Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3091/2023 09.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, İK-KK-606 nömrəli kredit müqaviləsinə əsasən 16789.48 manat əsas, 2835.61 manat faiz borcu olmaqla, cəmi 19625.09 manat, xx.xx.2021-ci il tarixli TK-KKK-316 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən 9798.57 manat əsas, 582.85 manat faiz borcu olmaqla, cəmi 10381.42 manat tutulması, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 180.02 AZN dövlət rüsumunun və 0,40 (qırx) qəpik bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, "xxxx" ASC-nin Müştəri Xidməti Departamenti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK-KK-606 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 48 ay müddətinə, illik 16 faiz dərəcəsi ilə hesablanmaqla 20000 manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixində imzalanmış “kredit müqaviləsinə 2 nömrəli əlavəyə” əsasən illik faiz dərəcəsi azaldılaraq 12 faiz müəyyən edilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixli “kredit müqaviləsinə 2 nömrəli əlavəyə” əsasən illik faiz dərəcəsi 23 faiz olaraq müəyyən edilmişdir. Həmçinin bank ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli TK-KKK-316 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən Bank tərəfindən borcluya 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 2000 manat məbləğində kredit xətti açılmışdır. xx.xx.2021-ci il tarixində xx.xx.2021-ci il tarixli TK-KKK-316 nömrəli tam kart çərçivə müqaviləsinə edilmiş əlavə sazişə əsasən kredit kartının limiti 5000 manat olaraq dəyişdirilmişdir. Daha sonra xx.xx.2022-ci il tarixində xx.xx.2021-ci il tarixli TK-KKK-316 nömrəli tam kart çərçivə müqaviləsinə edilmiş 2 nömrəli əlavə sazişə əsasən kredit kartının limiti 10000 manat olaraq dəyişdirilmişdir. Borclu Cavabdeh kredit müqavilələri üzrə vəsaitindən tam istifadə etmiş, lakin kredit borcu və hesablanmış faizləri müqavilələr ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırmışdır. Filial tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli, İK-KK-606 nömrəli kredit müqaviləsi üzrə banka borcu 16789.48 manat əsas, 2835.61 manat faiz borcu olmaqla, cəmi 19625.09 manat, xx.xx.2021-ci il tarixli TK-KKK-316 nömrəli tam kart çərçivə müqaviləsi üzrə 9798.57 manat əsas, 582.85 manat faiz borcu olmaqla, cəmi 10381.42 manat təşkil edir. Beləliklə, Cavabdeh borcun vaxtında qaytarılması haqqında dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün cavabdeh tərəfindən tədbirlər görülməmiş, müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir. Eyni zamanda Bank iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 180.02 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul edir. Belə ki, o, krediti götürdüyü müddətdə "xxxx" ASC-də çalışmışdır. Daha sonra 2023-cü ilin yanvar ayında işdən çıxmış və Banka olan borcunu ödəyə bilməmişdir. Hazırda banka olan borcundan hissə-hissə olmaq şərti hər ay 613 manat məbləğində pul ödəmək niyyətindədir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, İK-KK-606 nömrəli kredit müqaviləsindən və ona əlavə edilmiş 1 nömrəli əlavədən görünür ki, bank borclu Cavabdeh illik 16% olmaqla 48 ay müddətinə 20000 manat məbləğində kredit vermişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, TK-KKK-316 nömrəli tam kart çərçivə müqaviləsindən görünür ki, bank borclu Cavabdeh 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 2000 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-yə 16789.48 manat əsas, 2835.61 manat faiz borcu olmaqla, cəmi 19625.09 manat borcu vardır. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən "xxxx" ASC-yə 9798.57 manat əsas, 582.85 manat faiz borcu olmaqla, cəmi 10381.42 manat və rüsum üzrə tələb edilən 180,42 manat borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh yaranmış mövcud borcun ödənilməsi barədə xəbərdalıq edilmişdirlər. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli xx.xx.2021-ci il tarixli, TK-KKK- 316 nömrəli tam kart çərçivə müqaviləsinə dəyişikliklərin edilməsi haqqında 2 nömrəli əlavə sazişdən görünür ki, Müqaviləyə əsasən verilmiş kredit limitinin məbləğinin artırılması ilə bağlı Müqaviləyə dəyişikliklərin edilməsi təşkil edilmiş və Müqavilənin 2.1-ci bəndində kredit kartının limiti 5,000.00 (beş min) manat sözləri 10,000.00 (on min) manat sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qusürlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdidrilmiş digər şərtləri pozmaqla icra edilməsi ) başa düşülür. Həmin məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK-KK-606 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 48 ay müddətinə, illik 16 faiz dərəcəsi ilə hesablanmaqla 20000 manat məbləğində kredit verilmişdir. Həmçinin bank ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli TK-KKK-316 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən Bank tərəfindən borcluya 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 2000 manat məbləğində kredit xətti açılmışdır. xx.xx.2021-ci il tarixində xx.xx.2021-ci il tarixli TK-KKK- 316 nömrəli tam kart çərçivə müqaviləsinə edilmiş əlavə sazişə əsasən kredit kartının limiti 5000 manat olaraq dəyişdirilmişdir. Daha sonra xx.xx.2022-ci il tarixində xx.xx.2021-ci il tarixli TK-KKK-316 nömrəli tam kart çərçivə müqaviləsinə edilmiş 2 nömrəli əlavə sazişə əsasən kredit kartının limiti 10000 manat olaraq dəyişdirilmişdir. İş üzrə iddiaçı "xxxx" ASC üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin lakin sonuncu bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə cavabdeh müqavilə üzrə öhdəlikləri lazımınca icra etmədiyindən Cavabdeh İK-KK-606 nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 16789.48 manat əsas, 2835.61 manat faiz borcu olmaqla, cəmi 19625.09 manat, TK-KKK-316 nömrəli xx.xx.2021-ci il tarixli tam kart çərçivə müqaviləsi üzrə 9798.57 manat əsas, 582.85 manat faiz borcu olmaqla, cəmi 10381.42 manat, qırx iki qəpik) manat, və 180,02 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. Cavabdeh İK-KK-606 nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 16789.48 manat əsas, 2835.61 manat faiz borcu olmaqla, cəmi 19625.09 (on doqquz min altı yüz iyirmi beş manat, doqquz qəpik) manat, TK-KKK-316 nömrəli xx.xx.2021-ci il tarixli tam kart çərçivə müqaviləsi üzrə 9798.57 manat əsas, 582.85 manat faiz borcu olmaqla, cəmi 10381.42 (on min üç yüz səksən bir manat, qırx iki qəpik) manat, və 180,02 (yüz səksən manat, iki qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidmət haqqı tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №e-2(010)-3091/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3091/2023
09.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver