Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3007/2023 28.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcu tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, TuranBank ASC-nin “Mərkəz” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK 2556/F-21 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, TuranBank ASC-nin “Mərkəz” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK 2556/F-21 saylı kredit müqaviləsi üzrə Cavabdeh Banka olan 10 918.87 AZN (on min doqquz yüz on səkkiz manat 87 qəp) əsas, 1 105 AZN (bir min yüz beş manat) faiz, 1 293.59 AZN (bir min iki yüz doxsan üç manat 59 qəp) cərimə borcu olmaqla, cəmi 13 317.46 AZN (on üç min üç yüz on yeddi manat 46 qəp) məbləğində borcun və ödənilmiş 129.95 AZN (bir yüz iyirmi doqquz manat 95 qəp) məbləğində dövlət rüsumunun cavabdeh Qurbanov X2 tutularaq TuranBank ASCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbi həcminin azaldılması barədə ərizə təqdim edərək, TuranBank ASC-nin “Mərkəz” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK 2556/F-21 saylı kredit müqaviləsi üzrə Qurbanov X4 Banka olan 10 918.87 AZN (on min doqquz yüz on səkkiz manat 87 qəp) əsas, 1 105 AZN (bir min yüz beş manat) faiz, 1 293.59 AZN (bir min iki yüz doxsan üç manat 59 qəp) cərimə borcu olmaqla, cəmi 13 317.46 AZN (on üç min üç yüz on yeddi manat 46 qəp) məbləğində borcun və ödənilmiş 129.95 AZN (bir yüz iyirmi doqquz manat 95 qəp) məbləğində dövlət rüsumunun cavabdeh Qurbanov X2 tutularaq TuranBank ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
3. TuranBank ASC-nin “Mərkəz” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK 2556/F-21 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 20.7 % olmaqla, 36 ay müddətinə 14 000 AZN (on dörd min manat) məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarixinə TuranBank ASCyə 10 918.87 AZN (on min doqquz yüz on səkkiz manat 87 qəp) əsas, 1 105 AZN (bir min yüz beş manat) faiz, 1 293.59 AZN (bir min iki yüz doxsan üç manat 59 qəp) cərimə borcu olmaqla, cəmi 13 317.46 AZN (on üç min üç yüz on yeddi manat 46 qəp.) təşkil edir. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehə göndərilmiş pretenziya məktubu da cavabsız qalmışdır. Odur ki, kredit borcu və kredit borcuna hesablanmış faiz borcları cavabdehdən tutularaq Bankın xeyrinə ödənilməlidir. ödənilməmiş faizlərin məbləğində Borcalanın kredit borcunu artırmaq hüququ vardır.
Tərəflərin izahatları
4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə müvafiq olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
İş materialları
5. xx.xx.2021-ci il tarixli, İK 2556/F-21 saylı “Kredit müqaviləsi”ndən və Ödəniş qrafikindən görünür ki, bank tərəfindən Cavabdeh illik faiz dərəcəsi 20.7 % olmaqla, 36 ay müddətinə 14 000 AZN (on dörd min manat) məbləğində kredit verilmiş və Cavabdeh öz öhdəliyini ödəniş qrafikinə uyğun yerinə yetirməyi öhdəsinə götürmüşdür.
6. Maliyyə arayışının surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, İK 2556/F-21 saylı Kredit müqaviləsi üzrə 10918.87 manat əsas, 1105 manat faiz və 1293.59 manat cərimə borcu vardır.
7. xx.xx.2023-cü il tarixli pretenziyadan görünür ki, Cavabdeh borc məbləğini 3 gün ərzində qaytarması barədə xəbərdarlıq edilmişdir.
İşin faktiki halları
8. Tərəflər arasında kredit müqaviləsinin bağlanması və həmin müqavilədə qeyd olunan pul vəsaitinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi işin hallarını təşkil edir. Hazırda iddiaçı cavabdehin müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyini qeyd edərək iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehin iddia tələbi ilə bağlı ərizə yaxud etirazı daxil olmamışdır.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 422. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
Məhkəmənin mövqeyi
10. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
11. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, cavabdeh isə üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilməmiş və onun banka ödənilməmiş borcu qalmışdır. Hazırda bank cavabdehdən borcun ödənilməsini tələb edir.
12. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən kredit müqaviləsi üzrə 10918.87 manat (on min doqquz yüz on səkkiz manat 87 qəpik) əsas borc və 1105 (bir min yüz beş) manat faiz borcu tutulması hissəsində tam əsaslıdır, lakin cərimə pulu yüksəkdir.
13. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 1293.59 manat dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu (penya) azaldılaraq 300 manat müəyyən edilməlidir.
Məhkəmə xərcləri
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
15. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 129.95 manat dövlət rüsumunun 126.97 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmənin gəldiyi nəticə
16. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Qurbanov Mahı̇ r Qulam Hüseyn oğlundan iddiaçı "xxxx" ASC-nin xeyrinə 10918.87 manat (on min doqquz yüz on səkkiz manat 87 qəpik) əsas borc, 1105 (bir min yüz beş) manat faiz borcu və 300 (üç yüz) manat cərimə borcu olmaqla cəmi 12323.87 (on iki min üç yüz iyirmi üç manat 87 qəpik) borc vəsaiti və iş üzrə ödənilmiş 129.95 manat dövlət rüsumunun 126.97 manat hissəsi tutularaq ödənilməlidir.
17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh Qurbanov Mahı̇ r Qulam Hüseyn oğlundan iddiaçı "xxxx" ASC-nin xeyrinə 10918.87 manat (on min doqquz yüz on səkkiz manat 87 qəpik) əsas borc, 1105 (bir min yüz beş) manat faiz borcu və 300 (üç yüz) manat cərimə borcu olmaqla cəmi 12323.87 (on iki min üç yüz iyirmi üç manat 87 qəpik) borc vəsaiti və iş üzrə ödənilmiş 129.95 manat dövlət rüsumunun 126.97 manat hissəsi tutularaq ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.