Məhkəmə qərarları › İş №e-2(010)-2943/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-2943/2025

02.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-2943/2025 02.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızı, İddiaçı MMC-nin Cavabdeh Vladimorvnaya qarşı “pul” tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin Cavabdeh Vladimorvnaya qarşı “pul” tələbinə dair ərizə ilə müraciət edərək, Cavabdeh Vladimorvnadan borc müqaviləsinə (müqavilələrinə) əsasən 130 manat əsas borc, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi olan 160 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh Vladimorvnaya qarşı “pul” tələbinə dair e-2(010)-2943/2025 saylı mülki iş məhkəmənin icraatına qəbul edilməməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Suraxanı rayon Məhkəməsinin e-2(010)-2640/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə, İddiaçı MMC-nin Cavabdeh Vladimorvnaya qarşı “pul” tələbinə dair mülki işin icraatı mümkün hesab edilmişdir. Məhkəmənin icratında olan həmin iş üzrə predmet də – “pul” tələbindən ibarət olduğundan, eyni müqaviləyə istinad edildikdən (xx.xx.2019-cu il tarixli, 28K5647670 saylı), həmçinin tərəflər də (İddiaçı MMC; Cavabdeh Vladimorvna) eyni olduğundan, mülki işin məhkəmənin icraatına qəbul edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2-ci və 153.2.4-cü maddəsinə əsasən, hakim eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İş materiallarına əlavə edilmiş ********** nömrəli xx.xx.2025-ci il tarixli ödəniş qəbzinə əsasən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsində iddia qaldırmaq üçün İddiaçı MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Həmin Məcəllənin 114.1 və 114.1.2-ci maddələrinə əsasən, Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir (m. 114.2). Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh Vladimorvnaya qarşı “pul” tələbinə dair e-2(010)-2943/2025 saylı mülki iş üzrə iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh Vladimorvnaya qarşı “pul” tələbinə dair e-2(010)- 2943/2025 saylı mülki iş üzrə iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Ödəniş sistemində ********** nömrəli xx.xx.2025-ci il tarixli ödəniş qəbzi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsində iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu tam olaraq bu ödənişi həyata keçirən İddiaçı MMC-yə büdcədən geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar