Məhkəmə qərarları › İş №e-2(010)-299/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-299/2023

03.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-299/2023 03.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh və üçüncü şəxs “AAAF İnşaat MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh əsas borc əsas borc üzrə 32817,74 manat, 4079,04 manat faiz borcu, əldən çıxmış fayda üçün 8204,43 manat, cəmi 45101,21 manat borcun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 225,30 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin MXD departamenti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2-xx.xx.2015-YS-AAAFAE nömrəli Kredit müqaviləsinə əsasən Cavabdeh 180 ay müddətinə illik 10 % dərəcəsi ilə hesablanmaqla, 36200 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminati kimi bankla "xxxx" MMC arasında xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Hazırda həmin müqavilələr üzrə müəyyən edilmiş öhdəliklər yerinə yetirilməmişdir. Hazırki iş üzrə cavabdeh olan Cavabdeh ilə cavabdeh “AAAF-İnşaat" MMC arasında xx.xx.2015-ci il tarixdə mənzilin alğı-satqı müqaviləsi bağlanmışdır. Bu müqavilə üzrə iddiaçı 4.100 manat ilkin ödəniş etmiş, habelə "xxxx" ASC ilə bağladığı eyni tarixli kredit müqaviləsi əsasında götürdüyü kreditlə bank vasitəsilə cavabdehə 36.200 manat ödəmişdir. "xxxx" MMC qeyd olunan müqavilənin şərtinə əməl etməyərək mənzili iddiaçıya təhvil verməmişdir. Buna görə də Cavabdeh "xxxx" MMC-yə və "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə qarşı “müqavilənin ləğv edilməsi və pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli mənzilin alğı-satqı müqaviləsi müqaviləsinin və iddiaçı ilə “Azərbaycan Beynəlxalq Bankı" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli daxili ipoteka krediti üçün 2-xx-xx-2015-YS- AAAF-AE saylı təminatlı kredit müqaviləsinin ləğv olunması, bu müqavilələrə əsasən onun "xxxx" MMC-yə evin alınması üçün ilkin ödəniş olaraq ödədiyi 4100 manat, "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə kredit müqaviləsinə əsasən ödədiyi 12070 manat pulun, kirayə haqqı olaraq ödədiyi 7750 manat pulun, ümumilikdə 23.920 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 05 aprel 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdehlər "xxxx" MMC-yə və "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə qarşı “müqavilənin ləğv edilməsi və pulun geri qaytarılması” tələbi rədd edilmişdir. Sumqayıt Apellyasıya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 05 aprel 2018-ci il tarixli qətnaməsi qismən ləğv edilmiş, iddiaçı Cavabdehlər "xxxx" MMC-yə və "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə qarşı “müqavilənin ləğv edilməsi və pulun geri qaytarılması” tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçı Cavabdeh ilə “AAAF-İnşaat" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli mənzilin alğı-satqı müqaviləsinin və iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli daxili ipoteka krediti üçün 2-xx-xx-2015-YS-AAAF-AE saylı təminatlı kredit müqaviləsinin ləğv olunması, bu müqavilələrə əsasən onun "xxxx" MMC-yə evin alınması üçün ilkin ödəniş olaraq ödədiyi 4100 manat, "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə kredit müqaviləsinə əsasən ödədiyi 12070 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun "xxxx" MMC-dən alınaraq iddiaçıya ödənilməsi qət edilmiş, iddiaçının cavabdehdən dəymiş maddi ziyana görə iddiaçının xeyrinə 7750 manat pulun tutulması hissəsində qətnamə dəyişdirilmədən saxlanılmışdır. Sözügedən qətnamədən cavabdeh "xxxx" MMC tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-545/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə cavabdeh "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh daha sonra "xxxx" MMC-yə qarşı bankın kredit müqaviləsi çərçivəsində tələb etdiyi pulun ona geri qaytarılması tələbi ilə yenidən məhkəməyə müraciət etmiş və Ali Məhkəmənin qərarı ilə 24130 manat pulun "xxxx" MMC-dən tutularaq ona ödənilməsi qərara alınmışdır. Qeyd olunan faktlardan göründüyü kimi hazırki iş üzrə Cavabdeh ilə "Azərbaycan Beynəlxalq Bankı” ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli daxili ipoteka krediti üçün 2-xx-xx-2015-YS-AAAF-AE saylı təminatlı kredit müqaviləsi ləğv olunsa da, cavabdehin hal-hazırda "Azərbaycan Beynəlxalq Bankı” ASCyə öhdəlik münasibətləri çərçivəsində borcu mövcuddur və bu borc indiki tarixədək cavabdeh tərəfindən geri qaytarılmamışdır. Cavabdeh əsas borc üzrə 32817.74 manat, kredit müqaviləsinin ləğv olunduğu, yəni xx.xx.2019-cu il tarixinə 4079.04 manat faiz borcu, əldən çıxmış faydaya görə 8204,43 manat, cəmi 45101.21 manat borc məbləği mövcuddur. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, Bankla onun arasında eyni mübahisə predmeti barəsində məhkəmələrin icraatında əvvəllər mülki işlər olmuş və qanuni qüvvəsini almış məhkəmə aktları mövcuddur. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə onunla "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi ləğv edilmiş, həmin qətnamədən cavabdehlərdən biri olan "xxxx" MMC tərəfindən verilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)-545/2019 saylı Qərarına əsasən təmin edilməmiş, qətnamə qüvvədə qalmışdır. "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti isə Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli 2(102)-4454/2019 saylı qərardadı ilə kassasiya baxışından çıxarılmışdır. Hazırda iddiaçı onun onlara "öhdəlik münasibətləri" çərçivəsində borcunun olduğunu bildirmişdir. Onunla "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)- 545/2019 saylı Qərarına əsasən ləğv edilmişdir. Buna qiymət verərək Ali Məhkəmənin hazırki mübahisə ilə bağlı digər xx.xx.2021-ci il tarixli 2(102)-6299/2021 saylı Qərarında da qeyd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Bankla iddiaçı arasnda bağlanmış müqaviləni ləğv edərkən nəzərə almamışdır ki, müqavilənin ləğv edilməsi ilə tərəflərin müqavilə üzrə öhdəliklərinə də xitam verilmişdir. Belə ki, "xxxx" ASC tərəfindən Cavabdeh verilmiş xx.xx.2022-ci il tarixli MXK-307 saylı arayışa əsasən, sonuncunun bankla bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcu məhkəmənin qərarına əsasən bankın əməliyyat sistemindən silinmiş olduğu və borcalanın həmin kredit müqaviləsi üzrə bankın qarşısında icra edilməmiş hər hansı öhdəliyinin mövcud olmaması təsdiq olunur. Göründüyü kimi, iddiaçı cavabdehin onun qarşısında heç bir icra edilməmiş öhdəliyinin olmamasını təsdiq etsə də, əsasız yerə ləğv olunmuş kredit müqaviləsi əsasında guya öhdəliklərin yaranmasına istinad edib kredit borcunun ödənilməsini tələb edir. Üstəlik tələb olunan rəqəmlər belə, iddiaçının bundan əvvəllər məhkəmələrə təqdim etdiyi maliyyə arayışlarında qeyd olunan rəqəmlərə uyğun gəlmir. Hazırda məhkəməyə təqdim olunan iddia ərizəsi, qanunvericilklə müəyyən edilmiş bütün iddia müddətlərinin ötürülməsi ilə verilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, Cavabdeh "xxxx" ASC ilə arasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank Cavabdeh 180 ay müddətinə illik 10 % dərəcəsi ilə hesablanmaqla, 36200 manat məbləğində kredit verilmişdir. Həmin iş üzrə iddia tələbi tam əsassız olmaqla yanaşı həmçinin tələb üzə iddia müddəti də ötürülmüşdür. Belə ki, borclu cavabdehin bank qarşısında öhdəlik münasibətləri çərçivəsində icra edilməmiş öhdəliyinin olmasını iddia edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Cavabdehlə Cavabdeh ilə bank arasında bağlanmış kredit müqaviləsi isə xx.xx.2015-ci il tarixdə bağlanmış, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarxili 2(105)-3185/2018 saylı qətnaməsi ilə ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)-545/2019 saylı Qərarına əsasən, qətnamə qanuni qüvvəsini almışdır. Həmin vaxtdan artıq 3 il 10 ay keçmişdir. Müqavilə tələbləri üzrə nəzərdə tutulan vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 (üç) il təşkil edir. Yəni iddiaçının istinad etdiyi kredit müqaviləsinin ləğv edilmiş hesab olunduğu gundən 3 ildən artıq müddət keçmişdir. Hazırda məhkəməyə təqdim olunan iddia ərizəsi, qanunvericilklə müəyyən edilmiş bütün iddia müddətlərinin ötürülməsi ilə verilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə üçüncü şəxs “AAAF İnşaat MMC-yə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə üçüncü şəxs “AAAF İnşaat MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehin və onun nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Kredit Bürosu MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli borcalanın şəxsi məlumatları barədə çıxarışdan görünür ki, Cavabdeh "xxxx" ASC-nə qalıq borcu üzrə 32,817.74 manat və faiz borcu üzrə 13,667.76 manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli 2-xx-xx-2015-YS-AAAF-AE saylı (daxili ipoteka predmeti üçün) Təminatlı kredit müqaviləsindən görünür ki, Cavabdeh 36200.00 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Beynəlxalq Bankı tərəfindən xx.xx.2022ci il tarixdə verilmiş Arayışın surətindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2-xx-xx-2015-YS-AAAF-AE saylı kredit müqaviləsinə əsasən Borcalanla "xxxx" MMC arasında imzalanmış xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi üzrə mənzilin alınması məqsədi ilə Bank tərəfindən Borcalana 36,200.00 (otuz altı min iki yüz) manat məbləğində kredit verilmişdir. Cavabdehlər "xxxx" MMC-yə və "xxxx" ASC-yə qarşı alqı-satqı və kredit müqavilələrinin ləğv edilməsi və pulun geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-545/2019 saylı Qərarına əsasən iddia tələbi qismən təmin edilmiş, Cavabdeh ilə "xxxx" MMC və "xxxx" ASC arasında imzalanmış alqı-satqı və kredit müqavilələrinə xitam verilmişdir. Kredit müqaviləsi üzrə kredit borcu məhkəmənin müvafiq qərarına əsasən Bankın Əməliyyat sistemindən silinmişdir. Borcalanın həmin kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə bank qarşısında icra edilməmiş hər hansı öhdəliyi mövcud deyildir. İş materiallarına əlavə edilmiş Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)- 3185/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdehlər "xxxx" MMC-yə və Azərbaycan Beynəlxalq Bankı» Açıq Səhmdar Cəmiyyətinə qarşı müqavilənin ləğv edilməsi və pulun geri qaytarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 05 aprel 2018-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 05 aprel 2018-ci İl tarixli 2(012)-163/2018 saylı qətnaməsi qismən ləğv edilmiş, iddiaçı Cavabdehlər "xxxx" MMC-yə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı müqavilənin ləğv edilməsi və pulun geri qaytarılması tələbinə dair iddiası qismən təmin edilməsi, iddiaçı Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 01 aprel 2015-ci il tarixli müqavilənin (mənzilin alqı-satqı müqaviləsi №ABB YM-0283 ABB tərəfindən ipoteka ilə satılmış mənzil üçün), iddiaçı ilə "Azərbaycan Beynəlxaq Bankı” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 01 aprel 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, bu müqaviləyə əsasən iddiaçı Cavabdeh tərəfindən "xxxx" MMC-yə ödədiyi 4100 (dörd min yüz) manat, onun ‘‘Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ödədiyi 12070 manat pul və 30 manat dövlət rüsumunun "xxxx" MMC-dən alınaraq Cavabdeh ödənilməsi və iddianın cavabdehdən dəymiş maddi ziyana görə iddiaçının xeyrinə 7750 manat tutulması hissəsində qətnamə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 545 saylı, xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, iddiaçı Cavabdehlər "xxxx" MMC-yə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı müqavilənin ləğv edilməsi və pulun geri qaytarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 27 avqust 2018-ci il tarixli qətnaməsindən cavabdeh "AAAF-İnşaat” MMC tərəfindən verilmiş kassasiya şikayəti, cavabdeh "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 27 avqust 2018-cİ il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 4454/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadının surətindən görünür ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-3185/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən verilmiş şikayət mülki iş üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayətinin Ali Məhkəmənin icraatına qəbul edilməsi barədə 14 may 2019-cu il tarixli qərardadının ləğv edilməsi və Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-3185/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən verdiyi kasassiya şikayəti məhkəmə baxışından çıxarılması və mülki işin apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-6299/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1178/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı Cavabdeh tərəfindən verilmiş kasassiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-1178/2021 saylı qətnaməsi qismən ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi qismən təmin olunmuş, cavabdeh "AAAF-İnşaat” MMC-dən 24130 manat pulun alınaraq iddiaçı Cavabdeh verilməsi, qalan hissədə iddianın təmin olunmaması qərara alınmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qusürlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdidrilmiş digər şərtləri pozmaqla icra edilməsi ) başa düşülür. Həmin məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2-xx.xx.2015-YS-AAAFAE nömrəli Kredit müqaviləsinə əsasən Cavabdeh 180 ay müddətinə illik 10 % dərəcəsi ilə hesablanmaqla, 36200 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminati kimi bankla "xxxx" MMC arasında xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Sonradan iddiaçı Cavabdehlər "xxxx" MMC-yə və Azərbaycan Beynəlxalq Bankı» Açıq Səhmdar Cəmiyyətinə qarşı müqavilənin ləğv edilməsi və pulun geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin qətnaməsi ilə iddia tələbi rədd olunmuşdur. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-3185/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 05 aprel 2018-ci il tarixli 2(012)-163/2018 saylı qətnaməsi qismən ləğv edilmiş, iddiaçı Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 01 aprel 2015ci il tarixli müqavilənin (mənzilin alqı-satqı müqaviləsi №ABB YM-0283 ABB tərəfindən ipoteka ilə satılmış mənzil üçün), iddiaçı ilə "Azərbaycan Beynəlxaq Bankı” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 01 aprel 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, bu müqaviləyə əsasən iddiaçı Cavabdeh tərəfindən "xxxx" MMC-yə ödədiyi 4100 (dörd min yüz) manat, onun ‘‘Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ödədiyi 12070 manat pul və 30 manat dövlət rüsumunun "xxxx" MMC-dən alınaraq Cavabdeh ödənilməsi və iddianın cavabdehdən dəymiş maddi ziyana görə iddiaçının xeyrinə 7750 manat tutulması hissəsində qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Daha sonra iddiaçı Cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 32817.74 manat əsas borcun, 5505.25 manat faiz, 149.49 manat cərimə borcunun, cəmi 38481.60 manat pulun "Azərbaycan Beynəlxaq Bankı” Açıq Səhmdar Cəmiyyətində onun adına açılmış hesaba ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-2599/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, 32817.74 manat əsas borcun, 5505.25 manat faiz, 149.49 manat cərimə borcunun, cəmi 38481.60 manat pulun "Azərbaycan Beynəlxaq Bankı” Açıq Səhmdar Cəmiyyətində onun adına açılmış hesaba ödənilməsi və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-489/20 saylı qətnaməsi ilə Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilərək cavabdeh "xxxx" MMC-dən 37241.67 manat və 30 manat dövlət rüsumunun alınaraq iddiaçı Cavabdeh ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-6299/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)- 1178/2021 saylı qətnaməsi qismən ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi qismən təmin olunmuş, cavabdeh "AAAF-İnşaat” MMC-dən 24130 manat pulun alınaraq iddiaçı Cavabdeh verilməsi, qalan hissədə iddianın təmin olunmaması qərara alınmışdır. Ali Məhkəmənin həmin qərarında qeyd olunmuşdur ki, bank tərəfindən iddiaçıya verilmiş kredit onun xüsusi mülkiyyətidir. Bankın həmin pulu ondan tələb etməsindən asılı olmayaraq, iddiaçı cavabdehdən ödənilmiş pulun geri qaytarılmasını tələb edə bilər. Beləliklə məhkəmə hesab edir ki, bankla cavabdeh arasında kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsi üzrə 36200 manat pul məbləği bank tərəfindən Cavabdeh verilmişdir. Cavabdeh tərəfindən "xxxx" MMC-yə 4100 manat pul vəsaiti və ‘‘Azərbaycan Beynəlxalq Bankı” ASC-yə isə 12070 manat pul vəsaiti ödənilmişdir. Lakin "xxxx" MMC öhdəliyi icra etmədiyindən Cavabdeh "xxxx" MMC-yə və ‘‘Azərbaycan Beynəlxalq Bankı” ASC-yə qarşı iddia ərizəsi ilə müraciət etmiş və nəticədə məhkəmə qətnamələri ilə tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv olunmuş və 4100 manat pul vəsaitinin və 12070 manat pul vəsaitinin onun xeyrinə tutulması qət edilmişdir. Cavabdeh daha sonra "xxxx" MMC-yə qarşı bankın kredit müqaviləsi çərçivəsində tələb etdiyi pulun geri qaytarılması tələbi ilə məhkəməyə müraciət etmiş və məhkəmə iddiaçıya verilmiş krediti onun xüsusi mülkiyyəti hesab edərək 24130 manat pulun "xxxx" MMC-dən tutularaq ona ödənilməsini əsaslı hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 82.3.-ci maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə məhkəmə hesab edir ki, bank tərəfindən iddiaçıya cəmi 36200 manat məbləğində kredit vəsaiti verildiyindən və həmin kredit məbləğinin 12070 manat hissəsi cavabdeh tərəfindən bankın xeyrinə ödənildiyindən, yerdə qalan 24130 manat əsas borc Cavabdeh tutularaq ‘‘Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ödənilməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv olunduğundan iddia tələbi faiz və əldən çıxmış fayda hissəsində təmin oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 24130 manat əsas borc, 225.70 manat dövlət rüsumu və bank xidmət xərci tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh 24130(iyirmi dörd min yüz otuz) manat əsas borc və 225.70 (iki yüz iyirmi beş manat, yetmiş qəpik) manat dövlət rüsumu və bank xidmət xərci tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar