Məhkəmə qərarları › İş №e-2(010)-3044/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3044/2022

04.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3044/2022 04.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə 920.86 ABŞ dollları əsas, 236.50 ABŞ dolları faiz, 2372.94 ABŞ dolları cərimə və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 138.97 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3669.27 ABŞ dolları məbləğində borcun və 82.38 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Nizami filalı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli Kredit müqaviləsinə əsasən sonuncuya 24 ay müddətinə illik 25% olmaqla 7000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kredit müqaviləsi üzrə tərəflər arasında bağlanmış 98/15 ƏS nömrəli xx.xx.2015-ci il tarixli Əlavə Sazişə əsasən Kreditorun borcalana verdiyi kreidtin qalıq məbləği 5642.41 ABŞ dolları təşkil etmişdir. Kredit Müqaviləsi üzrə tərəflər arasında bağlanmış 02 nömrəli 06 iyun 2017-ci il tarixli Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 6269.94 (altı min iki yüz altmış doqquz ABŞ dolları 94 sent) USD təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2019-cu il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 (səkkiz) % ödənilir. xx.xx.2022-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 3669.27 (üç min altı yüz altmış doqquz ABŞ dolları 27 sent) ABŞ dolları təşkil edir. Bundan 920.86 (doqquz yüz iyirmi ABŞ dolları 86 sent) ABŞ dolları əsas, 236.50 (iki yüz otuz altı ABŞ dolları 50 sent) ABŞ dolları faiz, 2372.94 (iki min üç yüz yetmiş iki ABŞ dolları 94 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 138.97 (bir yüz otuz səkkiz ABŞ dolları 97 sent) ABŞ dolları faiz borcu təşkil edir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********507 saylı xx.xx.2022-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbini müdafiə etmiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirərək göstərdi ki, o, iddiaçı tərəfindən iddia ərizəsi üzrə hesablanmış 920.86 ABŞ dolları əsas borcu və müqavilə müddətinin sonuna hesablanmış 236.50 ABŞ dolları faiz borcu Banka hisə-hissə ödəməyə razıdır. İddia tələbinin qalan hissədə rədd edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işin materialları və tərəflərin izahatı ilə işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ASC-nin Nizami filalı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli Kredit müqaviləsinə əsasən sonuncuya 24 ay müddətinə illik 25% olmaqla 7000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kredit müqaviləsi üzrə tərəflər arasında bağlanmış 98/15 ƏS nömrəli xx.xx.2015-ci il tarixli Əlavə Sazişə əsasən Kreditorun borcalana verdiyi kreidtin qalıq məbləği 5642.41 ABŞ dolları təşkil etmişdir. Kredit Müqaviləsi üzrə tərəflər arasında bağlanmış 02 nömrəli 06 iyun 2017-ci il tarixli Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 6269.94 (altı min iki yüz altmış doqquz ABŞ dolları 94 sent) USD təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2019-cu il tarixədək təşkil etmişdir. İş materiallarında olan 20 may 2022-ci il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh müqavilə üzrə borcverən İddiaçı ASC-920.86 ABŞ dolları məbləğində əsas, müqavilə müddətinin sonuna hesablanmış 236.50 ABŞ dolları faiz, 2372.94 ABŞ dolları cərimə və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 138.97 ABŞ dolları olmaqla, cəmi 3669.27 ABŞ dolları məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından görünür ki, cavabdehə borcun vaxtında ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün cavabdehdən 920.86 ABŞ dolları məbləğində əsas borcun və 236.50 ABŞ dolları məbləğində faiz borcun tutulması hissəsində iddia tələbi əsaslı olduğu üçün təmin olunmalıdır. Bununla belə, dəbbə pulunun tutulmasına dair iddia tələbini məhkəmə qismən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göründüyü kimi, mülki qanunvericiliklə öhdəliklərin icrasının təminatı üsulu və mülkihüquqi məsuliyyət tədbiri olaraq dəbbə pulu borcluya qarşı maliyyə sanksiyası kimi müəyyən edilir və onun məqsədi kreditorun pozulmuş hüquqlarının bərpasıdır. Dəbbə pulu heç bir halda kreditorun varlanma vasitəsi ola bilməz. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 2372,94 ABŞ dolları məbləğində dəbbə pulu (hesablanmış cərimə borcu) tənasübsüz surətdə yüksək olmuşdur. Mülki Məcəllənin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq məhkəmə hesab edir ki, dəbbə pulunun azaldılaraq 23 ABŞ dolları məbləğində saxlanılması kreditorun əmlak mənafelərinə elə bir ciddi zərəri olmamaqla yanaşı, borclu şəxsin mülkiyyət maraqlarının da qorunması və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısının alınması baxımından daha məqsədə müvafiqdir. Eyni zamanda məhkəmə hesab edir ki, iddianın Cavabdeh " müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz 138.97 ABŞ dolları məbləğində pulun tutulması" tələbinə aid hissəsi isə əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə cavabdehdən borcun gecikdirilmiş vaxt üçün illik 5 faiz ödənilməsinə dair iddia tələbini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Göründüyü kimi, qanunvericiklə öhdəliyin icrasını gecikdirmiş borclunun üzərinə gecikdirmə nəticəsində vurduğu zərər üçün əlavə məsuliyyət nəzərdə tutulsa da, bunu kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyi tədqirdə mümkün hesab etmişdir. Lakin, tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə kredit alan tərəflər arasında yazılı tərtib olunmuş razılaşmada göstərilən qrafik üzrə ödəniş müddətləri keçdikdən sonra krediti və faizini qaytarmadıqda Bankın hər gecikdirilən gün üçün kreditin və ona hesablanmış faizin ödənilməməsi üçün dəbbə pulu tələb etmək hüququ nəzərdə tutulduğundan məhkəmə iddiaçının bu tələbini əsaslı hesab edərək bu nəticəyə gəlir ki, digər əsaslara görə gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsinə dair iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh 920.86 ABŞ dolları məbləğində əsas borc, 236.50 ABŞ dolları məbləğində faiz borcu və 23 ABŞ dolları məbləğində cərimə borcu olmaqla– cəmi 1180.36 ABŞ dolları miqdarında borc məbləği tutularaq, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Həmin Məcəllənin 439.2-ci maddəsinə əsasən, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Ona görə də, iddia qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 82.38 manat məbləğində dövlət rüsumunun 40 manatı cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 920.86 ABŞ dolları məbləğində əsas borc, 236.50 ABŞ dolları məbləğindfaiz borcu və 23 ABŞ dolları məbləğində cərimə borcu olmaqla– cəmi 1180.36 ABŞ dolları miqdarında pul vəsaiti ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 40 manat məbləğində ödənilmiş dövlət rüsumu ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar