Məhkəmə qərarları › İş №e-2(010)-2949/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2949/2025

07.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2949/2025 07.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh xx.xx.2023-cü il tarixli, KSK6532757 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 1620 manat, xx.xx.2023-cü il tarixli, KSK6532849 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 389 manat, xx.xx.2023-cü il tarixli, KSK6532983 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 2140 manat, xx.xx.2023-cü il tarixli, KSK6399077 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 2901 manat və xx.xx.2023-cü il tarixli, KSK6399145 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 110 manat olmaqla, cəmi 7160 manat məbləğində pul vəsaiti və ödənilmiş 92 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh İddiaçı MMC-dən xx.xx.2023-cü il tarixli, KSK6532757 nömrəli, xx.xx.2023-cü il tarixli, KSK6532849 nömrəli, xx.xx.2023-cü il tarixli, KSK6532983 nömrəli, xx.xx.2023-cü il tarixli, KSK6399077 nömrəli və xx.xx.2023-cü il tarixli, KSK6399145 nömrəli nisyə alğı-satqı müqavilələri əsasında ümumi dəyəri 10879 manat olan məişət avadanlıqları əldə etmişdir. Cavabdehin müqavilələr üzrə ödənişlər etdikdən sonra iddiaçıya 7160 manat əsas borcu qalmışdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, Cavabdeh qeyd olunan müqavilələr üzrə 7160 manat əsas borc və 92 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 7252 manat məbləğində pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir.

Tərəflərin izahatları.

3. İddiaçı MMC-nin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.

5. Belə olan halda, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

6. İddiaçı MMC (Şirkət) ilə Cavabdeh (Alıcı) arasında bağlanan xx.xx.2023-cü il tarixli, KSK6532849 saylı müqaviləyə əsasən, “Alıcı” “Şirkət”dən hissə-hissə ödəniş şərti ilə 876 manat məbləğində məişət avadanlığı əldə etmiş, ilkin ödəniş edilmədən qalan 876 manat məbləği 12 ay müddətinə aylıq 73 manat məbləğində olmaqla “Şirkət”ə ödəməyi öz öhdəsinə götürmüşdür.

7. xx.xx.2023-cü il tarixli, KSK6532849 nömrəli nisyə alğı-satqı müqaviləsinə əlavə olan təhvil-təslim aktından görünür ki, alıcı Cavabdeh müqavilədə göstərilən malı təhvil almış və bu barədə akta imza etmişdir.

8. İddiaçı MMC (Şirkət) ilə Cavabdeh (Alıcı) arasında bağlanan xx.xx.2023-cü il tarixli, KSK6532757 saylı müqaviləyə əsasən, “Alıcı” “Şirkət”dən hissə-hissə ödəniş şərti ilə 3270 manat məbləğində məişət avadanlığı əldə etmiş, 150 manat ilkin ödəniş edilməklə qalan 3120 manat məbləği 12 ay müddətinə aylıq 260 manat məbləğində olmaqla “Şirkət”ə ödəməyi öz öhdəsinə götürmüşdür.

9. xx.xx.2023-cü il tarixli, KSK6532757 nömrəli nisyə alğı-satqı müqaviləsinə əlavə olan təhvil-təslim aktından görünür ki, alıcı Cavabdeh müqavilədə göstərilən malı təhvil almış və bu barədə akta imza etmişdir.

10. İddiaçı MMC (Şirkət) ilə Cavabdeh (Alıcı) arasında bağlanan xx.xx.2023-cü il tarixli, KSK6532983 saylı müqaviləyə əsasən, “Alıcı” “Şirkət”dən hissə-hissə ödəniş şərti ilə 2603 manat məbləğində məişət avadanlığı əldə etmiş, 03 manat ilkin ödəniş edilməklə qalan 2600 manat məbləği 20 ay müddətinə aylıq 130 manat məbləğində olmaqla “Şirkət”ə ödəməyi öz öhdəsinə götürmüşdür.

11. xx.xx.2023-cü il tarixli, KSK6532983 nömrəli nisyə alğı-satqı müqaviləsinə əlavə olan təhvil-təslim aktından görünür ki, alıcı Cavabdeh müqavilədə göstərilən malı təhvil almış və bu barədə akta imza etmişdir.

12. İddiaçı MMC (Şirkət) ilə Cavabdeh (Alıcı) arasında bağlanan xx.xx.2023-cü il tarixli, KSK6399077 saylı müqaviləyə əsasən, “Alıcı” “Şirkət”dən hissə-hissə ödəniş şərti ilə 3910 manat məbləğində məişət avadanlığı əldə etmiş, 454 manat ilkin ödəniş edilməklə qalan 3456 manat məbləği 12 ay müddətinə aylıq 288 manat məbləğində olmaqla “Şirkət”ə ödəməyi öz öhdəsinə götürmüşdür.

13. xx.xx.2023-cü il tarixli, KSK6399077 nömrəli nisyə alğı-satqı müqaviləsinə əlavə olan təhvil-təslim aktından görünür ki, alıcı Cavabdeh müqavilədə göstərilən malı təhvil almış və bu barədə akta imza etmişdir.

14. İddiaçı MMC (Şirkət) ilə Cavabdeh (Alıcı) arasında bağlanan xx.xx.2023-cü il tarixli, KSK6399145 saylı müqaviləyə əsasən, “Alıcı” “Şirkət”dən hissə-hissə ödəniş şərti ilə 220 manat məbləğində məişət avadanlığı əldə etmiş, ilkin ödəniş edilmədən qalan 220 manat məbləği 10 ay müddətinə aylıq 22 manat məbləğində olmaqla “Şirkət”ə ödəməyi öz öhdəsinə götürmüşdür.

15. xx.xx.2023-cü il tarixli, KSK6399145 nömrəli nisyə alğı-satqı müqaviləsinə əlavə olan təhvil-təslim aktından görünür ki, alıcı Cavabdeh müqavilədə göstərilən malı təhvil almış və bu barədə akta imza etmişdir

16. xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixli, KSK6532757 nömrəli, xx.xx.2023-cü il tarixli, KSK6532849 nömrəli, xx.xx.2023-cü il tarixli, KSK6532983 nömrəli, xx.xx.2023-cü il tarixli, KSK6399077 nömrəli və xx.xx.2023-cü il tarixli, KSK6399145 nömrəli nisyə alğı-satqı müqavilələri müqavilələr üzrə yaranmış borc məbləği barədə məlumat verilmiş, həmin borcun 3 (üç) iş günü müddətində ödənilmədiyi təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

17. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, KSK6532757 nömrəli, xx.xx.2023-cü il tarixli, KSK6532849 nömrəli, xx.xx.2023-cü il tarixli, KSK6532983 nömrəli, xx.xx.2023-cü il tarixli, KSK6399077 nömrəli və xx.xx.2023cü il tarixli, KSK6399145 nömrəli nisyə alğı-satqı müqavilələri üzrə İddiaçı MMC-yə ümumilikdə 7160 manat məbləğində borcu vardır.

İşin faktiki halları.

18. Tərəflər arasında xx.xx.2023-cü il tarixli, KSK6532757 nömrəli, xx.xx.2023-cü il tarixli, KSK6532849 nömrəli, xx.xx.2023-cü il tarixli, KSK6532983 nömrəli, xx.xx.2023-cü il tarixli, KSK6399077 nömrəli və xx.xx.2023-cü il tarixli, KSK6399145 nömrəli nisyə alğısatqı müqavilələri bağlanmışdır. İddiaçı MMC müqavilələr üzrə öz üzərinə götürdüyü malların verilməsindən irəli gələn öhdəliyini lazımı qaydada yerinə yetirmiş, lakin cavabdeh dövri olaraq ödəməli olduğu ödənişləri vaxtında və lazımı qaydada icra etməyərək müqavilə üzrə öz üzərinə müəyyən edilmiş vəzifələri yerinə yetirməmişdir.

19. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, KSK6532757 nömrəli, xx.xx.2023-cü il tarixli, KSK6532849 nömrəli, xx.xx.2023-cü il tarixli, KSK6532983 nömrəli, xx.xx.2023-cü il tarixli, KSK6399077 nömrəli və xx.xx.2023cü il tarixli, KSK6399145 nömrəli nisyə alğı-satqı müqavilələri üzrə İddiaçı MMC-yə ümumilikdə 7160 manat məbləğində borcu vardır.

Tətbiq edilən hüquq.

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 567. Alğı-satqı müqaviləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 597. Satılan əşyanın qiyməti. 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601. Əşyanın hissə-hissə ödənilməsi. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

22. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi.

Məhkəmənin mövqeyi

23. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı ilə aralarında bağlanmış nisyə alğı-satqı müqavilələrinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı həmin müqavilələr üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı bağlanmış alğı-satqı müqavilələrinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən malları borcluya vermişdir. Borclu isə alğı-satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Odur ki, cavabdehdən beş alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 7160 manat məbləğində pul tutularaq iddiaçıya verilməlidir.

Məhkəmə xərcləri.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

25. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı qanunla nəzərdə tutulmuş dövlət rüsumunu düzgün ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 92 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

26. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 7160 manat məbləğində pul və ödənilmiş 92 manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır.

27. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 222-ci, 284-1-284-6, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, KSK6532757 nömrəli, xx.xx.2023-cü il tarixli, KSK6532849 nömrəli, xx.xx.2023-cü il tarixli, KSK6532983 nömrəli, xx.xx.2023-cü il tarixli, KSK6399077 nömrəli və xx.xx.2023-cü il tarixli, KSK6399145 nömrəli nisyə alğı-satqı müqavilələri üzrə 7160 (yeddi min yüz altmış) manat məbləğində pul vəsaiti və ödənilmiş 92 (doxsan iki) manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar