Məhkəmə qərarları › İş №e-2(010)-306/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(010)-306/2023

01.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-306/2023 01.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X1rşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdeh X1rşı pul tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə ümumilikdə 64.000 manat məbləğində pul vəsaiti və 282 manat dövlət rüsumu olmaqla cəmi 64.282 manat pul vəsaitinin tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2021-ci ildə Türkiyə Respublikasının vətəndaşı Kurt Nuri ilə tanış olmuş və onunla aralarında yaxın ünsiyyət yaranmışdır. 2022ci ilin mart ayının ilk günlərində Kurt Nuri ona bildirdi ki, ona təcili 64.000 (altımış dörd min) manat pul lazımdır O, pulu 3 üç ay müddətinə qaytaracağını vəd edib, ondan xahiş etdi ki, həmin məbləğdə pulu ona borca versin. Hətta özü təklif etdi ki, pulu ona notariat qaydasında verə bilər. Odur ki, qeyd etdiyi məbləğdə pulu tədarük etmiş və Bakı şəhəri, 19 saylı notariat ofisinə getmişdirlər. Həmin notariat ofisində 64000 manat pulu depozitə köçürmüş və Kurt Nuri göstərilən məbləğdə pulu "xxxx" ASC-nin «İnvest» filialında tam halda alaraq bu barədə müvafiq sənədlərə imza etmişdir. Eləcə də, həmin tarixdə 19 saylı notariat ofisində aralarında kredit müqaviləsi bağlanmış və müqavilə notariat qaydada təsdiq olunmuşdur. Müqavilənin 2 ci bəndində göstərilir ki, «Borc alan» krediti 07 iyun 2022-ci il tarixınədək «Borc verənə» qaytarmağı öhdəsinə götürür. Müqavilənin 3-cü bəndində qeyd olunub ki, tərəflər kreditin faizsiz verilməsini şərtləndirirlər. Bütün bunlara baxmayaraq, Kurt Nuri aldığı 64.000 manat pulu müqavilədə göstərilən müddətdə qaytarmaqdan yayınmışdır. Dəfələrlə ona zəng edərək borcunu qaytarmasını təklif etmişdir. Kurt Nuri bir neçə dəfə ona vəd etmişdir ki, borcunu hansısa gündə qaytaracaqdır. Lakin hər dəfə o, müxtəlif bəhanələr gətirib borcunu qaytarmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Eyni zamanda, məhkəməyə ərizə təqdim edərək cavabdeh tərəfin məhkəmə iclaslarına gəlmədiyinə görə işə qiyabi qaydada baxılmasına etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Cavabdeh X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iş üzrə iddiaçı tərəfin izahatını dinləyərək və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qiyabi şəkildə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı ilə Kurt Nuri arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən, borc verən borc alana 64.000 manat məbləğində pul borc verir. Borc alan krediti xx.xx.2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. - xx.xx.2022-ci il tarixli, 102 reyestr nömrəli “Kassa məxaric çekinin” surətindən görünür ki, Kurt Nuri tərəfindən 64.000 manat məbləğində pul vəsaiti qəbul edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, tərəflər arasında notarial qaydada borc müqaviləsi bağlanmış, müqaviləyə görə iddiaçı cavabdehə xx.xx.2022-ci il tarixədək qaytarmaq şərti ilə borc pul vermişdir. İddiaçının tələbinin əsaslandırması ondan ibarətdir ki, həmin müddət keçmiş, lakin borclu pulu geri qaytarmamışdır. Cavabdeh məhkəmə iclaslarında iştirak etmədiyindən iddia tələbinə münasibətini öyrənmək mümkün olmamışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında etibarlı kredit müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə görə tərəflər öz üzərilərinə öhdəliklər götürmüşlər. İddiaçı tərəf öz üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirsə də, lakin cavabdeh öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1.-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, gər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1.-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1.-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş və tələb edilən 282 dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 239.2-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Həmin Məcəllənin 240.1-ci maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Mülki-Prosessual Məcəllənin 241.1-ci maddəsinin tələbinə görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onlrarın dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 244-cü maddəsinin tələbinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh Kurt Nuridən 64.000 (altmış dörd min) manat borc pul və iş üzrə ödənilmiş 282 dövlət rüsumu olmaqla cəmi 64.282 (altmış dörd min iki yüz səksən iki) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Allahverdı̇ yev Əfqan Əlı̇ güşad oğluna ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar