Məhkəmə qərarları › İş №e-2(010)-3166/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3166/2024

25.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3166/2024 25.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X213 qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə İddiaçı İB) Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. İddiaçı İB (Paylayıcı) ilə Cavabdeh (İstehlakçı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli AKX-05398xx/xx-2023 №-li qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, “Paylayıcı” bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq “İstehlakçı”nı keyfiyyətli qazla təmin edir, “İstehlakçı”isə aldığı qazın dəyərini qaz sayğacının göstərişinə uyğun olaraq “Paylayıcı” tərəfindən təqdim edilən hesaba əsasən ödəyir (bənd 1). Qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının vəzifəsidir (bənd 2.3.1).

2. İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii X114nın pozulması haqqında” aktlardan görünür ki, xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 172,80 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 1209,60 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 4250,88 manat cərimə yazılmışdır.

3. İddiaçı İB tərəfindən Bakı Şəhər Baş Polis İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli “Vətəndaşların qanunsuz hərəkətləri barədə” müraciətdən görünür ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı şəhər ətraf qəsəbə və kəndlərin sosial iqtisadi inkişaf proqramının icrası olaraq, X58 tərəfindən Bakı şəhəri ərazisində əhalinin qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə qaz şəbəkə sisteminin gücləndirilməsi, yeni qaz xətlərinin çəkilişi, yararsız qaz tənzimləyicilərinin yeniləri ilə əvəzlənməsi işləri aparılmışdır. Lakin qoşmada təqdim edilmiş ünvanlarda yaşayan bəzi vətəndaşlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarfnın tələblərinə məhəl qoymadan, istehlakçıları fasiləsiz təbii qazla təmin edən daşıyıcı və paylayıcı qaz xətlərinə müdaxilə edirlər. Nəticədə qaz şəbəkə sisteminin kipliyi pozulur və qaz xətlərində yaranan qaz sızmaları ətrafda yaşayanlar üçün təhlükəli vəziyyət yaradaraq bədbəxt hadisələrin baş verməsinə şərait yaradır. 2023-cü ilin yanvar-oktyabr aylarında təbii X114nı pozduqlarına görə qoşmada qeyd olunan ünvanlarda yaşayan vətəndaşlar tərəfindən sayğacdan kənar qaz xətti vasitəsi ilə qazdan qeyri-qanuni istifadə, oğurluq nəticəsində külli miqdarda İddiaçı İB-nə maddi ziyan dəymişdir. Həmin vətəndaşların əksəriyyəti texniki təhlükəsizlik qaydalarına riayət etmədən təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etməkdədirlər. Göstərilənləri nəzərə alaraq vətəndaşların özlərinin və ətrafda yaşayanların həyat və sağlamlığı üçün təhlükə mənbəyinə çevirilmiş bu halların, həmçinin onların qeyri-qanuni əməllərinin qarşısını almaq məqsədi ilə siyahıda adları qeyd olunan istehlakçılara qarşı təsirli tədbirlərin görülməsi barədə aidiyyəti üzrə müvafiq göstəriş verməyiniz xahiş edilmişdir.

4. İddiaçı İB tərəfindən Bakı Şəhər Baş Polis İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli “Vətəndaşların qanunsuz hərəkətləri barədə” müraciətdən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2000-ci il tarixli 356 saylı “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” Fərmanın 9-cu bəndinə əsasən “Azəriqaz" İstehsalat Birliyi təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirməlidir. Bundan əlavə “X173” Azərbaycan Respublikasının Qanununda aparılmış yeni dəyişikliklərlə əlaqədar həmin qanun 6-1, 6-2, 6-3 və 6-4-cü maddələrinə əsasən yaşayış və qeyri-yaşayış sahələrində müayinə və texniki xidmət işləri İddiaçınə həvalə edilmişdir. Lakin adları qeyd olunan vətəndaşlar tərəfindən əlavə qaz xətlərindən qeyri-qanuni istifadə etməklə yanaşı evlərdə müayinə və texniki xidmətin keçirilməsinə şərait yaratmırlar. Birliyin qanunla müəyyən edilmiş fəaliyyətinin icrasına maneə törədirlər. Onlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarf’mn tələblərinə məhəl qoymadan qaz sayğaclarına müdaxilə edərək yararsız vəziyyətə salır və istehlakçıları fasiləsiz təbii qazla təmin edən daşıyıcı və paylayıcı qaz xətlərinə müdaxilə edirlər. Nəticədə qaz şəbəkə sisteminin kipliyi pozulur və qaz xətlərində yaranan qaz sızmaları ətrafda yaşayanlar üçün təhlükəli vəziyyət yaradaraq bədbəxt hadisələrin baş verməsinə şərait yaranır. Bundan əlavə “X173” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-1 -ci hissənə uyğun olaraq “Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş uzrə icraata başlanılması məsələsinə baxılması ucun müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin movsumu, əvvəlki dovrun orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (novu, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X114 ilə tənzimlənir”. Müvafiq hesabat ayında təbii X114nı pozduqlarına görə Sabunçu rayonunda yerləşən fərdi yaşayış evlərində yaşayan X87, X63, X16, X88, X116, X9, X64, X36, X4, X171, X65, X140, X141, X117, X89, Azər Baxışov, X10, X212, X66, X67, X90, X27, X91, Bəhman Mürşüdov, Bəsti Hüseynova, X92, X118, X37, X5, X93, X38, Əbülfəz Məmmədov, X94, Əhməd Tağıyev, X142, Əkbər Əli, X143, Əlican Ağaəli oğlu, Əlikömək Heybətov, X13, Əliyasin Kərimov, X17, Elman Baxışov, Elmir Həbibov, X68, X144, X119, X69, X70, X120, X95, X145, Əziz Əliməmmədov, Əzizxan Hüseynov, X14, X18, X71, X28, X146, X96, X15, Gülas Fəttahova, X2, X97, X19, X6, Gülzar Ağabəyova, Hacı Cavadov, Həbib Baləli oğlu, X121, X122, Hicran Fətullayeva, X39, ilahəxanım Zülfüqarova Məmmədqulubəy qızı, X72, X123, İradə Rəhimova, Canpolad Sumbatov, Cavad Səmədov, Kərimqulu Məmmədov, X98, Malik Əliyev, Malik Mehdiyev, X40, X73, X74, Məlahət Manafova, Məryəm Məmmədova, Məsim İsmayılov, X41, X7, X75, X42, X124, Muxtar Şıxəliyev, X76, X125, X43, X77, Nərgiz Rzayeva ibrahim qızı, X78, X126, X11, Niyaməddin Quliyev, X79, X44, X45, Qaraxan Əşrəf oğlu, X46, X47, Qoçəli Məcidov, Cavabdeh Babagül oğlu, Qulu Quliyev, X127, X128, X129, Rəfiqə Ələkbərova, Rəhilə Kərimova, Rəşid Heybətov, X48, X147, X130, X99, X49, Rüxsarə Əliyeva, Rzaəli Bünyatov, X12, Şahnəzər Həsənov, Şakir Hüseynov, Şamil Əlixanov, X131, X50, Sara Fətullayeva, X29, X51, Səidə Bayramova, X20, X52, X100, X21, X53, X101, X30, X31, X22, X80, Süsən Şıxəliyevə, Svetlana Qurbanova, X81, Telli Rüstəmova, Teymur Baxışov, X54, X172, X102, X23, Xanım Nuriyevə, Xanlar Nuriyev, Xanoğlan Gülmirzəyev, X55, X82, X24, X25, X132, X148, X103, X56, X133, X57, X83, X134 və X1 qaz xətti vasitəsi ilə qazdan qeyri-qanuni istifadə etməsi və oğurluğu nəticəsində İddiaçı İB-nə külli miqdarda 240558 maddi ziyan dəymişdir. Həmin vətəndaşlar texniki təhlükəsizlik qaydalarına riayət etmədən təbii qazdan qeyriqanuni istifadə etməkdədir. Göstərilənləri, Birliyin qanunla müəyyən edilmiş fəaliyyətinin icrasına maneə törədilməsini və Cinayət məcəlləsinin 177.2.3-2-ci maddəsinin tələblərini nəzərə alaraq vətəndaşların özlərinin və ətrafda yaşayanların həyat və sağlamlığı üçün təhlükə mənbəyinə çevirilmiş bu halların, həmçinin onların qeyri-qanuni əməllərinin qarşısının alınması məqsədi ilə siyahıda adları qeyd olunan vətəndaşlara qarşı təsirli tədbirlərin görülməsi və müayinə və texniki xidmətin keçirilməsinə şəraitin yaradılması barədə aidiyyəti üzrə müvafiq göstəriş verilməsi xahiş edilmişdir.

5. Saldodan görünür ki, İddiaçı İB tərəfindən Cavabdeh ünvanına 2489,54 manat debitor borc yaranmışdır.

İşin faktiki halları

6. İddiaçı İB (Paylayıcı) ilə Cavabdeh (İstehlakçı) arasında xx.xx.2023-cü il tarixli qazın alqı-satqısı barədə müqavilənin bağlanması işin mübahisəsiz hallarıdır.

İddia tələbi

7. İddiaçı İB Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 5633,28 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 2489,54 manat və 101,23 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 8224,05 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan X115 şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları

8. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun bildirdi ki, iddia tələbi iki hissədən ibarətdir. Birincisi, dəymiş ziyan, digəri isə debitor borcla bağlıdır. Dəymiş ziyanla bağlı cavabdehin ünvanına 3 akt tərtib olunmuş, ilk iki akt sayğaca müdaxilə, sonuncusu isə kənar xəttlə bağlı olmuşdur. Həmin hallarla bağlı polisə müraciət ünvanlansa da, nəticəsi barədə məlumat olmamışdır. Qeyd olunanlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 2489,54 manat borcu da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda 8122,82 manat təşkil etməkdədir. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarı ilə təsdiq olunmuş “X114”

1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. 3.1.11. qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

11. “X173” Azərbaycan Respublikasının Qanunu

Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X114 ilə tənzimlənir.

Məhkəmənin mövqeyi

12. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb, tərəfin izahatını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia qismən təmin edilməlidir.

13. Belə ki, iş üzrə müəyyən olunmuş hallar ondan ibarətdir ki, iddiaçı cavabdehin kənar xəttə qoşulması ilə bağlı akt tərtib edərək məhkəməyə təqdim etmiş və həmin akta əsasən borcun hesablandığını iddia edir. Göründüyü kimi cavabdehin evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək iddiaçının vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya qarşı əsassız və qanunsuz tələblər irəli sürmüşdür. Eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsində və Azərbaycan Respublikası İnzibati- Xətalar Məcəlləsində təbii qazdan qanunsuz istifadə və talanması ilə əlaqədar vətəndaşların və vəzifəli şəxslərin məsuliyyəti nəzərdə tutulmuş olmasına baxmayaraq, hazırkı iddia tələbinin sübutu kimi məhkəməyə təqdim olunmuş məlum aktlar əsasında müəyyən olunmuş kənar (qanunsuz) qoşulma nəticəsində qanunsuz qazdan istifadə ilə əlaqədar müvafiq hüquq-mühafizə orqanlarına şikayət edilsə də, həmin şikayətin nəticəsi barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sənəd (sübut) təqdim olunmamışdır. Halbuki, həm “X173” Azərbaycan Respublikasının Qanununa, həm də “X114”na əsasən istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

14. “X173” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 25 fevral 2022-ci il tarixli 486-VİQD №-li Qanununa əsasən 13-cü maddəyə əlavə edilmiş 8-1-ci hissə 2022-ci il mayın 1-dən qüvvəyə mindiyi üçün iddiaçının cavabdehə qarşı xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında iddia tələbinin əsaslılığı, yəni cavabdehdən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 4250,88 manat pulun tutulması barədə iddia tələbi məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən sübut edilməmişdir və bu vəziyyətdə cavabdehdən iddia tələbində göstərilən məbləğdə pulun tutulması yolverilən hesab edilə bilməz. Çünki istehlakçının həmin akt əsasında qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Odur ki, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında istehlakçının qazın talanmasında təqsirli olması müəyyən edilmədiyi üçün qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilməz.

15. “X173” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 25 fevral 2022-ci il tarixli 486-VİQD №-li Qanununa əsasən 13-cü maddəyə əlavə edilmiş 8-1-ci hissə 2022-ci il mayın 1-dən qüvvəyə mindiyi üçün həmin tarixdən əvvəl əmələ gəlmiş münasibətlərə şamil edilmədiyindən xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 172,80 manat və xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 1209,60 manat pulun tutulması barədə iddia tələbi əsaslıdır.

16. Bundan əlavə, məhkəmə cavabdeh tərəfindən **********10000 nömrəli abonent kodu ilə təbii qazdan istifadə edilməsi nəticəsində debitor borcun tutulması ilə bağlı iddia tələbini əsaslı hesab edir. Belə ki, iş materiallarından görünür ki, cavabdehin ödənilməmiş 2016-cı ilin qalıq 22,60 manat sərfiyyat borcu, 2020-ci ilin mart-dekabr ayları üzrə 214,90 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 744,35 manat sərfiyyat borcu və limitdən əlavə 31,90 manat sərfiiyat borcu, 2022-ci ilin yanvar-avqust ayları üzrə 418,56 manat sərfiyyat borcu və limitdən əlavə 18,44 manat sərfiyyat borcu, 2023-ci ilin aprel ayı üzrə uçotu pozulmuş qaz sərfin 14,04 manat sərfiyyat borcu, cəmi 1464,79 manat sərfiyyat borcu qalmışdır. Həmçinin, 2019-cu il sentyabr ayından sayğac dəyişikliyindən sonra isə abonentin 178,90 manat, 2020-ci il mart ayından abonentin 94,10 manat və 2023-cü il may ayından abonentin 915,75 manat, cəmi 1188,75 manat məbləğində dəyəri ödənilməmiş sərfiyyat borcu aşkar edilmişdir (1464,79+1188,75=2653,54). 2020-ci ilin mart ayından 2024-cü ilin aprel ayına qədər cavabdeh 164 manat ödəniş etmiş və sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 2489,54 manat borcu (debitor borc) qalmışdır.

Məhkəmə xərcləri

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

18. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 47 manat məbləğində pul Cavabdeh iddiaçı "Azəriqaz" İB-nin xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 54,23 manat hissəsi iddiaçı "Azəriqaz" İB-nin özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə

20. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 172,80 manat və xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 1209,60 manat, təbii qazdan istifadəyə görə yaranmış debitor borc olaraq 2489,54 manat olmaqla, cəmi 3871,94 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "Azəriqaz" İB-nin Azərbaycan X115 şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.

21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 172,80 manat və xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 1209,60 manat, təbii qazdan istifadəyə görə yaranmış debitor borc olaraq 2489,54 manat olmaqla, cəmi 3871,94 (üç min səkkiz yüz yetmiş bir manat doxsan dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Azərbaycan X115 şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 47 (qırx yeddi) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 54,23 (əlli dörd manat iyirmi üç qəpik) manat hissəsi İddiaçı özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar