Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-3162/2021 26.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Suraxanı rayon məhkəməsinin 18.05.2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə iddiaçı tərəfindən verilmiş ərizəsi təmin edilmiş, hazırki işə mahiyyəti üzrə baxılıb qurtaranadək VOLKSWAGEN TİGUAN markalı **-EP-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29.06.2021-ci il tarixli 2(010)-3162/2021 nömrəli qərardadı ilə (hakim Təranə Mahmudovanın sədrliyi ilə) İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək mülki iş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmiş və iş üzrə icraat dayandırılmışdır. Suraxanı rayon məhkəməsinin 15.10.2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmiş, işin məhkəmə baxışı 26.10.2021-ci il tarixə, saat 11:40-yə təyin edilmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 11.10.2021-ci ildə məhkəməyə İddiaçı ərizəsi daxil olmuş və o, həmin ərizəsində iddiadan imtinasını qəbul edilərək mülki işin icraatına xitam verilməsini xahiş etmişdir. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, artıq aralarında məhkəmədən kənar razılıq əldə olunmuşdur. Odur ki, həmin iddiadan imtina etmək qərarına gəlmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddiaçının iddiadan imtinası məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Tərəflərə izah olunur ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Bundan başqa, 26.10.2021-ci il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizəsi daxil olmuş və o, həmin ərizəsində İddiaçı iddiadan imtina ərizəsinin qəbul edilərək, hazırki mülki işə üzrə icraata xitam verilməsini və VOLKSWAGEN TİGUAN markalı **-EP-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Hazırki məhkəmə qərardadı qanuni qüvvəsini aldıqdan sonra Suraxanı rayon məhkəməsinin 18.05.2021-ci il tarixli qərardadı ilə iddianın təmini tədbiri kimi VOLKSWAGEN TİGUAN markalı **-EP-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.3-ci maddəsinə görə iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat iddiaçı və cavabdehdən müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162, 261, 262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə İddiaçı iddiadan imtinası məhkəmə tərəfindən qəbul olunsun və həmin mülki işin icraatına xitam verilsin. İddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat İddiaçı və Cavabdeh müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin (X1, Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** hesab AZ34CTRE********************) hesabına keçirilsin. Hazırki məhkəmə qərardadı qanuni qüvvəsini aldıqdan sonra Suraxanı rayon məhkəməsinin 18.05.2021-ci il tarixli qərardadı ilə iddianın təmini tədbiri kimi VOLKSWAGEN TİGUAN markalı **-EP-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Tərəflərə izah edilsin ki, hazırki iddiadan imtina edildiyinə görə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Sərdlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №e-2(010)-3162/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-3162/2021
26.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver