Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3257/2023 02.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı ASC-nin (Ləğv Prosesindədir) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcu tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı ASC (Ləğv Prosesindədir) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcu tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 1654.56 (bir min altı yüz əlli dörd dollar, 56 sent) ABŞ dolları- bundan 282 (iki yüz səksən iki) ABŞ dolları əsas, 74,07 (yetmiş dörd dollar, 07 sent) ABŞ dolları faiz, 1255.89 (bir min iki yüz əlli beş dollar, 89 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 42.60 (qırx iki dollar, 60 sent) faiz borcu və iş üzrə ödənilmiş 48.13 (qırx səkkiz manat. 13 qəpik) AZN dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq ləğv prosesində olan “Dəmir Bank" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xəzər filialı ilə Cavabdeh2 arasında bağlanmış 0- 01-14 nömrəli, xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsi üzrə cavabdehə 18 ay müddətinə illik 31% dərəcəsi ilə 5200 (beş min iki yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh3 və Cavabdeh1 ilə Bank arasında 0-01-14 nömrəli, xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 02 saylı xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 2635.43 (iki min altı yüz otuz beş dollar, 43 sent) ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********486 saylı, xx.xx.2023-cü il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.
Tərəflərin izahatları
3. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
4. İddiaçı ASC (Ləğv Prosesindədir) ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsi və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında Cavabdeh2 bildirdi ki, iddia tələbi ilə razı deyildir. Belə ki, kredit borcu üzrə tələb olunan cərimə borcu çoxdur. Bank ləğv olduqdan sonra onun harda yerləşdiyini bilmədiyi üçün ödəniş edə bilməmişdir.
6. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbi ilə razı olmadığını bildirdi və qeyd etdi ki, tələb olunan cərimə borcu çoxdur.
İş materialları
7. xx.xx.2014-cü il tarixli, O 1-14 saylı Kredit müqaviləsi və ödəniş cədvəlindən görünür ki, həmin müqaviləyə əsasən, İddiaçı ASC tərəfindən Cavabdeh2 illik faiz dərəcəsi 31% olmaqla, 18 ay müddətinə 5200 ABŞ dolları məbləğində kredit verilmişdir.
8. xx.xx.2014-cü il tarixli, ZM-O 1-14 saylı Zaminlik müqaviləsindən görünür ki, İbadova X2 Orxan İsmayıl oğlunun bank qarşısındakı öhdəliklərinin icrası ilə əlaqədar zamin durmuşdur.
9. xx.xx.2014-cü il tarixli, ZM-O 1-14 saylı Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 Cavabdeh2 bank qarşısındakı öhdəliklərinin icrası ilə əlaqədar zamin durmuşdur.
10. xx.xx.2014-cü il tarixli, O 1-14 saylı Kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli, 02 nömrəli Əlavə Sazişdən görünür ki, Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı restrukturizasiya edilmiş və qalıq borc 2635.43 (iki min altı yüz otuz beş dollar, 43 sent) ABŞ dolları təşkil etmişdir. Eyni zamanda Restrukturizasiya edilmiş kreditin müddəti illik 8 faiz olmaqla xx.xx.2020-ci il tarixədək uzadılmışdır.
11. xx.xx.2014-cü il tarixli, ZM-O 1-14 saylı Zaminlik müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli, 02 nömrəli Əlavə Sazişdən görünür ki, zaminlər Cavabdeh3 və İbadova X1 Kreditor qarşısındakı restrukturizasiya edilmiş qalıq kredit öhdəliyinin icrası ilə əlaqədar məsuliyyəti öz üzərilərinə götürdüklərini təsdiq etmişdirlər.
12. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 282 ABŞ dolları əsas borc, 74.07 ABŞ dolları faiz borcu, 1255.89 ABŞ dolları cərimə borcu, illik 5 faizlə hesablanmış 42.60 ABŞ dolları faiz borcu olmaqla cəmi 1654.56 ABŞ dolları borcu mövcuddur.
13. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, cavabdehlərə borc məbləğinin 3 gün ərzində qaytarılması, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşin faktiki halları
14. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçı ASC (Ləğv Prosesindədir) ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixli kredit müqaviləsi imzalanmış və müqavilədə nəzərdə tutulan kredit məbləği cavabdehə təqdim edilmişdir. Eyni zamanda, həmin kredit müqaviləsinin təminatı olaraq digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ilə iddiaçı arasında zaminlik müqavilələri imzalanmışdır. Daha sonra, İddiaçı ASC (Ləğv Prosesindədir) ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə qalıq borc xx.xx.2017-ci il tarixli, 02 nömrəli Əlavə Sazişə uyğun olaraq restrukturizasiya edilmişdir. Hazırda iddiaçı, cavabdehlərin öz öhdəliklərini lazımi qaydada yerinə yetirmədiklərini bildirərək yaranmış borc məbləğinin qaytarılmasını tələb edir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia tələbini qəbul etməyək yaranmış cərimə borcunun yüksək olduğunu qeyd edirlər. Digər Cavabdeh3 məhkəmə iclasında iştirak etmədiyindən iddia tələbinə münasibətinin öyrənilməsi mümkün olmamışdır.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 422. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 477.Zaminliyə xitam verilməsi. 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtarması, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Qərarı. Həmin Qərarda göstərilmişdir ki, MM-in 449.1-ci maddəsində əksini tapmış «ondan faydalanmağa görə» müddəası özgəsinin pul vəsaitinin qanunsuz saxlanılması, onu qaytarmaqdan boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində MM-in 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur; MM-in 449.3-cü və 449.4-cü maddələrində əksini tapmış «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcudluğu ilə şərtləndirilir. Həmin qərarda bildirilir ki, MM-in 449.1-ci maddəsində əksini tapmış «ondan faydalanmağa görə» müddəası özgəsinin pul vəsaitinin qanunsuz saxlanılması, onu qaytarmaqdan boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində MM-in 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur;
17. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarı Qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir.
Məhkəmənin mövqeyi
18. Məhkəmə cavabdehləri dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
19. Məhkəmə ilk öncə qeyd edir ki, tərəflər arasında etibarlı kredit və zaminlik müqavilələri bağlanmışdır.
20. Belə ki, iş materiallarının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 illik faiz dərəcəsi 31% olmaqla, 18 ay müddətinə 5200 ABŞ dolları məbləğində kredit verilmiş və eyni zamanda digər cavabdehlərlə kredit müqaviləsinin təminatı olaraq zaminlik müqavilələri imzalanmışdır. Daha sonra qeyd olunan kredit müqaviləsi restrukturizasiya edilmiş və qalıq borc məbləği 2635.43 (iki min altı yüz otuz beş dollar, 43 sent) ABŞ dolları təşkil etmişdir. İddiaçı kredit müqaviləsi üzrə öz öhdəliklərini lazımi qaydada yerinə yetirsə də, lakin cavabdehlər öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdirlər. Cavabdeh2 tərəfindən ödənişlərin vaxtında edilməməsi və eyni zamanda digər cavabdehlərin zaminlik müqaviləsinin şərtlərinə əməl etməməsi müqavilə şərtlərinin əhəmiyyətli pozuntusudur. Lakin bununla belə məhkəmə hesab edir ki, hazırki iddia tələbi yalnız Cavabdeh2 münasibətdə qismən əsaslıdır və digər cavabdehlər (zaminlər) Cavabdeh1 və Cavabdeh3 münasibətdə isə əsaslı deyildir. Belə ki, məhkəmə AR MM-nin 477-ci maddəsinə əsaslanaraq qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında restrukturizasiya edilmiş kredit müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilmişdir. Lakin hazırki kredit öhdəliyinin icra məqamının çatdığı həmin tarixdən 1 il müddəti ərzində cavabdehlər (zaminlər) Cavabdeh1 və Cavabdeh3 qarşı iddia tələbi irəli sürülməmişdir. Bu hal isə yuxarıda qeyd olunan Qanunun normasına əsasən zaminlik öhdəliyinə xitam verildiyini və iddia tələbinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 münasibətdə əsaslı olmadığına dəlalət edir.
21. Məhkəmə hesab edir ki, iddia tələbi tələb olunan 282 ABŞ dolları əsas borc, 74.07 ABŞ dolları faiz borcu və illik 5 faizlə hesablanmış 42.60 ABŞ dolları faiz borcuna münasibətdə tam, tələb olunan 1255.89 ABŞ dolları cərimə borcuna münaisbətdə isə qismən əsaslıdır.
22. Məhkəmə qeyd edir ki, tərəflərin izahatı və məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı kredit müqaviləsi üzrə öz öhdəliyini icra edərək müqavilədə nəzərdə tutulan pul vəsaitini qeyd edilən müddətə və faizlə Cavabdeh2 təqdim etsə də, lakin cavabdeh öz öhdəliklərini lazımi qaydada icra etməyərək müqavilə üzrə vaxtıvaxtında ödəniş etməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, Cavabdeh2 iddiaçının xeyrinə 282 ABŞ dolları əsas borc, 74.07 ABŞ dolları faiz borcu və illik 5 faizlə hesablanmış 42.60 ABŞ dolları faiz borcunun tutulması qanuni və əsaslıdır.
23. Məhkəmə hesab edir ki, iddia tələbi tələb olunan 1255.89 ABŞ dolları cərimə borcuna münaisbətdə isə qismən əsaslıdır. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, tələb edilən cərimə məbləği əsas borca mütənasib deyildir. Eyni zamanda, məhkəmə Cavabdeh2 üzərində icra edilməmiş əsas və faiz borcu öhdəliyin olmasını və tələb olunan 1255.89 ABŞ dolları cərimə borcunun isə onun ödəniş imkanlarını daha da aşağı salacağını nəzərə alaraq hesab edir ki, həmin cərimə məbləği azaldılmalı və 30 ABŞ dolları həddində müəyyən edilməlidir.
Məhkəmə xərcləri
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
25. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 48.13 manat dövlət rüsumu Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
26. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin (Ləğv prosesindədir) xeyrinə qətnamənin icra olunduğu günə Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla 282 ABŞ dolları əsas borc, 74.07 ABŞ dolları faiz borcu, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanan 42.60 ABŞ dolları faiz borcu və 30 ABŞ dolları cərimə borcu olmaqla cəmi 428.67 ABŞ dolları borc və iş üzrə ödənilmiş 48.13 manat dövlət rüsumu pul tutularaq ödənilməli və iddia qalan hissədə təmin edilməməlidir.
27. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin (Ləğv prosesindədir) xeyrinə qətnamənin icra olunduğu günə Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla 282 ABŞ dolları əsas borc, 74.07 ABŞ dolları faiz borcu, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanan 42.60 ABŞ dolları faiz borcu və 30 ABŞ dolları cərimə borcu olmaqla cəmi 428.67 ABŞ dolları borc və iş üzrə ödənilmiş 48.13 manat dövlət rüsumu pul tutularaq ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.