Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-3002/2025 06.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Fəridə İslam qızı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizənin icraata götürülməsinin mümkünlüyünü araşdıraraq, müəyyənetdi. İddia tələbi İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – İddiaçı ASC) Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli, GTGK6732300B299 nömrəli kredit müqaviləsi üzrə 19586.02 manat əsas və 2310.36 manat faiz olmaqla, cəmi 21896.38 manat, xx.xx.2024cü il tarixli, BRCB6732301B299 nömrəli kredit müqaviləsi üzrə 469.42 manat əsas və 90.78 manat faiz olmaqla, cəmi 560.20 manat, ümumilikdə 22456.58 manat məbləğində borcun və ödənilmiş 157.37 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 114. Dövlət rüsumunun qaytarılması. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə; Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-4. İşə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyi. 284-4.1. Məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından aşağıdakı hallarda imtina edir: 284-4.1.2. verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə; 284-4.2. Bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. 284-4.3. Ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmalı olmadığından ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, qüvvədə olan mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsi). İddiaçı ASC tərəfindən Cavabdeh qarşı qaldırılmış müvafiq iddianın qiyməti 22456.58 manat məbləğindədir. Həmçinin, qeyd edilən tələblə bağlı iddia ərizəsi iddiaçının nümayəndəsi tərəfindən elektron imza ilə imzalandıqdan sonra “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilərkən ərizənin başlığı “kiçik mübahisələr üzrə iddia ərizəsi” kimi qeyd edilmiş, icraatın növü “sadələşdirilmiş icraat” kimi seçilmişdir. Bu səbəbdən də, müvafiq iddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında qeydiyyatdan keçməklə hakimin icraatına verilmişdir. Belə olan halda, iddia qiymətinin beş min manatdan çox olması, eləcə də müvafiq ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasının qanunvericiliklə istisna edilməsi imkanı açıq-aşkar görünür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.2-ci maddəsinə əsasən, verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. İddia icraatı qaydasında iddia ərizələrinin yolverilməzliyinə görə icraata qəbulundan imtina olunması eyni cavabdehə qarşı, eyni predmet barəsində, eyni əsaslar üzrə yenidən iddia qaldırmağa maneə olsa da, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.3-cü maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Beləliklə, iddiaçı Kapital Bank” ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinin icraata qəbulundan imtina edilməli, iddiaçıya həmin tələb üzrə iddia icraatı qaydasında ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, ərizənin icraata qəbulundan imtina ilə bağlı İddiaçı ASC tərəfindən ərizə ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 157.37 manat məbləğində dövlət rüsumu (xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzi) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 284-1, 284-4 və 267-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi icraata qəbul edilməsin, iddia ərizəsi iddiaçıya geri qaytarılsın. Ödənilmiş 157.37 (yüz əlli yeddi manat otuz yeddi qəpik) manat məbləğində dövlət rüsumu (xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzi) dövlət büdcəsindən İddiaçı ASC-yə qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizəni qəbul etməkdən imtina edilməsi iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia qaldırmağa mane olur. Qərardaddan şikayət verilə bilməz. Hakim Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №e-2(010)-3002/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-3002/2025
06.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver