Məhkəmə qərarları › İş №e-2(010)-3185/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3185/2025

04.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3185/2025 04.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən İmei kod **********98037 İphone 14, Paket XXXL xidməti, Apple adapter üçün 2456.8 manat ödənilməmiş hissə, 245.68 manat cərimə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, İzqara Braun, Blender Braun, Fritoz Tefal, Ətçəkən Bosch, Mikrodalğalı soba Samsung, 5 ədəd qızıl zəmanət ultra 3 il xidmət üçün 2156.2 manat ödənilməmiş hissə, 215.62 manat cərimə, ümumilikdə 5097.90 manat borc və 70.98 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. Cavabdeh, "xxxx" MMC ilə xx.xx.2024-cü il və xx.xx.2024-cüil tarixli müqaviləsinə əsasən, İmei kod **********98037 İphone 14, Paket XXXL xidməti, Apple adapter və İzqara Braun, Blender Braun, Fritoz Tefal, Ətçəkən Bosch, Mikrodalğalı soba Samsung, 5 ədəd qızıl zəmanət ultra 3 il xidmət almış və nəticədə 5097.90 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2764.8 manat olan İmei kod **********98037 İphone 14, Paket XXXL xidməti, Apple adapter üçün ümumilikdə 2726.08 manat olmaqla ondan, 2456.8 manat ödənilməmiş hissə, güzəşt olunaraq 245.68 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2724.24 manat olan İzqara Braun, Blender Braun, Fritoz Tefal, Ətçəkən Bosch, Mikrodalğalı soba Samsung, 5 ədəd qızıl zəmanət ultra 3 il xidmət üçün ümumilikdə 2371.82 manat olmaqla ondan 2156.2 manat ödənilməmiş hissə və güzəşt olunaraq 215.62 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 876.04 manat təşkil edir.

Tərəflərin izahatları

3. İddiaçı "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini və tələb olunan cərimə ilə razı olmadığını bildirdi.

İş materialları

5. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə və ona əlavə olan bildirişdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə ümumi dəyəri 2764.8 manat məbləğində İmei kod **********98037 İphone 14, Paket XXXL xidməti, Apple adapter əldə etmiş və həmin məbləği ilkin ödəniş 0 manat, aylıq 153.6 manat olmaqla, 18 ay müddətində "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Eyni zamanda, məhsul tam və qüsursuz şəkildə Cavabdeh təhvil verilmişdir.

6. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə və ona əlavə olan bildirişdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə ümumi dəyəri 2724.24 manat məbləğində İzqara Braun, Blender Braun, Fritoz Tefal, Ətçəkən Bosch, Mikrodalğalı soba Samsung, 5 ədəd qızıl zəmanət ultra 3 il xidmət əldə etmiş və həmin məbləği ilkin ödəniş 0 manat, aylıq 113.51 manat olmaqla, 24 ay müddətində "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Eyni zamanda məhsul tam və qüsursuz şəkildə Cavabdeh təhvil verilmişdir.

7. xx.xx.2025-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 2456.8 manat ödənilməmiş hissə, 245.68 manat cərimə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, 2156.2 manat ödənilməmiş hissə, 215.62 manat cərimə olmaqla ümumilikdə 5097.90 manat borcu vardır.

8. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında satılmış İmei kod **********98037 İphone 14 markalı telefonun açılıb-bağlanılması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 23.6 manat rüsum ödənilmişdir.

9. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh öhdəliyini 3 iş günü ərzində yerinə yetirmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

İşin faktiki halları

10. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il və xx.xx.2024-cüil tarixli müqavilələr əsasında iddiaçı tərəfindən cavabdehə həmin müqavilələrdə nəzərdə tutulan məhsullar təqdim edilmiş və cavabdeh həmin məhsulların dəyərini ödəniş qrafikinə uyğun ödəməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı cavabdehin öz öhdəliyini lazımi qaydada yerinə yetirmədiyini qeyd edərək iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qismən qəbul etdiyini və tələb olunan cərimə ilə razı olmadığını bildirmişdir.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 422. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 586. Əşyanın keyfiyyətinin yoxlanması Maddə 586.2. Əgər bu Məcəllənin 586.1-ci maddəsinə uyğun olaraq əşyanın keyfiyyətinin yoxlanması qaydası müəyyənləşdirilməyibsə, əşyanın keyfiyyəti işgüzar dövriyyə adətlərinə və ya alğı-satqı müqaviləsi üzrə verilməli əşyanın yoxlanmasının adətən tətbiq edilən digər şərtlərinə müvafiq surətdə yoxlanılır. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Məhkəmənin mövqeyi

13. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

14. Müəyyən edilir ki, tərəflər arasında etibarlı müqavilə münasibətləri yaranmışdır. Müqavilələrin etibarsızlığına (əhəmiyətsizliyinə) dəlalət edən hər hansı hal yoxdur. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddiaçı tərəf haqlı olaraq müqavilə münasibətlərinə əsaslanmaqla cavabdehə qarşı hazırkı tələbi irəli sürmüşdür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqavilələri üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilələrdə nəzərdə tutulan məhsulları - İmei kod **********98037 İphone 14, Paket XXXL xidməti, Apple adapter və İzqara Braun, Blender Braun, Fritoz Tefal, Ətçəkən Bosch, Mikrodalğalı soba Samsung, 5 ədəd qızıl zəmanət ultra 3 il xidməti cavabdehə təqdim etmişdir. Cavabdeh isə nisyə alqı-satqı müqavilələri əsasında əldə etdiyi həmin məhsullara görə borclu olduğu məbləği ödəniş qrafiklərinə uyğun ödəməyi öhdəsinə götürsə də, lakin öhdəliyini icra etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

15. Lakin, bununla belə, məhkəmə hesab edir ki, hazırki iddia tələbi xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müqavilə üzrə tələb edilən cərimə borcuna münasibətdə qismən əsaslıdır. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 100 manat və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 100 manat məbləğində dəbbə pulu (penya) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

16. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, iddia tələbi cavabdehdən tələb edilən iddiaçı tərəfindən İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.6 manat rüsumun tutulması hissəsində də əsaslıdır. Belə ki, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında satılmış İmei kod **********98037 İphone 14 markalı telefonun açılıb-bağlanılması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 23.6 manat rüsum ödənilmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmə xərcləri

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

18. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 70.98 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 68.36 manat hissəsi Cavabdeh tutularaq iddiaçı ABC Telecom” MMC-yə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

20. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2456.8 manat əsas borc, 100 manat cərimə və İnnovativ layihələr mərkəzinə ödənilən 23.6 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2156.2 manat əsas borc və 100 manat cərimə olmaqla cəmi 4836.60 manat və iş üzrə ödənilmiş 70.98 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 68.36 manat hissəsi Cavabdeh tutularaq iddiaçı ABC Telecom” MMC-yə ödənilməlidir.

21. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2456.8 manat əsas borc, 100 manat cərimə və İnnovativ layihələr mərkəzinə ödənilən 23.6 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2156.2 manat əsas borc və 100 manat cərimə olmaqla cəmi 4836.60 manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 70.98 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 68.36 manat hissəsi Cavabdeh tutularaq iddiaçı ABC Telecom” MMC-yə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar