Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3031/2024 09.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X7 qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə İddiaçı İB) Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları
1. İddiaçı İB (Paylayıcı) ilə Cavabdeh (İstehlakçı) arasında bağlanmış xx.xx.2020-ci il tarixli 12-91 №-li qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilədən görünür ki, “Paylayıcı” bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq “İstehlakçı”nı keyfiyyətli qazla təmin edir, “İstehlakçı”isə aldığı qazın dəyərini qaz sayğacının göstərişinə uyğun olaraq “Paylayıcı” tərəfindən təqdim edilən hesaba əsasən ödəyir (bənd 1). Qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının vəzifəsidir (bənd 2.3.1).
2. İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii X4nın pozulması haqqında” ******* saylı xx.xx.2023-cü il tarixli aktından görünür ki, qaz sayğacından kənar qazdan qeyri-qanuni istifadə edildiyi üçün 2436,48 manat cərimə yazılmışdır.
3. İddiaçı İB tərəfindən Bakı Şəhər Baş Polis İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli “Vətəndaşların qanunsuz hərəkətləri barədə” müraciətdən görünür ki, xx.xx.2023-cü il tarixində Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağ evləri, ev 106 ünvanında yerləşən (kod: **********00000) X2 məxsus evdə daşıyıcı qaz xəttinə müdaxilə edilərək qazdan qeyri-qanuni istifadə olunmuş və İddiaçınə maddi ziyan dəymişdir. Qeyri-qanuni qoşulmanın qarşısının alınması məqsədi ilə Bakı Regional Qazın Satışı Departamentinin mühəndisləri Elnur Ramazanlı və Vahid Xanşkişiyev istehlakçıya yaxınlaşaraq iradlarını bildirmiş, qeyri-qanuni qoşulmanın qaynaq vasitəsi ilə kəsiləcəyini ona izah etmişlər. Bununla razılaşmayan Cavabdeh BRQSD-nin mühəndisi Vahid Xankişiyevə qarşı nalayiq ifadələr işlətmiş, fiziki güc tətbiq edərək yumruqla zərbələr endirmiş və kəsici alətlə (bıçaqla) onu vurmaq istəmişdir. Xoşbəxtlikdən yaxınlıqdaki vətəndaşların köməkliyi ilə Hatəm Zeynalov oradan uzaqlaşdırılmışdır. Növbəti gün BRQSD-nin əməkdaşları qaynaq vasitəsi ilə qeyri-qanuni qoşulmanı ləğv etmişdir. Lakin bir-neçə gün sonra Hatəm Zeynalov yenidən qaz xəttinə müdaxilə edərək qazdan qeyri-qanuni istifadə etmişdir. O, qeyri-qanuni qoşulmanın yenidən ləğv edilməsinə şərait yaratmamış, əməkdaşlara hədə qorxu gəlmişdir. Buna görə vətəndaşla növbəti qarşıdurmanın baş verməməsi üçün BRQSD-nin əməkdaşları qeyri-qanuni qoşulmanı ləğv edə bilməmişlər. Göstərilənləri nəzərə alaraq insan həyatı və sağlamlığı üçün təhlükə mənbəyinə çevirilmiş bu halların, qeyri-qanuni əməllərinin qarşısını almaq, həmçinin ona qarşı təsirli tədbirlərin görülməsi məqsədi ilə aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunmuşdur.
4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5923/2021 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh təbii qazdan istifadəyə görə hesablanmış 248 (iki yüz qırx səkkiz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı İB-nin xeyrinə ödənilməsi qət edilmişdir.
5. Saldodan görünür ki, İddiaçı İB tərəfindən Cavabdeh ünvanına 2436,48 manat məbləğində cərimə yazılmış, həmçinin 2020-ci ilin dekabr ayından 2024-cü ilin may ayına kimi 1350,80 manat debitor borc yaranmışdır.
İşin faktiki halları
6. İddiaçı İB (Paylayıcı) ilə Cavabdeh (İstehlakçı) arasında xx.xx.2020-ci il tarixli qazın alqı-satqısı barədə müqavilənin bağlanması işin mübahisəsiz hallarıdır.
İddia tələbi
7. İddiaçı İB Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 2436,48 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 1350,80 manat və 57,88 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 3845,16 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan X5 şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN:AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Tərəflərin izahatları
8. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun bildirdi ki İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2020-ci il tarixində 12-91 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X4nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 2436,48 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Cavabdehin ödənilməmiş 2020-ci ilin dekabr ayı üzrə 224,20 manat sərfiyyat borcu, 2021-ci ilin yanvardekabr ayları üzrə 772,20 manat sərfiyyat borcu və limitdən əlavə 34,40 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-fevral ayları üzrə 312,60 manat sərfiyyat borcu və limitdən əlavə 12 manat sərfiyyat borcu, uçotu pozulmuş qaz sərfin 17,40 manat sərfiyyat borcu, cəmi 1372,80 manat sərfiyyat borcu qalmışdır. 2020-ci ilin dekabr ayından 2024-cü ilin mayayına qədər cavabdeh 22 manat məbləğində ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 1350,80 manat borcu (debitor borc) da qalmışdır. Cavabdehdən 2020-ci ilin noyabr ayınadək 318 manat vəsaitin tutulması barədə xx.xx.2021-ci il tarixli, 2(010)- 5923/2021 saylı Birliyin xeyrinə qətnamə çıxarılmışdır. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarı ilə təsdiq olunmuş “X4”
1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. 3.1.11. qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
11. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu
Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X4 ilə tənzimlənir.
Məhkəmənin mövqeyi
12. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb, tərəfin izahatını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia qismən təmin edilməlidir.
13. Belə ki, iş üzrə müəyyən olunmuş hallar ondan ibarətdir ki, iddiaçı cavabdehin kənar xəttə qoşulması ilə bağlı akt tərtib edərək məhkəməyə təqdim etmiş və həmin akta əsasən borcun hesablandığını iddia edir. Göründüyü kimi cavabdehin evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək iddiaçının vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya qarşı əsassız və qanunsuz tələblər irəli sürmüşdür. Eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsində və Azərbaycan Respublikası İnzibati- Xətalar Məcəlləsində təbii qazdan qanunsuz istifadə və talanması ilə əlaqədar vətəndaşların və vəzifəli şəxslərin məsuliyyəti nəzərdə tutulmuş olmasına baxmayaraq, hazırkı iddia tələbinin sübutu kimi məhkəməyə təqdim olunmuş məlum Akt əsasında müəyyən olunmuş kənar (qanunsuz) qoşulma nəticəsində qanunsuz qazdan istifadə ilə əlaqədar müvafiq hüquq-mühafizə orqanlarına şikayət edilsə də, həmin şikayətin nəticəsi barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sənəd (sübut) təqdim olunmamışdır. Halbuki, həm “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa, həm də X4”na əsasən istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Beləliklə də, iddiaçının cavabdehə qarşı akt üzrə iddia tələbinin əsaslılığı, yəni cavabdehdən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış pulun tutulması barədə iddia tələbi məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən sübut edilməmişdir və bu vəziyyətdə cavabdehdən iddia tələbində göstərilən məbləğdə pulun tutulması yolverilən hesab edilə bilməz.
14. Bundan əlavə, məhkəmə cavabdeh tərəfindən **********00000 nömrəli abonent kodu ilə təbii qazdan istifadə edilməsi nəticəsində debitor borcun tutulması ilə bağlı iddia tələbini əsaslı hesab edir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5923/2021 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh 2020-ci ilin dekabr ayına kimi təbii qazdan istifadəyə görə hesablanmış 248 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı İB-nin xeyrinə ödənilməsi qət edilmişdir. Hazırda isə Cavabdeh aid **********00000 nömrəli abonent kodu üzrə abonentin saldosundan görünür ki, ünvan 2 ünvanına təbii qazın sərfiyyatına görə 2020-ci ilin dekabr ayından 2024-cü ilin may ayına kimi 1372,80 manat debitor borc yazılmış, həmin borcdan 22 manat ödəniş edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təbii qazın sərfiyyatına görə 1350,80 manat pulun tutulması hissəsində iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Çünki, saldodan da görünür ki, istehlakçı tərəfindən 2020-ci ilin dekabr ayından 2024-cü ilin may ayına kimi keçən 4 ilə yaxın müddət ərzində cəmi 22 manat ödəniş edilmiş və əlavə heç bir ödəniş aparılmamışdır.
Məhkəmə xərcləri
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
16. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul Cavabdeh iddiaçı "Azəriqaz" İB-nin xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 37,88 manat hissəsi iddiaçı "Azəriqaz" İB-ninözünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə
18. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 1350,80 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "Azəriqaz" İB-nin Azərbaycan X5 şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.
19. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 1350,80 (bir min üç yüz əlli manat səksən qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Azərbaycan X5 şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 37,88 (otuz yeddi manat səksən səkkiz qəpik) manat hissəsi İddiaçı özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.