Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3323/2023 07.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcu tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 6521.24 manat məbləğində əsas borcun, 95.76 manat məbləğində faiz borcunun, cəmi 6617 manat borcun və 87 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Nağd pul layihəsi müqaviləsinə əsasən bank Borcluya 36 ay müddətinə, illik 22% olmaqla 11000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddia ərizəsinə tələbimizin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir.
Tərəflərin izahatları
3. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə müvafiq olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. İş materialları
5. xx.xx.2021-ci il tarixli, CP/29522/80/14 nömrəli “Nağd pul krediti” müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, bank tərəfindən Cavabdeh illik 22 faiz hesablanması şərti ilə 36 ay müddətinə 11.000 (on bir min) manat məbləğində kredit verilmişdir.
6. xx.xx.2021-ci il tarixli, 3015 nömrəli kassa məxaric orderindən görünür ki, 11.000 (on bir min) manat məbləğində kredit vəsaiti Cavabdeh hesabına köçürülmüşdür.
7. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, CP/29522/80/14 nömrəli kredit müqaviləsi üzrə 6521.24 manat əsas, 95.76 manat faiz və 0 manat cərimə borcu vardır.
8. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, CP/29522/80/14 nömrəli kredit müqaviləsi üzrə 6257.18 manat əsas, 172.35 manat faiz borcu vardır.
9. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh borc məbləğinin qaytarılması və kredit müqaviləsinin ləğv edilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
İşin faktiki halları
10. Tərəflər arasında kredit müqaviləsinin bağlanması və həmin müqavilədə qeyd olunan pul vəsaitinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi işin hallarını təşkil edir. İddiaçı müqavilə münasibətlərinə əsaslanaraq cavabdehə verdiyi kredit məbləğini və ona hesablanmış faizi geri tələb edir. Cavabdeh tərəfdən məhkəməyə etiraz və ya mülahizə daxil olmamışdır.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 422. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
Məhkəmənin mövqeyi
12. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
13. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, cavabdeh isə üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilməmiş və onun banka ödənilməmiş borcu qalmışdır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı hazırkı iddia tələbini qaldırmaqda haqlıdır. Tutulmalı olan pul məbləği ilə bağlı məhkəmə qeyd edir ki, İddiaçı əvvəlcə cavabdehdən kredit müqaviləsi üzrə 6521.24 manat məbləğində əsas borc və 95.76 manat məbləğində faiz borcu olmaqla, cəmi 6617 manat borc tələb etsə də, lakin təqdim edilmiş sonuncu xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdeh əsas borc üzrə müəyyən ödənişlər həyata keçirmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən kredit müqaviləsi üzrə əsas borc xx.xx.2023-cü il tarixli maliyyə arayışında qeyd olunan məbləğdə - 6257.18 manat həddində tutulmalıdır. Faiz borcuna münasibətdə isə məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixli sonuncu maliyyə arayışında faiz məbləğinin 172.35 manat olduğu göstərilmiş, iddia ərizəsində isə faiz borcu kimi 95.76 manat tutulması xahiş edilir. Məhkəmə hesab edir ki, cavabdehdən faiz borcu kimi iddia ərizəsində göstərilən 95.76 manat tutulmalıdır. Ona görə ki, prosessual qanunvericiliyin tələbinə görə məhkəmə iddiaçının iddia tələbində tələb etdiyi həddən kənara çıxa bilməz. Bu baxımdan məhkəmə cavabdehden kredit müqaviləsi üzrə faiz borcunun iddia ərizəsində göstərilən həddə tutulmasını qanuni və əsaslı hesab edir.
Məhkəmə xərcləri
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
15. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 87 manat dövlət rüsumunun 83.52 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmənin gəldiyi nəticə
16. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Mı̇ rzəyev Nı̇ zami Aqı̇ f oğlundan 6257.18 manat əsas borc və 95.76 manat faiz borcu olmaqla cəmi 6352.94 (altı min üç yüz əlli iki manat, doxsan dörd qəpik) manat pul vəsaiti və iş üzrə ödənilmiş 87 manat dövlət rüsumunun 83.52 manat hissəsi tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir.
17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh Mı̇ rzəyev Nı̇ zami Aqı̇ f oğlundan 6257.18 manat əsas borc və 95.76 manat faiz borcu olmaqla cəmi 6352.94 (altı min üç yüz əlli iki manat, doxsan dörd qəpik) manat pul vəsaiti və iş üzrə ödənilmiş 87 manat dövlət rüsumunun 83.52 manat hissəsi tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.