Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3255/2023 16.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 262 (iki yüz altmış iki) manat borc məbləği, 39 (otuz doqquz) manat faiz borcu, 25 (iyirmi beş) manat cərimə və 30 (otuz) manat məbləğində dövlət rüsumunun - cəmi 356 (üç yüz əlli altı) manat tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Cavabdeh etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, aldığı mobil telefonlar istifadəyə yararsız olduğu üçün, proqramla bağlı problemləri olduğu üçün aldığı mağazaya geri qaytarmışdır.
İddia tələbinin dəlilləri
3.Tələbkar İddiaçı MMC-nin direktoru Nümayəndə xx.xx.2022-ci il tarixdə "xxxx" MMC ilə imzalanmış hüquqi müqaviləyə əsasən, sonuncunun borclu Cavabdeh arasında 10 may 2016-ci il tarixli 01-AGT000005591 nömrəli alqı-satqı müqaviləsinin tələb etmə hüququnu əldə etmişdir. Müqaviləyə əsasən alıcı olan Cavabdeh "xxxx" mağazasından ümumi nisyə dəyəri 302 (üç yüz iki) manat olan Huawei Y220 black (İMEİ **********16101, **********45498) markalı mobil telefon almışdır. Müqavilənin 4-cü bəndinə uyğun olaraq alıcı Cavabdeh xx.xx.2016-cı il tarixdən başlayaraq hər ayın 10-dan gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 22 (iyirmi iki) manat ödəniş etməli olduğu halda aylıq ödənişlər etməmiş, aldığı malın qalıq pulunu ümumi dəyəri-262 (iki yüz altmış iki) manatı mağazaya ödəməmişdir. Müqavilənin 7.3-cü bəndinin tələblərinə əsasən bu müqavilənin icrası ilə bağlı meydana çıxan bütün mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll ediləcəkdir. Həmin mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə, mövcud qanunvericiliyə uyğun məhkəmə qaydasında həll ediləcəkdir. Dəfələrlə borclu Cavabdeh borcunun ödənilməsi barədə edilən müraciətlər nəticəsiz qalmış, götürdüyü malın dəyərini ödəməkdən yayınmışdır. Göründüyü kimi şirkət olaraq, borclu tərəfindən müqavilə öhdəliyinə görə yaranmış borc ödənilmədiyindən məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətindədirlər.
Tərəflərin izahatları
4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə müvafiq olaraq işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddia tələbi ilə razı deyildir, belə ki, aldığı hər iki telefon istifadəyə yararsız olduğundan onları aldığı mağazaya geri qaytarmışdır.
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
İş materialları
6. 10 may 2016-cı il tarixli, 01-AGT000005591 nömrəli nisyə alğı-satqı müqaviləsi və ona 1 saylı əlavədən görünür ki, alıcı Cavabdeh satıcı "xxxx" MMC-dən nisyə 2 ədəd mobil telefon - Huawei Y220 black (İMEİ **********16101, **********45498) və poverbank almış və həmin borcu ödəniş qrafikinə uyğun 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür.
7. 10 may 2016-cı il tarixli, 01-AGT000005591 saylı girov müqaviləsindən görünür ki, alıcı Cavabdeh 10 may 2016-cı il tarixli, 01-AGT000005591 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə nisyə aldığı avadanlıqları özündə saxlamaq şərtilə "xxxx" MMC-yə girov qoymuşdur.
8. İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli faktorinq müqaviləsindən görünür ki, "xxxx" MMC-nin tələbetmə hüququ İddiaçı MMC-yə keçmişdir.
9. 04 iyul 2022-ci il tarixli bildirişdən görünür ki, 10 may 2016-cı il tarixli, 01- AGT000005591 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə tələbetmə hüququnun "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə güzəşt edilməsi barədə Cavabdeh xəbərdarlıq edilmişdir.
10. İş materiallarında olan 03 iyul 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 10 may 2016-cı il tarixli, 01-AGT000005591 nömrəli alqı-satqı müqaviləsi üzrə 262 manat əsas borcu, 39 manat faiz borcu və 25 manat cərimə borcu olmaqla cəmi 326 manat borcu mövcuddur.
11. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcun ödənilməsi, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq olunmuşdur.
12. "xxxx" MMC-nin qanuni təmsilçisi X1 tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023cü il tarixli sorğuya cavabdan görünür ki, müştəri xx.xx.2016-cı il tarixdə kredit yolu ilə ümumi dəyəri 302 manat olan iki ədəd Huawei Y220 (İMEİ **********16101, **********45498) markalı mobil telefon almışdır və 262 manat borcu var. Eyni zamanda telefonların geri qaytarılması ilə bağlı məlumat yoxdur.
İşin faktiki halları
13. "xxxx" MMC ilə Cavabdeh arasında 10 may 2016-cı il tarixli, 01-AGT000005591 Nisyə Alqı-satqı müqaviləsinin imzalanması, müqavilədə nəzərdə tutulan məhsulların Cavabdeh təhvil verilməsi, daha sonra "xxxx" MMC-nin Cavabdeh qarşı borc məbləğini tələb etmə hüququnun İddiaçı MMC-yə güzəşt edilməsi işin hallarını təşkil edir. Hazırda iddiaçı cavabdehin ödəniş qrafikinə əməl etmədiyini bildirərək iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh tərəfin etirazı isə ondan ibarətdir ki, aldığı mobil telefonlar istifadəyə yararsız olduğu üçün, proqramla bağlı problemləri olduğu üçün aldığı mağazaya geri qaytarmışdır.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 422. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 655. Faktorinq müqaviləsi 655.1. Faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. 655.2. Pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir.
Məhkəmənin mövqeyi
15. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
16. Belə ki, işdən göründüyü kimi, satıcı ilə cavabdeh arasında etibarlı alqı-satqı müqaviləsi bağlanmış və satış predmeti olan məhsullar cavabdehə verilmişdir. Satıcının tələb hüququ hazırkı iş üzrə iddiaçıya keçdiyinə görə, iddiaçının hazırkı tələbi cavabdehə qarşı irəli sürməkdə subyektiv hüququ vardır. Bunun davamı olaraq, məhkəmə cavabdehin tərəfin məhsulda qüsur aşkar edilməsi və qısa müddət sonra məhsulun mağazaya qaytarıldığı, beləliklə də onda olmayan məhsula görə ödəniş etməli olmaması barədə etirazı ilə razılaşmır. Ona görə ki, tərəflərin izahatlarından aydın olur ki, cavabdeh mübahisə obyekti olan məhsulları heç bir əmtəə və texniki qüsur aşkar etmədən qəbul etmişdir.
17. Cavabdeh məhsulun ona satılarkən artıq qüsurlu olduğunu, yaxud da qüsur əvvəlcədən olsa da, obyektiv səbəblərdən onu sonradan aşkar etməsini sübut edəcək tutarlı dəlilləri məhkəməyə təqdim etməmişdir. Halbuki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz.
18. Bundan əlavə, İmperius” MMC-nin qanuni təmsilçisi X1 tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli sorğuya cavabdan görünür ki, cavabdehin aldığı telefonların geri qaytarılması ilə bağlı məlumat olmadığı da bildirilmişdir. Bu səbəbdən məhkəmə cavabdehin qeyd olunan hissədə etirazını əsaslı hesab etmir.
Məhkəmə xərcləri
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
20. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmənin gəldiyi nəticə
22. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Kərı̇ mov Ramı̇ n Kərı̇ m oğlundan iddiaçı "X2" MMC-nin xeyrinə 262 manat əsas borc, 39 manat faiz borcu, 25 manat cərimə borcu və 30 manat dövlət rüsumu olmaqla cəmi 356 manat pul vəsaiti tutularaq ödənilməlidir.
23. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia təmin edilsin. Cavabdeh Kərı̇ mov Ramı̇ n Kərı̇ m oğlundan iddiaçı "X2" MMC-nin xeyrinə 262 manat əsas borc, 39 manat faiz borcu, 25 manat cərimə borcu və 30 manat dövlət rüsumu olmaqla cəmi 356 manat pul vəsaiti tutularaq ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.