Məhkəmə qərarları › İş №e-2(010)-3189/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3189/2025

19.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3189/2025 19.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, cəmi borcu 11687.23 ABŞ dolları – bundan 5221.20 ABŞ dolları əsas, 3006.17 ABŞ dolları faiz, 2691.17 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 768.69 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 149.61 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli Kredit müqaviləsinə əsasən, cavabdehə “Dövriyyə vəsaitinin artırılması” məqsədi ilə 24 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 12740 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən kredit Borcalana “Dövriyyə vəsaitinin artırılması” məqsədi ilə verilsə də, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat əldə etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində fiziki şəxslər üzrə ada görə “Cavabdeh2’ vergi ödəyicisi kimi axtarılmış, lakin buna baxmayaraq həmin ada uyğun VÖEN müəyyən edilməmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında 170006600/ZM nömrəli 20 noyabr 2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin müvafiq bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. ********* nömrəli 20 noyabr 2014-cü il tarixli Kredit müqaviləsinə xx.xx.2015-ci il tarixdə Əlavə Saziş bağlanmışdır. Müqaviləyə əsasən Kreditorun Borcalana 12740 ABŞ dolları məbləğdə verdiyi kreditin qalıq məbləği 11477.87 ABŞ dolları təşkil edir. Kreditin son ödəmə müddəti xx.xx.2017-ci il tarixinədək təyin olunur. Əlavə Sazişə əsasən Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılır. ********* nömrəli 20 noyabr 2014-cü il tarixli Kredit müqaviləsinə xx.xx.2016-cı il tarixdə ********* saylı Əlavə Saziş bağlanmışdır. Müqaviləyə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (əsas borc, hesablanmış və əsas borcun üzərinə kapitallaşdırılmış faiz və cərimə məbləği ilə birlikdə) 9014.5 ABŞ dolları təşkil edir. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2018-ci il tarixədək uzadılır. Kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 10 faiz ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh1 ilə zaminlik bağlanılır. Daha sonra ********* nömrəli 20 noyabr 2014-cü il tarixli Kredit müqaviləsinə 16 may 2017-ci il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 10445.3 ABŞ dolları təşkil edir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 8768.69 ABŞ dolları əsas borc, 778.97 ABŞ dolları faiz borcu və 897.64 ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılır. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 10 faiz ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-B-41-5084/2025 saylı xx.xx.2025-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2025-ci il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 11687.23 ABŞ dolları təşkil edir. Bundan 5221.20 ABŞ dolları əsas, 3006.17 ABŞ dolları faiz, 2691.17 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 768.69 ABŞ dolları faiz borcu təşkil edir. Tərəflərin izahatları. İş üzrə iddiaçının nümayəndəsi Tağızadə Rəşad məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. İş materialları. xx.xx.2025-ci il tarixli, 12-5/2-B-23-5080/2025 nömrəli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə cavabdehin ləğv prosesində olan İddiaçı ASC-yə 5221.20 ABŞ dolları əsas, 3006.17 ABŞ dolları faiz, 2691.17 ABŞ dolları cərimə, 768.69 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz olmaqla, cəmi 11687.23 ABŞ dolları məbləğində kredit borcu vardır. xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC - “Kreditor”, Cavabdeh2 – “Borcalan” olmaqla bağlanmış həmin müqavilənin 2-ci bəndinə əsasən, Kreditor borcalana dövriyyə vəsaitinin artırılması və cari x məqsədilə 24 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 12740 ABŞ dolları məbləğində kredit verir. Gecikdirilən borc məbləğinə cərimə kimi illik 56 faiz dərəcəsilə, aylıq isə 4.67 faiz dərəcəsilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir. xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə əlavə olunan 1 nömrəli Sazişə əsasən, Cavabdeh2 12740 ABŞ dolları məbləğində krediti 24 ay müddətdə, illik 28 faiz ödəmək şərtilə götürmüşdür. Aylıq ödəniş isə 699.58 ABŞ dolları təşkil edir. xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsinin ödəniş cədvəlinə əsasən, borcalan Cavabdeh2 xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixinədək hər ay 699.58 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə isə 699.44 ABŞ dolları ödəniş etməlidir. xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə xx.xx.2016-cı il tarixli ********* saylı Əlavə sazişdən görünür ki, İddiaçı ASC - “Kreditor”, Cavabdeh2 – “Borcalan” olmaqla bağlanmış həmin sazişin 1-ci bəndinə əsasən, Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (əsas borc, hesablanmış və əsas borcun üzərinə kapitallaşdırılmış faiz və cərimə məbləği ilə birlikdə) 9014.5 ABŞ dolları təşkil edir. Kreditin müddəti əlavə saziş imzalandığı tarixdən xx.xx.2018-ci il tarixinədək uzadılır. Kredit üzrə borcalan tərəfindən Əlavə saziş imzalandığı tarixdən etibarən illik 10% ödənilir. Bu saziş imzalandığı tarixdən etibarən Müqavilənin ayrılmaz hissəsi olan ödəniş qrafiki dəyişdirilir. xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli, 2 nömrəli Əlavə sazişdən görünür ki, İddiaçı ASC - “Kreditor”, Cavabdeh2 – “Borcalan” olmaqla bağlanmış həmin sazişin 1-ci bəndinə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 10445.3 ABŞ dolları təşkil edir. Ödəniş qrafiki üzrə Borcalan tərəfindən manatla ödənişlər Kreditor tərəfindən 1 ABŞ dolları=1.4 AZN məzənnəsi əsas götürülməklə qəbul edilir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 8768.69 ABŞ dolları əsas borc, 778.97 ABŞ dolları faiz borcu və 897.64 ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 10 faiz təşkil edir. Gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən, cərimə kimi illik 20 faiz dəbbə pulu hesablanır. Bu Saziş imzalandığı tarixdən etibarən Müqavilənin ayrılmaz hissəsi olan ödəniş qrafiki dəyişdirilir. 170006600 saylı kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx.xx.2015-ci il tarixli kredit hesabı üzrə qrafikdən görünür ki, Cavabdeh2 illik 28% dərəcəsi ilə, 31 ay müddətinə 11477.87 ABŞ dolları kredit verilmişdir. Həmin qrafikə əsasən, borcalan Cavabdeh2 xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixinədək hər ay 524.29 ABŞ dolları, xx.xx.2017-ci il tarixdə isə 516.94 ABŞ dolları ödəniş etməlidir. xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli Əlavə sazişdən görünür ki, İddiaçı ASC - “Kreditor”, Cavabdeh2 – “Borcalan” olmaqla bağlanmış həmin sazişin 1-ci bəndinə əsasən, Kreditorun Borcalana 12740 ABŞ dolları məbləğdə verdiyi kreditin qalıq məbləği 11477.87 ABŞ dolları təşkil edir. Kreditin son ödəmə müddəti xx.xx.2017 tarixinədək təyin olunur. xx.xx.2014-cü il tarixli 170006600/ZM nömrəli Zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC – “Kreditor”, Cavabdeh1 – “Zamin”, Cavabdeh2 – “Borcalan” olmaqla bağlanmış həmin müqavilənin 1-ci bəndinə əsasən, ********* nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zamin və ya zaminlər öz üzərinə götürür. Müqavilənin 4.1-ci bəndi: Zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. xx.xx.2014-cü il tarixli ********* saylı Zaminlik müqaviləsinə 1 nömrəli əlavəyə əsasən, Cavabdeh2 12740 ABŞ dolları məbləğində krediti 24 ay müddətdə, illik 28 faiz ödəmək şərtilə ödəməyi öhdəsinə götürmüşdür. Aylıq ödəniş isə 699.58 ABŞ dolları təşkil edir. xx.xx.2014-cü il tarixli 170006600/ZM saylı Zaminlik müqaviləsinə əlavə olunan xx.xx.2015-ci il tarixli 1 nömrəli Sazişdən görünür ki, İddiaçı ASC – “Kreditor”, Cavabdeh1 – “Zamin”, Cavabdeh2 – “Borcalan” olmaqla bağlanmış həmin sazişin 1-ci bəndinə əsasən, Kreditorun Borcalana 12740 ABŞ dolları məbləğdə verdiyi kreditin qalıq məbləği 11477.87 ABŞ dolları təşkil edir. Kreditin son ödəmə müddəti xx.xx.2017 tarixinədək təyin olunur. xx.xx.2014-cü il tarixli 170006600/ZM saylı Zaminlik müqaviləsinə əlavə olunan xx.xx.2016-cı il tarixli ********* saylı Sazişdən görünür ki, İddiaçı ASC – “Kreditor”, Cavabdeh1 – “Zamin”, Cavabdeh2 – “Borcalan” olmaqla bağlanmış həmin sazişin 1-ci bəndinə əsasən, Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (əsas borc, hesablanmış və əsas borcun üzərinə kapitallaşdırılmış faiz və cərimə məbləği ilə birlikdə) 9014.5 ABŞ dolları təşkil edir. Kreditin müddəti əlavə saziş imzalandığı tarixdən xx.xx.2018-ci il tarixinədək uzadılır. Kredit üzrə borcalan tərəfindən Əlavə saziş imzalandığı tarixdən etibarən illik 10% ödənilir. xx.xx.2014-cü il tarixli 170006600/ZM saylı Zaminlik müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 2 nömrəli əlavə sazişdən görünür ki, İddiaçı ASC – “Kreditor”, Cavabdeh1 – “Zamin”, Cavabdeh2 – “Borcalan” olmaqla bağlanmış həmin sazişin 1-ci bəndinə əsasən, Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 10445.3 ABŞ dolları təşkil edir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 8768.69 ABŞ dolları əsas borc, 778.97 ABŞ dolları ayrıca hesabda dondurulmuş faiz borcu və 897.64 ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədəkdir. Restrukturizasiya edilmiş kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 10 faiz təşkil edir. Gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən, cərimə kimi illik 20 faiz dəbbə pulu hesablanır və Borcalan tərəfindən Kreditora ödənilir. 70309669-17 üzrə müqaviləyə əlavə olan ödəniş cədvəlinə əsasən, borcalan Cavabdeh2 xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək hər ay 186.31 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə isə 186.19 ABŞ dolları ödəniş etməlidir. 170006600 saylı kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx.xx.2016-cı il tarixli kredit hesabı üzrə qrafikdən görünür ki, Cavabdeh2 illik 10% dərəcəsi ilə, 29 ay müddətinə 9014.5 ABŞ dolları kredit verilmişdir. Həmin qrafikə əsasən, borcalan Cavabdeh2 xx.xx.2016cı il tarixdən xx.xx.2018-ci il tarixinədək hər ay 351.7 ABŞ dolları, xx.xx.2018-ci il tarixdə isə 335.65 ABŞ dolları ödəniş etməlidir. İş materiallarında olan kredit hesabından çıxarışdan görünür ki, Cavabdeh2 xx.xx.2014cü il tarixindən xx.xx.2014-cü il tarixinədək kreditin ödənilməsinə müxtəlif ödənişlər etmişdir. İş materiallarında olan kredit hesabından çıxarışdan görünür ki, Cavabdeh2 xx.xx.2015-ci il tarixindən xx.xx.2015-ci il tarixinədək kreditin ödənilməsinə müxtəlif ödənişlər etmişdir. İş materiallarında olan kredit hesabından çıxarışdan görünür ki, Cavabdeh2 xx.xx.2016cı il tarixində hesab üzrə müxtəlif əməliyyatlar həyata keçirmişdir. İş materiallarında olan kredit hesabından çıxarışdan görünür ki, Cavabdeh2 10- 70309669-2 nömrəli hesab üzrə xx.xx.2016-cı il tarixindən xx.xx.2019-cu il tarixinədək kreditin ödənilməsinə müxtəlif ödənişlər etmişdir. İş materiallarında olan kredit hesabından çıxarışdan görünür ki, Cavabdeh2 10- 70309669-4 nömrəli hesab üzrə xx.xx.2016-cı il tarixindən xx.xx.2019-cu il tarixinədək kreditin ödənilməsinə müxtəlif ödənişlər etmişdir. İş materiallarında olan kredit hesabından çıxarışdan görünür ki, Cavabdeh2 21- 70309669-27 nömrəli hesab üzrə xx.xx.2016-cı il tarixindən xx.xx.2019-cu il tarixinədək kreditin ödənilməsinə müxtəlif ödənişlər etmişdir. İş materiallarında olan kredit hesabından çıxarışdan görünür ki, Cavabdeh2 21- 70309669-48 nömrəli hesab üzrə xx.xx.2016-cı il tarixindən xx.xx.2019-cu il tarixinədək kreditin ödənilməsinə müxtəlif ödənişlər etmişdir. İş materiallarında olan kredit hesabından çıxarışdan görünür ki, Cavabdeh2 xx.xx.2016cı il tarixindən xx.xx.2016-cı il tarixinədək kreditin ödənilməsinə müxtəlif ödənişlər etmişdir. İş materiallarında olan kredit hesabından çıxarışdan görünür ki, Cavabdeh2 21- 70309669-31 nömrəli hesab üzrə xx.xx.2016-cı il tarixindən xx.xx.2019-cu il tarixinədək kreditin ödənilməsinə müxtəlif ödənişlər etmişdir. İş materiallarında olan kredit hesabından çıxarışdan görünür ki, Cavabdeh2 21- 70309669-34 nömrəli hesab üzrə xx.xx.2016-cı il tarixindən xx.xx.2019-cu il tarixinədək kreditin ödənilməsinə müxtəlif ödənişlər etmişdir. İş materiallarında olan kredit hesabından çıxarışdan görünür ki, Cavabdeh2 21- 70309669-17 nömrəli hesab üzrə xx.xx.2016-cı il tarixindən xx.xx.2019-cu il tarixinədək kreditin ödənilməsinə müxtəlif ödənişlər etmişdir. İş materiallarında olan kredit hesabından çıxarışdan görünür ki, Cavabdeh2 21- 70309669-20 nömrəli hesab üzrə xx.xx.2016-cı il tarixindən xx.xx.2019-cu il tarixinədək kreditin ödənilməsinə müxtəlif ödənişlər etmişdir. İş materiallarında olan kredit hesabından çıxarışdan görünür ki, Cavabdeh2 21- 70309669-7 nömrəli hesab üzrə xx.xx.2019-cu il tarixindən xx.xx.2025-ci il tarixinədək kreditin ödənilməsinə müxtəlif ödənişlər etmişdir. İş materiallarında olan kredit hesabından çıxarışdan görünür ki, Cavabdeh2 21- 70309669-9 nömrəli hesab üzrə xx.xx.2019-cu il tarixindən xx.xx.2025-ci il tarixinədək kreditin ödənilməsinə müxtəlif ödənişlər etmişdir. xx.xx.2014-cü il tarixli, 7/2/75702915 nömrəli kassa məxaric orderindən görünür ki, Cavabdeh2 12740 ABŞ dolları məbləğində pul verilmişdir. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh2 və Cavabdeh1 borc məbləğini 3 gün ərzində ödəməyəcəkləri təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 7. Mülki qanunvericiliyin zamana görə qüvvəsi 7.1. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. 7.2. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. 7.3. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 439. Pul öhdəliklərinin icrası ...439.3. Qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur... ...443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.... Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462. Dəbbə pulu anlayışı. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 462.4. Əgər öhdəliyin icrası barədə vəd bu Məcəlləyə görə etibarsız sayılırsa, həmin öhdəliyin icra edilməməsi üçün dəbbə pulu haqqında qəbul edilmiş razılaşma da, hətta həmin vədin etibarsızlığı tərəflərə məlum olsa belə, etibarsızdır. Maddə 463. Dəbbə pulu haqqında razılaşmanın forması 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 463.2. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 477. Zaminliyə xitam verilməsi 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: ....477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddə 742. Borc müqaviləsinə xitam verilməsi və borcun qaytarılması 742.1. Əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə, sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Tərəflər arasında olan münasibətlər “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən əvvəl yarandıqdan, həmin münasibətlərə müqavilə bağlandığı dövrdə qüvvədə olan müddəalar tətbiq edilir. Göründüyü kimi, iddiaçı və Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmış və kredit müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə öhdəliyini tam icra etməmişdir. Borcalan Cavabdeh2 ********* saylı xx.xx.2014-cü tarixli kredit müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş, iddiaçı LPO İddiaçı ASC -yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, o, iddiaçıdan alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müvafiq müqavilə üzrə əsas və faiz borcunu tələb etməkdə haqlı olmuşdur. Məhkəmə iddianın 2691.17 ABŞ dolları cərimə borcunun qaytarılması hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanan müqavilə üzrə cərimə razılaşdırılmış, lakin cavabdehə hesablanmış cərimə yüksək olduğundan azaldılmalıdır. Belə ki, cavabdeh öhdəliyini vaxtında icra etməmiş və ödənişləri həyata keçirməyib, lakin iddia ərizəsində qeyd olunan 2691.17 ABŞ dolları cərimə ödənilməmiş məbləğinin nisbətində tənasübsüz yüksəkdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, cərimə 261 ABŞ dolları məbləğinə qədər azaldılmalıdır. Həmçinin, iddiaçı müqavilə müddəti bitdikdən sonra öhdəliyin icra edilməməsinə görə zərərin ödənilməsini də tələb edir. İddia ərizəsində isə tələbini Mülki Məcəllənin 445.7-ci maddəsi ilə əsaslandırmışdır. Ona görə də hazırki iddia tələbinin əsasını cavabdehin pul vəsaitindən istifadə etməsi nəticəsində faydalanması deyil, pul məbləğinin ödənilməsinin gecikdirdirilməsi nəticəsində faizin ödənilməsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərarına istinadən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı LPO İddiaçı ASC Cavabdeh2 Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 5% faiz borcunu, yəni 768.69 ABŞ dolları tələb etməkdə haqlı olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli 170006600/ZM saylı zaminlik müqaviləsi bağlanılmış və zamin Cavabdeh1 bank qarşısında borcalanla birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Məhkəmə bununla yanaşı nəzərə alır ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər Mülki Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Lakin, qanunvericiliyin tələblərinə müvafiq olaraq, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İddiaçı LPO İddiaçı ASC ilə Cavabdeh2 arasında kredit müqaviləsi və ona edilmiş əlavələr üzrə xx.xx.2022-ci il tarixində öhdəliyin icrası vaxtı çatmışdır. Belə ki, kreditor bu tarixdən, yəni xx.xx.2022-ci il tarixindən 1 il ərzində - xx.xx.2023cü il tarixinədək zaminə qarşı iddia irəli sürə bilərdi. Lakin, iddiaçı-kreditorun pretenziya məktubunun göndərilmə tarixi xx.xx.2025-ci il, məhkəməyə müraciət etdiyi tarix isə xx.xx.2025ci ildir, halbuki bu tarixlərdə zaminliyə artıq xitam verilmişdi. Bu səbəbdən, iddia bu hissədə, yəni Cavabdeh1 münasibətdə, təmin edilməməlidir. Beləliklə iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 5221.20 ABŞ dolları əsas, 3006.17 ABŞ dolları faiz, 261 ABŞ dolları cərimə və AR MM 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanmış 768,69 dollar faiz borcu tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməlidir. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 137,21 manatı cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 5221.20 ABŞ dolları əsas, 3006.17 ABŞ dolları faiz, 261 ABŞ dolları cərimə, AR MM 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanmış 768,69 dollar faiz borcunun və iş üzrə ödənilmiş 137,21 manat dövlət rüsumu tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar