Məhkəmə qərarları › İş №e-2(010)-3044/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3044/2023

11.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3044/2023 11.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2, X1 vərəsəsi Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X4 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə nağd kredit üzrə 1736,67 manat əsas borc, 0.01 manat faiz borcu olmaqla, cəmi 1736,68 manat borcun, kart limiti üzrə 318.98 manat əsas borc, 18,68 manat faiz borcu olmaqla, cəmi 337,66 manat borcun və ödənilmiş 40,74 (qırx manat, yetmiş dörd) manat dövlət rüsumunun və 0,8 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, "xxxx" ASC ilə X6 arasında xx.xx.2019-cu il tarixli BPM**********84 saylı X9 müqaviləsi bağlamışdır. Həmin Müqaviləyə əsasən bank X5 illik 22% olmaqla 48 ay müddətinə 2650 manat məbləğində nağd kredit və illik 24%-lə, 36 ay müddətinə 500 manat məbləğində kart vermişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 153398 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, borclu X6 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. 6 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilmiş 598 nömrəli məktubdan müəyyən edilmişdir ki, Cavabdeh 6 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat ofisi tərəfindən vərəsəlik işi açılmış və miras əmlak Cavabdeh tərəfindən qəbul edilmişdir. Bankın Suraxanı filialı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən X4 xx.xx.2023-cü ilədək Banka ödənilməmiş nağd kredit üzrə 1736,67 manat əsas borc, 0.01 manat faiz borcu olmaqla, cəmi 1736,68 manat borcu, xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, X4 xx.xx.2023-cü ilədək Banka ödənilməmiş kart limiti üzrə 318.98 manat əsas borc, 18,68 manat faiz borcu olmaqla, cəmi 337,66 manat borcu qalmışdır. Cavabdeh mərhum X3 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Buna görə də iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, X6 onun anasıdır və anası ilə "xxxx" ASC aralarında bağlanmış xx.xx.2019cu il tarixli kredit müqaviləsindən onun məlumatı olmamışdır. Mərhum anası X6 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. O, 660 manat aylıq əmək haqqı alır və həmin bankın tələb etdiyi məbləği ödəmək iqtidarında deyildir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli BPM**********84 saylı X9 müqaviləsindən və Kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, X5 illik 22% olmaqla 48 ay müddətinə 2650 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 6 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat Ofisi tərəfindən Azərbaycan Beynəlxalq Bankına verilmiş məktubdan müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi qızı-ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdehdır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli Bank Kartına kredit limitinin təyin olunmasına dair Razılaşmadan görünür ki, X4 adına illik 24% olmaqla 36 ay müddətinə 500 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışdan görünür ki, X4 1736,67 manat əsas borc, 0.01 manat faiz borcu olmaqla, cəmi 1736,68 manat borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışdan görünür ki, X2 limiti üzrə 318.98 manat əsas borc, 18,68 manat faiz borcu olmaqla, cəmi 337,66 manat borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" ASC tərəfindən X4 vərəsəsi Cavabdeh yaranmış mövcud borcun ödənilməsi barədə xəbərdalıq edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİ 153398 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh X4 vərəsəsi hesab olunmuşdur və miras əmlak 2008-ci il olan KİA RİO minik markalı **-CV-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qusürlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdidrilmiş digər şərtləri pozmaqla icra edilməsi ) başa düşülür. Həmin məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Mülki Məcəllənin 1309-ci maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Həmin Məcəllənin 1313-cü maddəsinə əsasən tələblərin ödənilməsi zamanı miras qoyanın kreditorları vərəsənin kreditorları qarşısında üstünlüyə malikdirlər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə X6 arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********84 saylı kredit müqaviləsinə əsasən bank X5 illik 22% olmaqla 48 ay müddətinə 2650 manat məbləğində nağd kredit və illik 24%-lə, 36 ay müddətinə 500 manat məbləğində kart krediti vermişdir. Kredit alan X6 xx.xx.2020-ci il tarixdə ölmüş və xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh X4 vərəsəsi hesab olunmuş və miras əmlak 2008-ci il buraxılışlı KİA RİO minik markalı **-CV-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İş üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti həmin məbləğdə pulu cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin sonuncu bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilədə nəzərdə tutulan öhdəlik lazımınca yerinə yetirilmədiyindən iddia təmin edilməli, iş üzrə tələb olunan məbləğ Cavabdeh ümumilikdə 2074.34 manat və 41.54 manat dövlət rüsumu və bank xidmət xərci tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli BPM**********84 saylı nağd kredit üzrə 1736,67 manat əsas borc, 0.01 manat faiz borcu olmaqla, cəmi 1736,68 manat borc və kart limiti üzrə 318.98 manat əsas borc, 18,68 manat faiz borcu olmaqla, cəmi 337,66 manat borc, ümumilikdə 2074.34 (iki min yetmiş dörd manat, otuz dörd qəpik) manat və ödənilmiş 41.54 (qırx bir manat, əlli dörd qəpik) manat dövlət rüsumu və bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar