Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-3195/2024 17.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Davudova (Rəcəbova) Fərqanə Tofiq qızına qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Davudova (Rəcəbova) Fərqanə Tofiq qızına qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
1. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(010)- 3195/2024 saylı qərardadı ilə İddiaçı MMC-nin cavabdeh Davudova (Rəcəbova) Fərqanə Tofiq qızına qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında "borcun tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İş üzrə xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclası tərəflərin iştirakı olmadan keçirilərək mülki işin məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə təxirə salınmışdır. İş üzrə tərəflər üzrlü səbəb göstərmədən xx.xx.2024-cü il tarixdə, saat 12:00-da keçirilən məhkəmə hazırlıq iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə məhkəmə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin cavabdeh Davudova (Rəcəbova) Fərqanə Tofiq qızına qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Həmçinin Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsi üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259 və 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı MMC-nin cavabdeh Davudova (Rəcəbova) Fərqanə Tofiq qızına qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə dövlət rüsümu olaraq iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti İddiaçı MMC-yə (qəbz № **********, xx.xx.2024 -cü il tarixli) qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Rübabə Qafarova