Məhkəmə qərarları › İş №e-2(010)-2933/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2933/2023

18.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2933/2023 18.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Qulı̇ yev Etı̇ bar Aydın oğlundan xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 1569.9 manat əsas borc, 470.9 manat cərimə borcu olmaqla cəmi 2040.8 manat, xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 1749.9 manat əsas borc, 524.9 manat cərimə borcu olmaqla cəmi 2274.8 manat, xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 1159.9 əsas borc, 347.9 manat cərimə olmaqa cəmi 1507.8 manat, xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 1749.9 manat əsas borc, 524.9 manat cərimə borcu olmaqla cəmi 2274.8 manat, 4 müqavilə üzrə cəmi 8098.2 manat borc və iş üzrə ödənilmiş 100.98 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. İddiaçı iddia tələbini onunla əsaslandırır ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, ********* saylı, xx.xx.2022-ci il tarixli, ********* saylı, xx.xx.2022-ci il tarixli, ********* saylı və xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqavilələri imzalanmışdır. İddiaçı "xxxx" MMC müqavilə üzrə öhdəliyini lazımi qaydada yerinə yetirsə də, lakin cavabdeh qeyd olunan müqavilələr üzrə öz öhdəliyini yerinə yetirməmiş və müqavilə şərtlərini pozmuşdur.

Tərəflərin izahatları

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbində qeyd olunanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında Cavabdeh əvvəlcə iddia tələbi ilə razı olmadığını bildirərək nisyə alqı-satqı müqavilələrindəki imzanın ona məxsus olmadığını bildirsə də, lakin fasilədən sonra öz izahatında həmin imzaların özünə aid olduğunu bildirdi.

İş materialları

5. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMCdən kredit yolu ilə ümumi dəyəri 1569.99 manat olan Samsung markalı soyuducu əldə etmiş və həmin məbləği aylıq ödəniş 131 manat olmaqla 12 ay müddətində ödəməyi öz öhdəsinə götürmüşdür.

6. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMCdən kredit yolu ilə ümumi dəyəri 1749.90 manat olan Samsung markalı televizor əldə etmiş və həmin məbləği aylıq ödəniş 146 manat olmaqla 12 ay müddətində ödəməyi öz öhdəsinə götürmüşdür.

7. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMCdən kredit yolu ilə ümumi dəyəri 1159.90 manat olan Samsung markalı paltaryuyan əldə etmiş və həmin məbləği aylıq ödəniş 97 manat olmaqla 12 ay müddətində ödəməyi öz öhdəsinə götürmüşdür.

8. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMCdən kredit yolu ilə ümumi dəyəri 1749.90 manat olan Samsung markalı televizor əldə etmiş və həmin məbləği aylıq ödəniş 146 manat olmaqla 12 ay müddətində ödəməyi öz öhdəsinə götürmüşdür.

9. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1569.9 manat əsas borc və 4709 manat cərimə borcu olmaqla cəmi 6278.90 manat borcu vardır.

10. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1749.9 manat əsas borc və 5249 manat cərimə borcu olmaqla cəmi 6998.90 manat borcu vardır.

11. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1159.9 manat əsas borc və 3479 manat cərimə borcu olmaqla cəmi 4638.90 manat borcu vardır.

12. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1749.9 manat əsas borc və 5249 manat cərimə borcu olmaqla cəmi 6998.90 manat borcu vardır.

13. İş materiallarına əlavə edilmiş xəbərdarlıq məktubundan görünür ki, hər dörd müqavilə üzrə borc məbləğinin ödənilməsi və əks təqdirdə məhkəməyə müraciət edilməsi ilə bağlı Cavabdeh xəbərdarlıq edilmişdir.

İşin faktiki halları

14. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, ********* saylı, xx.xx.2022-ci il tarixli, ********* saylı, xx.xx.2022-ci il tarixli, ********* saylı və xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqavilələri bağlanmış və iddiaçı tərəfindən cavabdehə həmin 4 müqavilə üzrə nəzərdə tutulan məhsullar təqdim edilmiş və cavabdeh həmin məhsulların dəyərini ödəniş qrafikinə uyğun ödəməyi öhdəsinə götürmüşdür. Hazırki iddia tələbində iddiaçı cavabdehin öz öhdəliyini lazımi qaydada icra etmədiyini bildirərək qeyd olunan borc məbləğinin tutulmasını tələb edir. Cavabdeh tərəf əvvəlcə iddia tələbi ilə razı olmasa da, lakin fasilədən sonra öz izahatında iddia tələbi ilə razı olduğunu bildirmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 422. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

Məhkəmənin mövqeyi

16. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

17. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı nisyə alqı-satqı müqavilələri üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilələrdə nəzərdə tutulan məhsulları cavabdehə vermişdir. Cavabdeh isə 4 müqavilə üzrə borclu olduğu məbləği ödəniş qrafikinə uyğun ödəməyi öhdəsinə götürsə də, lakin həmin öhdəliyi lazımi qaydada icra etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən həmin müqavilələr üzrə borc məbləğini tələb etməkdə haqlıdır.

18. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən tələb olunan xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 1569.9 manat əsas borc, xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 1749.9 manat əsas borc, xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 1159.9 əsas borc və xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 1749.9 manat əsas borc məbləğinə münasibətdə tam əsaslıdır.

19. Məhkəmə qeyd edir ki, iddia tələbi cavabdehdən tələb olunan xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 470.9 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 524.9 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 347.9 manat cərimə və xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 524.9 manat cərimə borcuna münasibətdə qismən əsaslıdır. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə əsas borca münasibətdə yüksək olmasını nəzərə alaraq hesab edir ki, dəbbə pulu (penya) azaldılmalı və xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 100 manat, xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 100 manat, xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 50 manat və xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 100 manat həddində müəyyən edilməlidir.

Məhkəmə xərcləri

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

21. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 100.98 manat dövlət rüsumunun 85.79 manat hissəsi cavabdehdən tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

23. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Qulı̇ yev Etı̇ bar Aydın oğlundan xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 1569.9 manat əsas borc, 100 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 1749.9 manat əsas borc, 100 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 1159.9 əsas borc, 50 manat cərimə, xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 1749.9 manat əsas borc, 100 manat cərimə borcu olmaqla 4 müqavilə üzrə cəmi 6579.6 manat və iş üzrə ödənilmiş 100.98 manat dövlət rüsumunun 85.79 manat hissəsi tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir.

24. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Qulı̇ yev Etı̇ bar Aydın oğlundan xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 1569.9 manat əsas borc, 100 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 1749.9 manat əsas borc, 100 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 1159.9 əsas borc, 50 manat cərimə, xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 1749.9 manat əsas borc, 100 manat cərimə borcu olmaqla 4 müqavilə üzrə cəmi 6579.6 manat və iş üzrə ödənilmiş 100.98 manat dövlət rüsumunun 85.79 manat hissəsi tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar