhkəmə xərcləri
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
22. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. Məhkəmə hesab edir ki, iddia qismən edildiyi üçün iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 7 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 63 manat hissəsi iddiaçının özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə
24. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Topçı̇ başyeva Sevı̇ nc Adı̇ l qızından 500 manat məbləğində pul iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir.
25. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh Topçı̇ başyeva Sevı̇ nc Adı̇ l qızından 500 (beş yüz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. İddia qismən edildiyi üçün iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 7 (yeddi) manat məbləğində pul cavabdeh Topçı̇ başyeva Sevı̇ nc Adı̇ l qızından İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 63 (altmış üç) manat hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.