Məhkəmə qərarları › İş №e-2(010)-3247/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3247/2025

22.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3247/2025 22.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, İddiaçı "Bank VTB (Azərbaycan)" ASC-nin Cavabdeh qarşı "kredit müqaviləsi üzrə pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 342543-CNS-49221 saylı kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə Banka borclu olduğu 6.082,59 (altı min səksən iki manat əlli doqquz qəpik) manat manat məbləğində əsas borc, 7.17 (yeddi manat on yeddi qəpik) manat manat məbləğində faiz borcu, ümumilikdə isə 6.089,76 (altı min səksən doqquz manat yetmiş altı qəpik) manat manat məbləğində pulun, 85.84 (səksən beş manat səksən dörd qəpik) manat manat məhkəmə üçün ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi. İddia tələbinin dəlilləri İddiaçı Açıq Səhmdar Cəmiyyəti iləCavabdeh (bundan sonra mətndə Cavabdeh) arasında bağlanmış xx.xx.2023cü il tarixli 342543-CNS-49221 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən Cavabdeh borcu kapitallaşdıraraq 6481 manat 10 qəpik məbləğində borcu illik 11 faiz hesablanması şərti ilə 59 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2024-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 6472.95 manat məbləğində əsas borc, 111.21 manat məbləğində faiz borcu, ümumilikdə isə 6584.16 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir. Daha sonra cavabdeh tərəfindən müəyyən ödənişlər edilmişdir, xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən 6.082,59 (altı min səksən iki manat əlli doqquz qəpik) manat məbləğində əsas borc, 7.17 (yeddi manat on yeddi qəpik) manat məbləğində faiz borcu, ümumilikdə isə 6.089,76 (altı min səksən doqquz manat yetmiş altı qəpik) manat Cavabdeh Banka borcu mövcuddur. Tərəflərin izahatları İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və ərizə göndərərək iclasda iştirak edə bilməyəcəyini bildirmiş, iclasın iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları xx.xx.2023-cü il tarixli, 342543-CNS-49221 saylı «Kredit borcunun restrukturizasiyasında dair” müqavilədən görünür ki, Cavabdeh "Bank VTB (Azərbaycan)" ASC ilə bağladığı kredit sazişinə əsasən, bank Cavabdeh illik 11 % faiz hesablanması şərti ilə 59 ay müddətinə 6481,10 (altı min dörd yüz səksən bir manat on qəpik) manat məbləğində kredit vermişdir. İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdeh kredit müqaviləsi üzrə ödənilməmiş borcunun məbləği (6472.95 manat məbləğində əsas borc, 111.21 manat məbləğində faiz borcu, ümumilikdə 6584.16 manat məbləğində) barədə məlumat verilmiş, həmin borcun 3 iş günü ərzində ödənilməsi tələb edilmiş, borcun vaxtında ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixə "Bank VTB (Azərbaycan)" ASC-nə əsas borc üzrə 6082,59 manat, faiz borcu üzrə 7.17 manat olmaqla, cəmi 6089,76 manat məbləğində borcu yaranmışdır. Müqavilə üzrə öhdəliyini xx.xx.2025-ci il tarixdən icra etmir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

53. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilməlidir.

Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, Cavabdeh ilə kreditor İddiaçı ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 342543-CNS-49221 saylı «Kredit borcunun restrukturizasiyasında dair” müqaviləsinə əsasən bank Cavabdeh illik 11 % faiz hesablanması şərti ilə 59 ay müddətinə 6481,10 (altı min dörd yüz səksən bir manat on qəpik) manat məbləğində kredit vermişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. İddiaçı aralarında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən məbləğdə krediti borcluya vermişdir. Borclu isə bu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu lazımınca etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müvafiq kredit müqaviləsi üzrə ödənilməmiş borcu tələb etməkdə haqlı olmuşdur. Cavabdeh xx.xx.2025-ci il tarixə "Bank VTB (Azərbaycan)" ASC-yə əsas borcu 6082,59 manat, faiz borcu 7.17 manat təşkil etmişdir. Məhkəmə həmçinin müəyyən edir ki, tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da cavabdeh müqavilə şərtlərini lazımınca icra etməmiş və banka ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən əsas borc üzrə 6082,59 manat, faiz borcu üzrə 7.17 manat olmaqla, cəmi 6089,76 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlı olmuşdur. Məhkəmə xərcləri Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə 85.84 manat məbləğdə pul vəsaiti də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə Məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh əsas borc üzrə 6082.59 (altı min səksən iki manat əlli doqquz qəpik) manat, faiz borcu üzrə 7.17 (yeddi manat on yeddi qəpik) manat olmaqla, cəmi 6089.76 (altı min səksən doqquz manat yetmiş altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "Bank VTB (Azərbaycan)" ASC-nin xeyrinə ödənilməlidir. Eləcə də, ödənilmiş dövlət rüsumuna görə 85.84 (səksən beş manat səksən dörd qəpik) manat məbləğdə pul vəsaiti də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh əsas borc üzrə 6082.59 (altı min səksən iki manat əlli doqquz qəpik) manat, faiz borcu üzrə 7.17 (yeddi manat on yeddi qəpik) manat olmaqla, cəmi cəmi 6089.76 (altı min səksən doqquz manat yetmiş altı qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 85.84 (səksən beş manat səksən dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "Bank VTB (Azərbaycan)" ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar