Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-309/2023 22.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 58.000 manat pulun alınaraq İddiaçı ödənilməsi. İddia tələbinin dəlilləri: 2021-ci ilin əvvələrində cavabdehlərlə tanış olaraq neft məhsulları gətirilməsinə dair şifahi razılaşaraq cavabdehlərə nəğd şəkildə 100000 (yüz min) manat məbləğində pul vermişdir. Bir müddətdən sonra cavabdehlərin iddiaçını aldatmasını başa düşərək, barələrində hüquq mühafizə orqanı olan Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə 06 dekabr 2021-ci il tarixində rəsmi ərizə ilə şikayət göndərmişdir. Şikayət etdiyi sözügedən hüquq mühafizə orqanı tərəfindən qismən tədbir görülərək cavadehlərə verdiyi sözügedən 100.000 (yüz min) manat puldan 42.000 (qırx iki min) manatı iddiaçıya qaytarılmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli № 007- 788858 saylı məktubla iddiaçıya rəsmi qaydada bildirilmişdir ki, qalan məbləği cavabdehlərdən mülki qaydada tələb edə bilər. İddiaçı tərəfindən Azərbaycan Respublikası DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə xx.xx.2022-ci il tarixində ərizə ilə rəsmi müraciət olunaraq, cavabdehlərin izahatının iddiaçıya rəsmi göndərilməsini xahiş etmiş və bu günə qədər rəsmi müraciətinə heç bir cavab verilməmişdir. Azərbaycan Respublikası MPM-nin tələbinə əsasən ona iddiaçı kimi məhkəməyə qədər cavab verilmədisə sözügedən izahatların məhkəmə sorğusu ilə alınmasına hüququ yaranmışdır. Hesab edir ki, cavabdehlərin ondan aldığı 100 000 (yüz min) manat puldan 58 000 (əlli səkkiz min) manat cavabdehlərdə qalmışdır və cavabdehlər həmin məbləği iddiaçıya qaytarmağa mütəmadi söz versələr də bu günə qədər qaytarmamışlar. Ona görə də, hesab edir ki, cavabdehlərdə qalan 58000 manat pul ona qaytarılmalıdır. Tərəflərin izahatları İddiaçı İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, məhkəməyə yazılı ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddianın Cavabdeh1 qarşı qaldırılmasına heç bir hüquqi əsası yoxdur. Belə ki, müxtəlif şəxslərə, o cümlədən hazırkı mülki iş üzrə İddiaçı, eyni zamanda Cavabdeh1 qarşı xüsusilə külli miqdarda dələduzluq əllərinə yol vermiş X1 barəsində hal-hazırda Xəzər RPİ-nin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanılmış və Xəzər Rayon Məhkəməsinin 11.2022-ci il tarixli qərarı ilə sonuncu haqqında həbs növündə qətimkan tədbiri seçilmişdir. İddiaçı öz ərizəsində qeyd etdikləri heç də iş üzrə obyektiv həqiqəti birmənalı şəkildə özündə əks etdirmir. Ona görə ki, İddiaçı heç də Cavabdeh1 vasitəsi ilə deyil, digər şəxslərin vasitəsilə Hüseynli Rövşənlə tanış olmuş və sonuncu ona Respublikaya yanacaq məhsulları gətirilməsi ilə məşğul olduğunu bildirərək, özünün müstəsna dərəcədə dələduzluq xarakterinə uyğun olaraq onun etibarını qazanmaqla ilkin olaraq 100 000 (yüz min) manat məbləğində pulunu ələ keçirmişdir. Həmin vaxtlar о, özü də cavabdeh Hüseynli Rövşənin yalan vədlərinə inanaraq onunla iş birliyinə girib, ayrıca şirkət təşkil edərək qeydiyyatdan keçirmişdir. Şirkətin son dərəcədə geniş fəaliyyətini təşkil etmək üçün Hüseynli Rövşən onun də inam və etibarımdan suiistifadə edərək, Cavabdeh1 əlində olan pul vəsaitini, avtomobillərini və Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən iki fərdi yaşayış evini satdıraraq, külli miqdarda - 850 000 (səkkiz yüz əlli min) manatdan çox olan vəsaitini ələ keçirmişdir. Hal-hazırda Hüseynli Rövşənin digər şəxslərlə yanaşı, o cümlədən Cavabdeh1 qarşı da törətmiş olduğu dələduzluq əməlləri yuxarıda qeyd etdiyi Xəzər rayonunda araşdırılır və о da həmin cinayət işində zərər çəkmiş şəxs hesab edilir. Hazırkı iş üzrə İddiaçı cavabdeh kimi Hüseynli Rövşənlə yanaşı Cavabdeh1 dа adını birmənalı şəkildə hallandırmasını onunla izah edir ki, iddiaçı Rövşənə yanacaq məhsulları almaq üçün pul verdikdən bir müddət sonra onun dа demək olar ki, həmişə Rövşənlə bir yerdə olduğunun şahidi olmuş və hesab etmişdir ki, məhz buna görə də onun pullarının ələ keçirilməsində оnu dа təqsirli hesab edir. Halbuki, Hüseynli Rövşən hazırkı iş üzrə İddiaçı dəfələrlə çox Cavabdeh1 maddi zərər yetirmişdir. Yəqin ki, istər Cavabdeh1 və İddiaçı, istərsə digər şəxslərə Hüsenli Rövşənin dələduzluq yolu ilə vurmuş olduğu xüsusilə külli miqdarda ziyanla əlaqədar cinayət əməllərinə istintaq orqanı bir aydınlıq gətirəcəkdir. Hesab edir ki, həmin mülki iş təqsirkar şəxs Hüseynli Rövşənin barəsində istintaqı aparılan cinayət işinə əlavə edilməlidir. Bu mümkün olmazsa, hər bir halda hesab edir ki, Hüseynli Rövşənin də adı cavabdeh kimi qeyd edilən hazırkı mülki işə onun barəsindəki cinayət işi üzrə istintaq başa çatana kimi qərar qəbul edilməsi mümkün deyildir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil izahatına uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh Hüseynоv Rövşən Qayıtmaz oğlunun məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, о, iddianı qəbul etmir. Çünki İddiaçı alver ilə bağlı aldığı 100.000 manat məbləğində pulun hamısını ödəmişdir və onların heç bir borcu yoxdur. Həmin pul iddiaçı tərəindən onlara alver niyyəti ilə verilmişdir və qazanc əldə edildikdə iddiaçıya da pay çatırdı. Bu hal qarşılıqlı biznes formasında davam edib və bu biznes əsasında İddiaçı gəlir əldə etmişdir. İş materialları Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı 100.000 manat pulunun Cavabdeh1 və Rövşən Hüseynli tərəfindən ələ keçirilməsi ilə bağlı müraciəti əsasında BMCMİ-də araşdırma aparılmış və müəyyən edilmişdir ki, Cavabdeh1 və Rövşən Hüseynli tanışları İddiaçıla birgə qazanc əldə etmək məqsədi ilə yanacaq-sürtkü məhsullarının alqısatqısını həyata keçirməkdən ötrü 2021-ci ilin mart ayında İddiaçı 100.000 manat pul almış, sonrakı müddətdə vəd etdikləri işi başa çatdırmadıqlarına və aldıqları pulu qaytarmadıqlarına görə İddiaçı Cavabdeh1 və Rövşən Hüseynlinin barəsində şikayət etmişdir. Araşdırma zamanı Cavabdeh1 və Rövşən Hüseynli tərəfindən İddiaçı 42.000 manat pulun ödənilməsi təmin edilmiş, eləcə də tərəflər arasında yaranmış mübahisənin mülki xarakterli olmaqla məhkəmə orqanlarında baxılmalı olduğu müəyyən edilərək müraciət müəllifinə pul tələbi ilə bağlı mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Cavabdeh1 DİN-nin BMCMİ-yə ünvanladığı izahatından görünür ki, İddiaçı 6-7 il, atası Kirman Sadıqovu isə təxminən 12-13 ildir tanıyır. Həmin şəxslərlə heç bir düşmənçiliyi, şəxsi ədavəti yoxdur. Rövşən Hüseynlini isə 2 ildir iş əsasında tanımış və dostluğu vardır. 2021-ci ilin mart ayında ünvan 1 ünvanında yerləşən ofisə dostu Rövşəni götürmək üçün gəlmişdir. Ora gələndə görmüşdür ki, Kənan adlı tanışı oradadır və Rövşən Hüseynli ilə benzin işi ilə bağlı söhbət edirlər. Bir neçə dəqiqə sonra həmin ofisə tanışı İddiaçı da gəlmişdir. Onlar bir-biri ilə görüşmüş və Afiyəddin də Rövşən ilə Kənanın söhbətinə qoşulmuşdur. Kənan ilə Afiyəddin dostdurlar və birlikdə işləyirlər. Afiyəddin ilə Rövşən haradansa Azərbaycana benzin gətirilməsi ilə əlaqədar söhbət edən zaman o, ofisdən çıxmışdır ki, söhbətlərin şahidi olmasın, çünki başa düşdüyü kimi benzinin hansısa ölkədən Azərbaycana qanunsuz gətirilməsi ilə bağlı söhbətlər aparılırdı. Ofisdən çıxdıqdan bir neçə dəqiqə sonra Rövşən də çıxmış və onlar işləri ilə əlaqədar getmişdir. Həmin gün Rövşən ona Afiyəddinlə aralarında baş verən hadisə ilə əlaqədar heç bir söz deməmişdir. Bir müddət sonra Rövşən onun yanına gələrək bildirmişdir ki, Afiyəddin ilə birlikdə iş görüblər. Belə ki, Rövşən xaricdən Afiyəddinə 2.000 ton benzin gətirməsi üçün beh olaraq 100.000 manat pul alıb və sonrakı müddətdə ona məlum olmayan səbəbdən həmin iş alınmayıb. Rövşən bildirmişdir ki, hazırda Afiyəddin pulunu geri tələb edir və onun həmin pulu qaytarmağa maddi vəziyyəti yol vermir. Bu səbəblə Rövşən ondan xahiş etmişdir ki, Afiyədinlə danışıb pulun geri qaytarılması üçün ondan vaxt alsın. Bu səbəblə o, Afiyyətinlə görüşüb onunla baş vermiş məsələni müzakirə edib, vaxt uzatmışdır ki, dostu Rövşən məsələni həll etsin. Afiyəddin ona hörmət etmədən və sözünə qulaq asmadan pulunu Rövşəndən geri alacağını bildirib vaxtının olmadığını söyləmişdir. Sonrakı müddətdə Afiyəddin Rövşəndən pulunu almadığına görə onu narahat etməyə başlamışdır və Rövşənin dostu olduğu üçün pulu onun ödəməli olduğunu bildirmişdir. Rövşən Hüseynli onun dostu olduğu üçün o, Afyəddinlə razılaşmışdır və ona həmin pulun əvəzində özünə məxsus Qəbələ rayonu, Vəndam kəndində yerləşən 82 sot torpaq sahəsini verəcəyini bildirmişdir. İlkin olaraq Afiyəddin bununla razı olsa da, sonra torpaq sahəsi istəmədiyini və pulu verməyini ondan tələb etmişdir. Eyni məsələ ilə bağlı Afiyəddin Nərimanov RPİ-nin 17-ci Polis Bölməsinə müraciət etmişdir. Orada bölmənin müavini Roman müəllim və təhqiqatçısı Vəzirə xanım onu qəbul etmişlər. Bölmədə olan zaman da o, söz vermişdir ki, qısa müddət ərzində torpaq sahəsini sataraq Afiyəddinə dəymiş maddi ziyanı ödəyəcək. Hazırda ona məlum olmuşdur ki, İddiaçı onun barəsində yenidən şikayət ərizəsi yazıb. X1 DİN-nin BMCMİ-nə verdiyi izahatından görünür ki, İddiaçı ilə aralarında heç bir düşmənçilik və şəxsi ədavət yoxdur. İddiaçı ərizəsində göstərdikləri doğrudur. Belə ki, 2021-ci ilin mart ayında ünvan 2 ünvanında Afyəddin ilə görüşmüşdür. Afiyəddini onun dostu Kənan vasitəsi ilə tanımış və onun ölkəyə yanacaq gətirə biləcəyini ona Kənan bildirmişdir. Görüş zamanı razılaşmışlar ki, o, gəmi ilə xarici ölkələrin birindən Afiyəddin üçün dəyəri 2.000 ton yanacağı 10 gün ərzində respublikaya gətirərək Afiyəddinə təhvil verəcək. Aralarında razılaşdıqdan sonra o, yanacağın gətirilməsi üçün Afiyəddindən 100.000 manat beh almışdır. Razılaşmadan bir müddət sonra o, söz verdiyi kimi ölkəyə “salyarka” gətirərək Afiyəddinə göndərsə də, sonuncu satış qiyməti ilə razı olmamış və buna görə aralarında baş tutmuş razılıq pozulmuşdur. Sonraki müddətdə o, həmin yanacağı müxtəlif şəxslərə nisyə satmaq şərti ilə vermiş və hazırkı vaxtadək pulları geri ala bilmir. Hazırda Afiyəddin beh kimi verdiyi pulu geri istədiyi üçün aralarında narazılıq baş vermişdir. Beh kimi aldığı 100.000 manat pulu 26 dekabr 2021-ci il tarixədək ödəyəcəyinə dair söz verir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(010)-510/2022 saylı qərarından görünür ki, X2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qisməndə cəlb edilmiş və onun barəsində 02 ay 14 gün həddində, yəni xx.xx.2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tаrixdən saat 20:00-dan hesab edilmiş, həbsdə saxlama yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanası müəyyən edilməsi qərara alınmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 14.2.7 Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır. 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.2 Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1 Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh2 Qorxmaz oğluna 2 ton benzin gətirmək qarşılığında beh olaraq 100000 (bir yüz mün) manat məbləğində beh vermiş, lakin cavabdeh aralarında olan razılaşmaya əməl etməmişdir. Daha sonra iddiaçı bununla bağlı müvafiq dövlət orqanlarına şikayət etmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən araşdırma aparılmış,aparılan araşdırma zamanı Cavabdeh2 Qorxmaz oğlu iddiaçıdan beh olaraq 100000 manat məbləğində pulu aldığını qəbul etmiş və araşdırma dövründə 42000 manat məbləğində pulu qaytarmışdır. İddiaçı da iddia tələbində cavabdehlər tərəfindən 42000 manat məbləğində pulun qaytarıldığını qəbul edir və qalan 58000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş edir. Cavabdeh2 Qorxmaz oğlu məhkəməyə ünvanladığı yazılı ərizəsində iddiaçıdan beh olaraq 100000 manat məbləğində pulu aldığını etiraf etmiş, lakin həmin məbləği iddiaçıya tam qaytardığını bildirmişdir. Cavabdeh1 isə iddiaçı ilə Cavabdeh2 arasında olan pul məsələsinə heç bir aidiyyətinin olmamasını, pulu onun almamasını, Cavabdeh2 ona qarşı da dələduzluq etdiyini və pulunu ələ keçirdiyini bildirmiş və iddia tələbinin ona münasibətdə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, göründüyü kimi iddiaçı 2021-ci ildə Cavabdeh2 beh olaraq 100000 manat məbləğində pul vermiş, həmin məbləğdən 42000 manat hissəsini qaytarmışdır. Göründüyü kimi Cavabdeh2 iddiaçıya məxsus 100000 manat məbləğində pulu qəbul edərkən, qarşılığında iddiaçıya neft məhsulları satmağa hər hansı bir hüququ olmamış, bununla da iddiaçıya məxsus 100000 manat məbləğində pulu əldə etməklə əsassız varlanmışdır. Məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 100000 manat məbləğində vəsaitin ona çatmasını Rövşən Hüseynli iddiaçının şikayəti üzrə aparılmış araşdırma zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübariz İdarəsinə verdiyi izahatı zamanı və məhkəməyə ünvanladığı ərizəsi ilə etiraf etmişdir. Bu səbəblə cavabdehin qeyd edilən 100000 manat məbləğində pulu almasını etiraf etməsi iddiaçının tələb etdiyi məbləği cavabdehə verməsini sübut etmə yükündən azad edir. Eyni zamanda məhkəmə hesab edir ki, Cavabdeh2 aldığı 100000 manatı iddiaçıya tam qaytardığını bildirsə də, həmin halı təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edilən məbləğin 42000 manatının qaytarılması iddiaçı tərəfindən etiraf olunduğundan həmin hissədə pulun qaytarılmasını sübut etmə yükündən Cavabdeh2 azad edilir. Lakin iddiaçının tələb etdiyi 58000 manatın cavabdeh tərəfindən qaytarılmasını cavabdeh məhkəmədə sübut edə bilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi 58000 manat məbləğində pulun Cavabdeh2 Qorxmaz oğlundan tutulması hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh1 58000 manat tutulması hissəsi ilə bağlı qeyd edir ki, həmin hissədə iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iddiaçı Cavabdeh1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübariz İdarəsinə verdiyi izahatında pulu digər cavabdehlə birlikdə almasını bildirsə də, məhkəmə tərəfindən alınmış qeyd edilən izahatdan görünür ki, Cavabdeh1 100000 manat məbləğində pulun iddiaçıdan alınmasını qəbul etməmiş, əksinə həmin məbləğin alınması ilə heç bir əlaqəsinin olmadığını bildirmişdir. İddiaçı 100000 manat məbləğin eyni zamanda Cavabdeh1 tərəfindən də qəbul edilməsini məhkəmə iclasında sübut edə bilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 münasibətdə əsassız olduğundan təmin edilə bilməz. Məhkəmənin gəldiyi nəticə Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 58000 (əlli səkkiz min) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh2 58000 (əlli səkkiz min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Rübabə Qafarova